Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Müəllim ələbaxım qaldıqca...
inkişaf yoxdur və ola da bilməz!
Cümə, 28.05.2010

A.Əhmədova mətn ölçüsü  

Milli Valideyn-Müəllim Assosiasiyasının araşdırmalarından bəlli olub ki, Təhsil Nazirliyinin və Bakı şəhər Təhsil İdarəsinin qaynar xətlərinə daxil olan şikayətlərin böyük əksəriyyəti müəllimlərin zəif dərs keçməsi, rüşvət alması ilə bağlıdır. Assosiasiyanın ekspertləri bunu araşdırmaq üçün Bakı, Gəncə, Mingəçevir, Quba şəhərlərində valideyn və müəllimlər arasında sorğu keçirib. Sorğuda Azərbaycan müəllimlərinin nüfuzu, müəllimlərin çətinlikləri ilə bağlı respondentlərə 9 sual ünvanlanıb. Eyni zamanda, psixoloqlar Bakı məktəblərində 9, 10, 11-ci sinif şagirdləri arasında digər sorğu aparıb. Bu barədə Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbəri Təranə Şərifova "Ayna"ya danışdı.

- Təəssüf ki, şagirdlər arasında müəllim peşəsinə yiyələnmək istəyən yox idi. Şagirdlər buna əsas olaraq müəllimin maddi vəziyyətinin aşağı olmasını göstərirlər. Hətta müəllim övladları belə müəllim olmaq arzusunda deyil. Abituriyentlər sənəd verərkən müəllim peşəsini sonuncu ixtisas olaraq qeyd edirlər. Mən bunu müəllim nüfuzunun aşağı olması ilə əlaqələndirirəm.

Ölkədəki 170 min müəllimdən 36 mini Bakıda çalışır. Heç birinin dövlət qulluqçusu statusu yoxdur. Fikrimcə, müəyyən meyarlar əsasında bunu etmək olar. Məsələn, iş stajı 25 il olan, müəyyən uğurlar əldə etmiş, bu sahədə həqiqətən əmək sərf etmiş insanlara bu statusu vermək olar (?). Bundan başqa, müəllimlərin sosial paketi olması yaxşı olardı. Paketdə müəllimlərə imtiyazlar, güzəştlər verilməlidir ki, cəmiyyət müəllimi ələbaxım insan kimi tanımasın.

Sorğunun nəticələrini tanınmış təhsil işçiləri ilə müzakirə etdikdən sonra bir paket hazırlayıb Təhsil Nazirliyinə göndərmişik. Nazirlik əməkdaşlığa hazır qurumdur.

REKLAM

Amma mən dövlətin atdığı addımlara zəmanət verə bilmərəm. Dövlət orqanları təkliflərimizə birmənalı yanaşmaya bilər.

Doğrudur, artıq üç ildir müəllimləri həvəsləndirmək üçün "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı məktəbi" müsabiqəsi keçirilir. Lakin bu çox azdır və sözsüz ki, təkcə dövlət müəllimin nüfuzunu qaldıra bilməz. Məktəbə uşaq göndərən ailə bu işdə əhəmiyyətli rol oynamalıdır. Bəzən valideyn müəllimin ünvanına xoşa gəlməyən ifadələr söyləyir. İnanın ki, uşaq dərsdən çox, evdə səslənən ifadələr haqqında düşünür. Müəllim öz nüfuzunu işi ilə qaldırmalıdır.

- Başqa sahələr və peşələr də var və niyə məhz müəllimlər bu paketə layiq görülməlidir?

- 1917-ci ildə bolşeviklər maaş məsələsini müzakirə edəndə qərara gəliblər ki, onsuz da müəllimlər və həkimlər özlərini dolandırırlar. Müəllim repetitorluq edir, həkim isə şəxsi praktikası ilə yaşayır. O gündən bəri bu siyasət yürüdülür. Amma bu gün məsələyə yeni gözlə baxılmalıdır. Bir məsələni yaddan çıxarmamalıyıq: Müəllim nüfuzu aşağı olan cəmiyyətdə inkişaf yoxdur və ola bilməz! Müəllimlərə qarşı daha həssas olmalıyıq.

Bütün ixtisas sahiblərinin müəllimi olub. Həkim, müstəntiq, jurnalist və b. Müəllim bilik verən, yol göstərən, həyata istiqamət verən şəxsdir. Müəllimin nüfuzu aşağı düşübsə, cəmiyyət buna öz sözünü deməlidir.

Əslində mən buna güzəşt deməzdim. Bir gerçəklik də var ki, cəmiyyət müəllimin qarşısında borcludur. Müəllimin də cəmiyyət qarşısında məsuliyyəti var. Məsələn, mən müəllim peşəsini seçəndə bilirdim ki, məvacibi yüksək deyil. Amma mən sənətimi sevirdim və bu seçimi etdim. Müəllim peşəsini seçənlər maaşlarının yüksək olmadığını əvvəlcədən bilirdilər. İşləyəndən sonra maddi vəziyyətin aşağı olduğunu əsas gətirib rüşvət almaq yolverilməzdir. Sosial çətinliklərin olmasına baxmayaraq, fədakar müəllimlərimiz var. 100 manatdan 10-15 manat artıq pul alırlar. Lakin vicdanla çalışırlar.

Beynəlxalq müsabiqələrdə qalib gələn, inkişaf etmiş dövlətlərin təhsil ocaqlarında təhsil almaq, ora daxil olmaq gücündə şagirdlər yetişdirirlər.

- Lakin etiraf edək ki, müəllimlər həm də əllərində attestatı olan, lakin bilik səviyyəsi nəinki instituta daxil olmağa, hətta peşə təhsili almağa imkan verməyən şagirdlər də az "yetişdirmirlər"...

- Tamamilə doğrudur. Bu fikrə münasibət bildirərkən bəzi məsələlərə aydınlıq gətirmək yerinə düşərdi. Əvvəla, cəmiyyətdə məktəbə ali məktəbə daxil olmaq üçün vasitə kimi yanaşırlar. Məktəb isə, sadəcə, YAXŞI İNSAN formalaşdıran məkandır! Təhsil ocağında pul qazanılmır. Əksinə, pul xərclənir ki, sabah uşaq pul qazanmağı, həyatda özünə yol seçməyi, vətəndaş olmağı öyrənsin.

Təəssüflər olsun ki, bəzi məktəblərdə pedaqoji təcrübəsi az və şagirdə fərdi yanaşması zəif olan müəllimlər var. Ancaq yaxşı oxumayan şagirdlərin də belə nəticə göstərməsində valideynlərin rolu az deyildir. Valideyn yaxşı bilir ki, 9-cu sinifə qədər onun uşağı təhsil nailiyyətləri əldə etmir. Amma təkid edir ki, onun uşağı attestat alıb ali məktəbə daxil olsun. Bu halda valideyn övladının sənətə, peşəyə yiyələnməsinə, düzgün yol seçməsinə can atmalıdır. Sənətkarlara hər zaman ehtiyac var. Bu təklifi irəli sürən müəllim isə şəxsi marağın olmasında günahlandırılır.

Uşaq attestat almayanda isə valideynlər əl-ayağa düşürlər. Bilirsiniz, bilik səviyyəsi aşağı olan şagirdlərin mövcudluğu ilə barışmaq lazımdır. Hamı alim ola bilməz. Amma bilik səviyyəsi yüksək şagirdlər yetişdirən müəllimləri, həmçinin şagirdləri stimullaşdırmaq lazımdır. Yaxşı haldır ki, valideyn-müəllim assosiasiyaları yaradılan məktəblərdə bu məsələ həllini tapmaqdadır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Gəncə orta məktəbində dərs saatı satılır?

Orta məktəb şagirdlərində siqaretə meyil artıb

Gənc liderlər Qazağa toplaşıb

Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!

Bölmənin digər xəbərləri
 
Uşaqlara balkonlardan boylanmaq qaldı
Bu ölkədə qəpik-quruş marağı daha önəmlidir

Qanunsuz əmlak sahiblərinə də kompensasiya ödəniləcək
Özü də bazar qiymətinə uyğun

TQDK daşqın bölgəsində səyyar sənəd qəbulu komissiyaları yarada bilər
İmtahansız tələbə olacaq çempionlar isə gələn həftədən sənəd verə bilərlər

Təhsil desantı Azərbaycanda
Ukrayna bizim gənclərə öz ali məktəblərini təklif edir

Dünya Bankından hökumətə tövsiyə:
təhsilin səviyyəsini qaldır və ali təhsillilərin sayını artır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər