Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
QHT-lər təbii fəlakətlə bağlı qərargah yaratdı
Məqsəd subasmanın aradan qaldırılmasına yardım etməkdir
Şənbə, 22.05.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Bir qrup qeyri-hökumət təşkilatı cümə günü "Mədən sənayesində şəffaflığın artırılması" koalisiyasının ofisində Azərbaycanın bir sıra rayonlarında baş verən daşqınlara həsr edilmiş iclas keçirib ("Turan").

İclasda qeyd edilib ki, daşqın zonasında vəziyyət böhranlı olaraq qalır və bəzi yaşayış məntəqələri və kənd təsərrüfatı yerlərinin də su altında qalma ehtimalı var. QHT-lərin məlumatına görə, fəlakət zonasında daha çox ərazini su basmasının qarşısının alınması və fəlakətin nəticələrinin aradan qaldırılması üzrə kifayət qədər tədbirlər görülmür.

Daşqın təhlükəsi olan bütün istiqamətlərdə texnikadan istifadə olunmur. Bir sıra kəndlərin sakinləri əl altında olan vasitələrdən istifadə edir və texnikaya - maşınlara, ekskavatorlara və s. ehtiyac duyurlar. İnsanların içməli su, ərzaq problemləri var.

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib ki, daşqına məruz qalmış Saatlı, Sabirabad, Şirvan və digər rayonlar ölkənin əsas meyvə-tərəvəz təchizatçılarıdır. Bu məhsulun 33 faizi burada istehsal olunur. "İstehsalçılara vurulan ziyanı dövlət ödəməli olacaq", - deyə o bildirib.

Qubadoğlunun fikrincə, dövlətin fəlakətin nəticələrinin aradan qaldırılmasına və gələcək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə yönəldilməsi mümkün olan vəsaiti var. Onun bildirdiyinə görə, ehtiyat fondunda 200 milyon manat, prezident fondunda isə 160 milyon manat vəsait toplanıb, dövlət büdcəsindən də bu məqsədlə 240 milyon manat ayırmaq olar.

Çıxışlar zamanı vətəndaş cəmiyyəti nümayəndələri qeyd ediblər ki, daşqın təbii fəlakət deyil, uzun illər daşqına yol verilməməsi üçün qabaqlayıcı tədbirlər görməyən hökumətin yanlış fəaliyyətinin nəticəsidir.

Kür çayının dibinin təmizlənməsi və sahillərin bərkidilməsi üzrə müntəzəm işlər həyata keçirilməyib, kollektorlar və drenaj sistemləri lazımi qaydada təmizlənməyib, baxmayaraq ki, son üç ildə bu məqsədlə 170 milyon manat ayrılıb.

Vətəndaş cəmiyyətinin fəlakətin nəticələrinin aradan qaldırılmasında daha fəal iştirakı məqsədilə "Kür" şərti adı altında QHT qərargahının yaradılması haqqında qərar qəbul edilib. İlk növbədə qərargah fəlakət zonasından daha dəqiq təsəvvür yaratmaq üçün informasiya toplanmasını həyata keçirməlidir. Sonradan qərargah daşqının nəticələrinin aradan qaldırılmasına və fəlakət baş vermiş zonada normal həyatın bərpasına yardım edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?

Azərbaycanda 2350 QHT, 4100-dən artıq KİV qeydiyyatdan keçib

Orduda islahatların ən böyük problemi bilindi

Vətəndaş cəmiyyəti ABŞ-a dəstək çıxdı

Daşqından ziyan çəkənlərə kompensasiya veriləcək

Bölmənin digər xəbərləri
 
"Borçalı" Cəmiyyəti Tbilisidə mitinq keçirəcək
Aksiyada 5 minə yaxın Azərbaycan türkünün iştirakı gözlənir

BQXK hesabat yayıb
2009-cu ildəki fəaliyyət açıqlanır

Daşqının kədərli statistikası
14 kənd, 20 min insan, 4300-dən artıq ailə zərər çəkib

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək
Daşqın rayonlarında çətinlik varsa, orada mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirilməyə bilər"

Yüksəkrütbəli zabitlər cəbhə xəttində
Eldar Sabiroğlu: "Müharibə başlasa, Ermənistan çox qısa zaman ərzində məğlub ediləcək"

İmişlidə operativ qərargah yaradılıb
Vəziyyət kritik olaraq qalır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər