Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Güneydə həbslər dalğası
Güneydə həbslər dalğası
Namuslu vətəndaşlar zindanlara atılır
Cümə, 28.05.2010

S.Soltan mətn ölçüsü  

İran rejimi sanki iynə üstündə oturub. Başqa cür düşünənlər, qanuni milli haqlarının kağız üzərində deyil, real olaraq təmin olunmasını istəyən namuslu vətəndaşlar ən şərəfsiz üsullarla təzyiqlərə, məhrumiyyətlərə məruz qoyulur. Son günlər Güney Azərbaycan şəhərlərinin üzərindən həbslərin yeni dalğası ötmüşdür. Namuslu vətəndaşlar zindanlara atılmışdır.

"Bütövazərbaycanbirliyi"nin məlumatına əsasən, Urmiya şəhərindən olan Əlirza Abdullahi yerli ETTELAAT bölməsinin əməkdaşları tərəfindən tutulub. İxtisasca həkim olan Ə.Abdullahi həm də tələbə nəşrləri redaksiya heyətinin üzvüdür. Bir müddət öncə fəaliyyəti yasaqlanmış "Bilim ocağı" adlı qurumun da yaradıcılarından olub.

Doktor Abdullahi son bələdiyyə seçkisində Urmiyada yaradılmış "Urmiya Azərbaycanın səsidir" koalisiyası idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Hərəkat təəssübkeşi, Rəşt Universiteti kənd təsərrüfatı fakültəsinin tələbəsi Siyamək Mirzai təhlükəsizlik orqanları tərəfindən həbs edilərək, Ərdəbildəki məxfi polis bölməsinə aparılıb. "Savalansəsi"nin məlumatına əsasən, onun Parsabaddakı (əsl adı Muğan mahalıdır) ata evində ETTELAAT-çılar qanunsuz olaraq axtarış aparıb, ona məxsus kitab və əşyaları müsadirə ediblər.

Ərdəbildəki ETTELAAT bölməsindən ailəsinə bildiriblər ki, S.Mirzaini dindirmək üçün bir neçə dəfə yerli inqilab məhkəməsinin 5-ci bölməsinə aparıblar. Onlar bu azərbaycanlı gəncin həbsinin səbəblərini deməsələr də, ata evindəki axtarışın "millətçiliyi yaymaqla" əlaqədar olduğunu söyləyiblər.

"Ayna"nın ötən saylarında bir müddət öncəki həbslər barədə məlumat vermişik. Bəhs etdiyimiz tarixdən bir gün əvvəl Güney Azərbaycanın Miyandab (gerçək adı - Qoşaçay) şəhərindəki Azərbaycan Milli Hərəkatının təəssübkeşlərindən Behbud Quluzadə ETTELAAT-ın yerli şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Lent.az-ın "bütövazərbaycanbirliyi"nə istinadən məlumatında bildirilib ki, təhlükəsizlik xidmətinin əməkdaşları Qoşaçayın "İmam" küçəsindəki foto-atelyeyə gələrək onu həbs ediblər. ETTELAAT-çılar orada sanksiyasız axtarış aparıb, Behbud Quluzadəyə məxsus CD və başqa özəl əşyaları müsadirə ediblər.

İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsinin saytı - "savalansəsi"nin xəbərinə əsasən, Qoşaçay məhkəməsi və ETTELAAT-ın yerli şöbəsi ona qarşı irəli sürülən ittiham və saxlanıldığı yer barədə ailəsini və yaxınlarını məlumatlandırmaqdan boyun qaçırır.

Behbud Quluzadə "Yaşıl Azərbaycan" Qeyri-Hökumət Təşkilatının katibidir. Bu qurum bir müddət öncə "millətçiliyi yaymaqda" ittiham olunaraq qapadılıb. Əvvəllər isə fotoatelyesinə türkcə ad qoyduğuna, "millətçiliyi yaymaqla məşğul olduğuna", Azərbaycan rəqs sinifləri təşkil etdiyinə görə İnqilab Məhkəməsinin Qoşaçaydakı bölməsi ondan izahat alıb.

O, 2006-cı il mayın 22-də keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün bir neçə ay həbsdə saxlanılmışdı.

Güney Azərbaycanın Həmədan şəhəri Əbu Əli ibn-Sina Universiteti "Türk ocağı"nın və "İldırım" dərgisinin keçmiş rəhbəri, Azərbaycan Milli Hərəkatının təəssübkeşi Əhməd Ağayi də mayın 21-də ETTELAAT-ın yerli şöbəsi tərəfindən həbs olunub.

Məlumatda bildirilir ki, bir müddət öncə o, universitetdəki təhlükəsizlik və nəzarət idarəsi tərəfindən ölümlə hədələnmişdi.

Güney Azərbaycanın Maku şəhərindən olan, hamının ziyalı və şair kimi tanıdığı Bəhmən Araz da mayın 22-də tutulub. ETTELAAT və məhkəmənin yerli şöbəsinin əməkdaşları səbəb və sanksiya təqdim etmədən onun evinə basqın ediblər. Mənzilində qanunsuz axtarış aparılmışdır.

Mayın 23-də axşam saatlarında Güney Azərbaycanın Meşgin şəhərindən olan Şəhram Radmehr də məxfi polis tərəfindən həbs edilib. Bu şəxs öncələr də qardaşı Səccad Radmehrlə birlikdə azərbaycanlı tələbələrin aksiyalarına qatıldıqları üçün təzyiq və təqiblərə məruz qalmış, həbs olunmuşlar.

Xəbərlərə əsasən, may ayında tutulanların və hədələrə məruz qalanların sayı yüzlərcədir. Adlarını yuxarıda qeyd etdiklərimizdən başqa, İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsi isə may hadisələrinin 4-cü ildönümü ərəfəsində tutulanların bir qrupunun siyahısını açıqlayıb:

Hüseyn Məhəmmədi Əlyar, Əlirza Hüseynzadə, Rza Əbdi, Tofiq Mürtəzapur (Təbriz Müəllimlər Birliyinin üzvü), Mustafa Cəmşidi (jurnalist), Ramin Cabbari (jurnalist), Hafiz Sərdarpur, Nadir Əzizi, Məhnaz Kərimi (şairə), Mehdi Zeynali, Aydın Xacei (tələbə), Vəli Azəriyun, Behbud Quluzadə, Kərim Fətihpur, Məhəmməd Fərəcani...

Bu həbslər antibəşəri mahiyyətli İran rejimini xilas edəcəkmi?



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bir tarixi gerçəyin işığında

Bölmənin digər xəbərləri
 
İran - Qərb casus mübadiləsi
Başkəsəni bir fransız xanıma dəyişdilər, Vaşinqton isə belə alverləri mümkünsüz sayır

Əhmədinejad doğulan hər uşağa 780 avro boyun oldu
Hökumətin və parlamentin isə bundan xəbəri yox



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər