Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Sevda Məmmədəliyeva: "Kitab - xalqın rəmzidir"
Sevda Məmmədəliyeva: "Kitab - xalqın rəmzidir"
Və dünya kitabla fəth olunur
Cümə, 28.05.2010

Sevinc İsmayıl mətn ölçüsü  

Bakıda "Kitabla dünyanı fəth et!" şüarı altında "Kitab bayramı-2010" keçirildi. Mayın 26-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən "Kitab bayramı-2010" çoxlu insan cəlb edə bilmişdi.

Bayramda Vətən, ekologiya, tarix, coğrafiya, milli musiqi, mədəni irs mövzularını əhatə edən 2056 adda 29260 nüsxə kitab sərgilənmişdi. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalarla yanaşı, Bakı kartoqrafiya fabriki, M.Seyidzadə adına kitabxana-mağaza, "Əli və Nino" kitab evi, "Kitab klubu", Bakıda fəaliyyət göstərən "Qlobal Publishing", "Nurlar", "Beşik", "Şərq-Qərb", "Xəzər", "Çinar-çap" və "Qanun" nəşriyyatları kitablarının sərgi-satışı da pis getmirdi. Belə ki, burada qonaqlar həm sərgilənən kitablarla tanış olur, həm də bəyəndikləri kitabları əldə edə bilirdilər.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev bayramı açıq elan edərək kitabsevərləri bu mühüm hadisə ilə əlaqədar təbrik etdi. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva mərasimdə çıxış edərkən dedi:

"Bildiyiniz kimi, "Kitab bayramı" ölkəmizdə 2008-ci ildən başlayaraq keçirilir. Kitab - xalqın rəmzidir. Kitab gələcəyə, biliyə gedən yoldur". Nazir müavini xatırlatdı ki, ölkə prezidenti kitabxanalarımıza aid altı sərəncam imzalamışdır. Xüsusi dövlət proqramı hazırlanmış və bu proqram əsasında latın qrafikası ilə 2 milyon nüsxə kitab çap olunaraq bütün kitabxanalarımıza paylanmışdır. Rayonlarda elektron kataloqlar və kitabxanalar yaradılmışdır. Nazir müavini belə bir bayramın təşkilinə görə paytaxtın Mədəniyyət və Turizm İdarəsinə öz minnətdarlığını bildirdi.

Mərasimdə bir sıra yazıçılar, ədiblər gözə dəyirdilər. Bəlkə də onlar oxucuların onların öz kitablarına nə şəkildə maraq göstərəcəklərini baxıb görmək istəyirdilər.

Bakı şəhər musiqi məktəbləri və mədəniyyət evlərinin kollektivləri, Bakı Uşaq Teatrı, "Cəngi", "Aysel" və "Şəms" rəqs qruplarının çıxışları bayrama öz bədii nömrələri ilə ayrı bir rəng qatırdılar. İştirakçılara xatirə hədiyyələri də təqdim olunacaqdı.

Bildirildi ki, kitab bayramına təşkilati dəstək Mədəniyyət və Turizm Nazirliyi, paytaxt İcra Hakimiyyəti, Qəbələ konserv zavodu "Jalə" şirələri, "Azersun Holding", "Orli-service" tərəfindən göstərilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Fidan Hacıyeva birillik proqram hazırlayıb

Gidon Kremer filarmoniyada çıxış edəcək

Bölmənin digər xəbərləri
 
İlhamə Qasımova "X Faktor"dan vaz keçdi
Qarşılaşdığı mənzərə onun həvəsini öldürüb

Bakıda Rusiya kinosu günü gözlənir
Mədəniyyət və Turizm Nazirliyi Rusiya Kinosunun İnkişafına Dəstək Fondu ilə birgə iyunun 1-dən 5-dək Bakıda Rusiya kinosu günləri keçirəcək.

Zəlimxan Yaqub: "Özlərini düzəltməsələr, Aşıqlar Birliyindən çıxaracağıq"
"Biz aşıq sənətini yüksəyə qaldırmaq istəyirik, ancaq ucuz, yaramaz, xoşagəlməz adamlar insanların hissiyyatı ilə oynayırlar.

"Amerikalı kürəkən" təqdim olunacaq
Mayın 29-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ramiz Mirişli və Marat Haqverdiyevin birgə layihəsi olan "Amerikalı kürəkən" tamaşasının premyerasıdır.

Kulturoloqların II Milli Forumu
Mədəniyyət və Turizm Nazirliyi iyunun 3-də Muzey Mərkəzində Kulturoloqların II Milli Forumunu keçirəcək.

"Əlvida, cənub şəhəri" təqdim ediləcək
Mayın 30-da İbrec Teatrında Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filminin nümayişidir.

"İndiki bəstələrdə milli ab-hava duyulmur"
Natəvan Şeyxova hesab edir ki, dirçəlişə sanballı əsərlərlə nail olmaq olar

Bakıda "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı keçirilir
Tədbir mayın 29-na kimi davam edəcək

Azərbaycanlı rəssamlar rəsm simpoziumunda iştirak ediblər
Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti 9 ölkədən 20 rəssamın iştirakı ilə I Beynəlxalq rəsm simpoziumu keçirib.

"Ürəklə şəkil çəkən rəssam"
Tahir Salahov haqqında film çəkilir

Simli alətlər üzrə müsabiqə sona çatdı
Ötən gün yekun konserti idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər