Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
BQXK hesabat yayıb
BQXK hesabat yayıb
2009-cu ildəki fəaliyyət açıqlanır
Şənbə, 22.05.2010

mətn ölçüsü  

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) 2009-cu ildəki fəaliyyətinə dair illik hesabatı açıqlanıb. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hesabatda bildirilir ki, müasir silahlı münaqişələrin qurbanları davam edən təhlükə ilə bağlı bir sıra təzyiq və problemlərlə üzləşirlər. Bunların arasında həm qısamüddətli problemlər, həm də təhlükəsizlik, su, sığınacaq və tibbi yardım kimi daima təkrarlanan ehtiyaclardan tutmuş kasıblıq, lazımınca qidalanmama, məktəbin, iş yerinin və səhiyyə xidmətinin olmaması kimi xroniki olaraq davam edən problemlər də var. Hesabatda deyilir:

"Bu hesabat Əfqanıstan, İraq, İsrail, zəbt olunmuş Fələstin torpaqları, Somali, Sudan, Kolumbiya və Filippin adaları kimi ərazilərdə yaşayan insanların onillər boyunca üzləşdikləri əziyyətlərin yalnız qısa anlarını əks etdirir".

BQXK prezidenti Yakob Kellenberger öz çıxışında bunları deyib: "Siz bizim 10, 20 və hətta 30 il bundan əvvəlki hesabatlarımıza baxarkən eyni kontekstlərin artıq münaqişəyə çevrildiyini və ya müharibə ərəfəsində olduğunu görürsünüz. Məni narahat edən məsələ bu dağıdıcı müharibələrin bütöv nəsillərin həyatlarına məhvedici təsir göstərməsidir".

Y.Kellenberger bildirib ki, bu hallara daha çox cəlb olunmaq və hadisə yerlərində daima olmaqla BQXK münaqişə fəlakətinə düçar olmuş ölkələrdə insanların həm təcili, həm də uzun müddət davam edən ehtiyaclarını başa düşmək və onlara daha effektiv şəkildə cavab vermək imkanı qazanıb.

Qeyd olunub ki, 2009-cu ildə ehtiyaclara cavabın bir hissəsi olaraq BQXK yerli icmalarla daha sıx əlaqəsi olan Milli Qızıl Xaç və Qırmızı Aypara Cəmiyyətləri ilə ərazilərdə apardığı əməkdaşlığı gücləndirib və bununla da ehtiyacı olanlarla, xüsusilə də daha az əlçatan yerlərdə yaşayanlarla yaxın əlaqə yaradılmasını təmin edib.

İllik hesabatı Cenevrədə təqdim edərək cənab Y.Kellenberger hökumətlərə müraciət edərək silahlı münaqişələrin və digər zorakılıqların mülki əhaliyə təsirini azaltmaq üçün öz səylərini ikiqat artırmağa çağırıb. Məlumata görə, BQXK 2009-cu il ərzində 1,06 milyard İsveçrə frankı sərf edib ki, bu da 2008-ci ildə rekord həddə çatan 1,1 milyard frank məbləğində olan xərclərdən cəmi bir qədər azdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Borçalı" Cəmiyyəti Tbilisidə mitinq keçirəcək
Aksiyada 5 minə yaxın Azərbaycan türkünün iştirakı gözlənir

Daşqının kədərli statistikası
14 kənd, 20 min insan, 4300-dən artıq ailə zərər çəkib

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək
Daşqın rayonlarında çətinlik varsa, orada mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirilməyə bilər"

Yüksəkrütbəli zabitlər cəbhə xəttində
Eldar Sabiroğlu: "Müharibə başlasa, Ermənistan çox qısa zaman ərzində məğlub ediləcək"

QHT-lər təbii fəlakətlə bağlı qərargah yaratdı
Məqsəd subasmanın aradan qaldırılmasına yardım etməkdir

İmişlidə operativ qərargah yaradılıb
Vəziyyət kritik olaraq qalır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər