Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Dünya Bankından hökumətə tövsiyə:
təhsilin səviyyəsini qaldır və ali təhsillilərin sayını artır
Cümə, 28.05.2010

Aynurə mətn ölçüsü  

Təhsil dünyada iqtisadi inkişafın əsas indikatorlarından biri sayılır. Bütün inkişaf proqramları və yeni layihələr yüksək təhsil və elmi nailiyyətlərdən asılıdır. Vaxtilə təhsilin problemləri ali və orta məktəbin, hansısa təhsil qurumunun üzərinə düşürdüsə, artıq təhsil bütün cəmiyyətin probleminə çevrilib. Təhsil təkcə hansısa ali məktəbi qurtarmaqdan və diplom almaqdan ibarət deyil. Təhsildə yeni proqramlara, innovasiyalara, yeni yanaşmalara böyük ehtiyac var. Məhz buna görə də təhsil konsepsiyası hazırlanmalıdır.

Bir çox ölkələrdə təhsilin səviyyəsi tədris müəssisələrinin səviyyəsi ilə ölçülür. Ölkəmizdəki bəzi tədris müəssisələrində təhsilin səviyyəsi aşağıdır. Azərbaycanda təhsil orta səviyyədə olsa da, bəzən bir çox meyarlara görə digər dövlətlərə nisbətdə xeyli geri qalır. Burada tədris mexanizmlərindəki boşluqlarla yanaşı, tədrisin keyfiyyətindəki nöqsanlar, maddi vəziyyət və s. məsələlər də əsas yer tutur.

Bəzi universitetlərə ali məktəblərdə gənclər təşkilatının yaradılmasında kömək göstərilmir. Halbuki tələbə-gənclər təşkilatları, birlikləri təhsilin inkişafına dəstək göstərə, tələbələrin ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakını və onların hüquqlarını təmin edə bilər. Buna görə də həmin qurumların fəaliyyətinə geniş yer verilməlidir.

İnkişaf meyilləri görünmür

Dünya Bankının "Azərbaycan: həyat şəraitinin qiymətləndirilməsi hesabatı"nda bildirilir ki, təhsil xidmətlərinə ayrılan investisiyaların və büdcə vəsaitlərinin həcminin artmasına baxmayaraq, bu sahədə yüksək inkişaf meyilləri görünmür. Təhsildə ciddi nöqsanlar qalmaqdadır. Dünya Bankının iqtisadçısı Lire Ersado bildirib ki, son 8 ildə təhsil sistemində həm infrastruktur təminatının, həm də maddi-texniki bazanın möhkəmlənməsinə baxmayaraq, ümumilikdə təhsil alanların, yəni şagird və tələbələrin bilik səviyyəsi, dünyagörüşü, hazırlığı, informasiya texnologiyaları sahəsində lazımi bilik və təcrübələri qənaətbəxş deyil. Azərbaycanda təhsilin ümumi göstəriciləri bir çox region dövlətləri ilə müqayisədə çox aşağıdır.

REKLAM

Ölkədə ali təhsilli vətəndaşların xüsusi çəkisi xeyli azdır.

DB iqtisadçısı hesab edir ki, təhsil problemini qısa müddətdə həll etmək mümkün deyil. Ancaq Azərbaycan hökuməti 10 ildən çoxdur bu sahəyə xeyli məbləğdə pul ayırır, islahatlar həyata keçirir. Buna baxmayaraq, tədrisdə və kadr hazırlığında irəliləyiş yoxdur. Bu gün Azərbaycan əhalisinin yalnız 17 faizi ali təhsillidir. Halbuki bu göstərici heç olmasa 50 faiz olmalıdır.

Hazırda orta inkişaf mərhələsinə daxil olan dövlətlərdə ali təhsilə malik vətəndaşlar 65 faizdən yüksəkdir. Təhsil müəssisələrinə qəbul aşağı səviyyədədir. Məktəbəqədər və ali təhsil arasında ciddi bərabərsizlik müşahidə olunur. Oxşar ölkələrlə müqayisədə ali təhsildə vəziyyət Azərbaycanın xeyrinə deyil. Ümumiyyətlə, ali təhsil sahəsində iştirak səviyyəsi çox aşağıdır, burada qeyri-bərabərlik mövcuddur. Xüsusilə də şəhər və kənd, ümumiyyətlə, bölgələr arasında fərqlərin artması qeyd olunan sahələrdə çətinlikləri daha da artırır.

Ayrılan vəsait səmərəli xərclənmir

Lire Ersado Azərbaycan hökumətinə ölkədə ali təhsilli insanların sayını artırmağı tövsiyə edir. DB təklif edir ki, ali təhsilin inkişaf etdirilməsi üçün kütləvi dəyişikliklərlə yanaşı, keyfiyyətli təhsil sisteminin təşkili vacibdir. Təhsilə ayrılan vəsaitlər səmərəli xərclənsin və qeyd olunan problemlərin aradan qalxmasına imkan yaratsın. DB hökumətə tövsiyə edir ki, təhsilin keyfiyyətinin, effektivliyinin artırılması, maliyyə sistemində, rayonlarda tədrisin keyfiyyətinin yaxşılaşdırılması sahəsində islahatlar davamlı olmasa, onda gələcəkdə təhsil, səhiyyə, elm və digər bölmələrdə nailiyyətlərdən danışmaq mümkün olmaz.

Təhsil sahəsində aparıcı mütəxəssis, Dövlət Dillər Universitetinin müəllimi, professor Fəxrəddin Veysəlov hesab edir ki, bu gün təhsil mühitinin saflaşması ən böyük problemlərdən biridir. Digər problem isə təhsil işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Ali məktəb müəllimi bir neçə yerdə işləyir və bu, tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, Avropaya inteqrasiyaya baxmayaraq, təhsilin yeni mexanizimləri yarımçıq qalır. Xüsusilə də qəbul imtahanları sistemi nəinki mükəmməl deyil, çox böyük qüsurlara malikdir.

Mütəxəssis deyir ki, təhsil orta məktəbdən başlayır. Orta məktəblərdə yetişdirilən şagirdlərin səviyyəsinin aşağı olmasını qəbul imtahanları zamanı abituriyentlərin topladıqları baldan da görmək olar:

"Məsələn, abituriyentlərin 24 faizi təxminən 100 bal, 22 faizi 100-200 intervalında, 20,81 faizi isə 200-300 intervalında bal toplayanlardır. Göründüyü kimi, orta məktəbi bitirib imtahan verənlərin 70 faizə yaxını tədris proqramının 50 faizinə də bələd deyil. Bu gün ölkəmizdə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı cəmi 400 nəfərdir. Bu, abituriyentlərin 1 faizi də demək deyil. Avropada bu rəqəm 10 faizdən yüksəkdir...".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq

Yarım milyon türk balası birinci sinfə gedir

İranda türkcə təhsil olmuşdu

Bölmənin digər xəbərləri
 
Müəllim ələbaxım qaldıqca...
inkişaf yoxdur və ola da bilməz!

Uşaqlara balkonlardan boylanmaq qaldı
Bu ölkədə qəpik-quruş marağı daha önəmlidir

Qanunsuz əmlak sahiblərinə də kompensasiya ödəniləcək
Özü də bazar qiymətinə uyğun

TQDK daşqın bölgəsində səyyar sənəd qəbulu komissiyaları yarada bilər
İmtahansız tələbə olacaq çempionlar isə gələn həftədən sənəd verə bilərlər

Təhsil desantı Azərbaycanda
Ukrayna bizim gənclərə öz ali məktəblərini təklif edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər