Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Əhmədinejad doğulan hər uşağa 780 avro boyun oldu
Əhmədinejad doğulan hər uşağa 780 avro boyun oldu
Hökumətin və parlamentin isə bundan xəbəri yox
Cümə, 28.05.2010

S.Sədrəddin mətn ölçüsü  

Mahmud Əhmədinejad prezidentliyinin ilk illərində ölkənin Neft Nazirliyindəki "mafiya"ya qarşı mübarizə vəd etmişdi. Sonradan bəlli oldu ki, bu vəd sabiq prezident Haşimi-Rəfsəncaniyə qarşı mübarizədən başqa bir nəsnə deyil. Evsiz ailələr və ailə qurmaq istəyən gənclərin mənzillə təmini üçün fond yaradacağını vəd etdi - bu da təbliğatdan uzağa getmədi.

Ötən həftə Əhmədinejad əhalinin sayının artmasını vacib saydı və yeni vədlər verdi. Bu, səbəbsiz deyildi - mövcud sosial problemlər ucbatından gənclər gec ailə qurur. Eləcə də ənənəvi çoxuşaqlılıq öz yerini ailədə bir və ya iki uşağa verir. Belə bir hal perspektivdə ciddi demoqrafik problemlər yaşanacağından xəbər verir. Bundan başqa, islam inqilabının ilk illərində çox böyük gənclik kütləsinin məhv edilməsi, İran - İraq savaşında qurban getməsi (rəsmi rəqəmlərə görə 1,5 milyon nəfər) bu prosesə öz möhrünü vurmuşdur.

Bu günlərdə hökumət başçısı paytaxt Tehranın bələdiyyə şurası üzvləri ilə görüşdə İranın 30 ildən sonra Qərbin üzləşdiyi demoqrafik problemlə üzləşəcəyindən ehtiyatlandığını söyləyib. Xatırladıb ki, 40 il əvvəl amerikalılar və avropalılar ailə planlaşdırması haqda qanunu təsdiqləmişdir.

Rəsmi rəqəmlərə əsasən, İran əhalisi 74 milyondur. Onların 60 faizini 30 yaşadək gənclər təşkil edir. Prezident isə əhalini 120 milyona çatdırmaq istədiyini deyir. Necə deyərlər, bu işlə özü məşğul olacaq.

Əhmədinejadın düşüncəsinə görə, "hər ailədə iki uşaq" artıq aktual deyil. O, ölkəsini bölgədə aparıcı mövqeyə çıxarmaq istədiyini gizlətmir və hesab edir ki, əhalinin say artımı bu məsələyə müsbət təsir göstərəcək.

Doğulan hər uşaq üçün Əhmədinejad ailəyə 780 avro həvəsləndirici müavinət boyun olub. Yeri gəlmişkən, hələ 1993-cü ildə İran rəhbərliyi əhalinin sayının azaldılması (planlaşdırılıması) məqsədi ilə Misirdə keçirilən beynəlxalq toplantıya bu şüarla getmişdi: "Övladın az olması - yaşamın yaxşı olması!" (farscası: "Fərzəndi kəmtər - zendegi behtər!"). O zaman müxalifətçilər deyirdilər: "Şah dönəmində aborta qarşı çıxan hakimiyyət indi təbii artımın qarşısını zorla almaq istəyir".

Heç kəs İran prezidentinin vəd vermək hüququnu əlindən ala bilməz. Hökumət və parlament isə bu barədə heç bir qərar, yaxud qanun qəbul etməyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

Əhmədinejada dini rəhbərdən xeyir-dua

Bölmənin digər xəbərləri
 
Güneydə həbslər dalğası
Namuslu vətəndaşlar zindanlara atılır

İran - Qərb casus mübadiləsi
Başkəsəni bir fransız xanıma dəyişdilər, Vaşinqton isə belə alverləri mümkünsüz sayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər