Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Dollar bahalaşır və neftin qiymətini ucuzlaşdırır
Dollar bahalaşır və neftin qiymətini ucuzlaşdırır
Dünya iqtisadiyyatının bərpası neftə tələbatı artırır
Cümə, 28.05.2010

A.Əhmədova mətn ölçüsü  

Avronun dəyərini itirməsi manat-avro münasibətlərinə də təsirsiz ötüşməyib. Ötən ilin noyabr ayında Azərbaycan manatı bir sıra dünya valyutalarına, o cümlədən dollar və avroya nisbətdə 4 faiz bahalaşıb. Dekabrda isə manatın məzənnəsi Avropanın vahid valyutası ilə müqayisədə 7 faiz möhkəmlənib. Manat Böyük Britaniya funt-sterlinqi ilə nisbətdə də bahalaşıb. Son 3 ayda milli valyutamız bu pula nisbətdə 0,8 faiz bahalaşıb.

İqtisadçı Samir Əliyev hesab edir ki, avro ucuzlaşsa da, dollar bahalaşmağa başlayıb. Son günlərdə Azərbaycanda dolların manata nisbətdə məzənnəsi yüksəlib. İqtisadçı dolların bahalaşmaqda davam edəcəyini bildirir. Əgər Mərkəzi Bank valyuta bazarına ciddi müdaxilə etməsə, ABŞ pulu bir qədər də başalaşacaq. Amma məsələ ondadır ki, Mərkəzi Bank inzibati yollarla bunun qarşısını almağı düşünür. Dünyada dolların bahalaşmasına baxmayaraq, Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi nəticəsində Azərbaycanda onun məzənnəsi sabit qalır, artım isə cüzi olur.

Ekspert bildirir ki, Mərkəzi Bank milli valyutanın məzənnəsini tənzimləmək üçün bazara dövri olaraq müdaxilələr edir. Bazara çıxardığı dolların həcmindən asılı olaraq manatın ucuzlaşmasının və ya bahalaşmasının qarşısını alır. Bütün bunların mənbəyi bankın valyuta ehtiyatıdır. Elə bu səbəbdən 2009-cu ilin sonlarından başlayaraq Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Yeganə olaraq artım martda qeydə alınıb ki, bunun da səbəbi Dövlət Neft Fondunun 400 milyon dollardan çox məbləğdə aktivlərinin əldə edilməsi ilə bağlıdır. Ötən ay bankın valyuta ehtiyatı 0,2 faiz azalıb. Bütün bu azalmalar dolların məzənnəsinin sabit saxlanması ilə əlaqədardır. MB ən yaxşı halda dolların 5 faizə qədər bahalaşmasına imkan verə bilər.

Baş verən tendensiylar, eyni zamanda neftin də ucuzlaşmasına gətirib çıxarıb. Mayın əvvəllərində bir bareli 87 dollara satılan neft indi 69-70 dollara satılır. Ekspertlər neftin yenidən 50 dollara enə biləcəyini proqnozlaşdırırlar.

İqtisadçı İlham Şabanın bildirdiyinə görə, dolların avroya qarşı bahalaşması neftin ucuzlaşması ilə müşayiət olunur və bu proses bir müddət davam edəcək. Belə vəziyyətdə neft satan ölkələr 2009-cu ilin əvvəllərindəki addımı ata bilər. Xüsusilə də vəziyyətdən narahat olan OPEK-in kvotanı azaltması mümkündür. Düzdür, təşkilat hələlik dünya bazarına nəql olunan neftin hasilatının azaldılmayacağını bəyan edib. Dövlətlər bildiriblər ki, 2010-cu ildə sutkada 52 milyon barel neft nəql olunacaq ki, bu da ötən illə nisbətdə 600 min barel çoxdur.

İlham Şaban hesab edir ki, bu il dünya iqtisadiyyatının bərpası ilə əlaqədar olaraq neftə tələbat artacaq. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, 2010-cu ildə neftə olan tələbat sutkada 86,6 milyon barel səviyyəsinə çata bilər. Belə vəziyyətdə dünya neft bazarında 40 faizdən çox paya malik olan OPEK gündəlik hasilatı ən azı 2 milyon barel artırmalıdır. Təşkilat isə bu barədə hələlik açıqlama vermək istəmir. OPEK gələn ay keçirilməsi nəzərdə tutulan konfransında ixrac kvotası ilə bağlı mövqeyini bəyan edəcəyini xatırladıb.

Qeyd edək ki, OPEK neftin qiymətinin 75 dollardan aşağı olmasını səmərəli hesab etmir və bazarda bundan aşağı qiymətlərin uzun müddət davam edəcəyi halda, hasilatı azaldacağı istisna olunmur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

"Neftçi" özünə qapıçı tapdı

Neftin qiyməti hələ artacaq

Bölmənin digər xəbərləri
 
Büdcə şəffaflaşarsa...
Onda yaşayışımızın niyə ağır olduğu aydınlaşar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər