Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
İmişlidə operativ qərargah yaradılıb
Vəziyyət kritik olaraq qalır
Şənbə, 22.05.2010

Elçin mətn ölçüsü  

Baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə İmişli rayonunun Bəhramtəpə qəsəbəsində operativ qərargah yaradılıb. Məlumata görə, daxili işlər naziri Ramil Usubov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin prezidenti Əhməd Əhmədzadə hazırda qərargahda fəlakətlə əlaqədar önləyici tədbirlər planı üzərində iş aparırlar.

Ə.Əhmədzadə jurnalistlərə açıqlamasında vəziyyətin kritik olaraq qaldığını deyib. Onun sözlərinə görə, Kürdə 1 saniyədə 2500 kubmetr su axır: "Şkala 950-ni göstərir. Tədbirlər görülür. Kürdə heç vaxt saniyədə 1600 kubmetrdən artıq su keçməyib. Biz az fəsadla suyu ötürmək üçün tədbirlər görürük".

ASC prezidenti Kürün deltasının lildən təmizlənməsi prosesinin davam etdirildiyini də deyib: "Bunun da təsiri özünü göstərir. Deltada artıq ana Kür açılıb".

Ə.Əhmədzadə Araz çayında saniyədə 1200 kubmetr su axdığını da deyib: "Son 15 gündə Araz saniyədə 850-1200 kubmetr su ötürüb. Ötürücülük bundan da çox ola bilər. Belə olsa, tədbirlər görüləcək. Araz əvvəlki yataqlarına yönləndiriləcək. Bu gün işə başlayacaqlar. Qısa zamanda bunu etmək mümkündür. Suyun səviyyəsi böhran həddinə çatsa, Arazı yönləndirməyə çalışacağıq ki, sonradan suyu İranla bölüşdürə bilək".

Daxili işlər naziri Ramil Usubov da jurnalistlərə açıqlamasında yaxın iki gündə Arazın kanal vasitəsilə digər istiqamətə yönləndiriləcəyini deyib.

Nazir Azərbaycan prezidentinin sərəncamına əsasən fəlakətin nəticələrinin aradan qaldırılmasına məsul olan bütün qurumların nümayəndələrinin fəlakət bölgəsində olduqlarını deyib.

R.Usubovun sözlərinə görə, hazırda İmişli, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında Daxili Qoşunların 2000-ə yaxın qüvvəsi və polis əməkdaşları təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesində iştirak edir.

Qeyd edək ki, Şirvan şəhərinin Bayramlı qəsəbəsində də operativ qərargah fəaliyyət göstərir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Borçalı" Cəmiyyəti Tbilisidə mitinq keçirəcək
Aksiyada 5 minə yaxın Azərbaycan türkünün iştirakı gözlənir

BQXK hesabat yayıb
2009-cu ildəki fəaliyyət açıqlanır

Daşqının kədərli statistikası
14 kənd, 20 min insan, 4300-dən artıq ailə zərər çəkib

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək
Daşqın rayonlarında çətinlik varsa, orada mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirilməyə bilər"

Yüksəkrütbəli zabitlər cəbhə xəttində
Eldar Sabiroğlu: "Müharibə başlasa, Ermənistan çox qısa zaman ərzində məğlub ediləcək"

QHT-lər təbii fəlakətlə bağlı qərargah yaratdı
Məqsəd subasmanın aradan qaldırılmasına yardım etməkdir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər