Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Borçalı" Cəmiyyəti Tbilisidə mitinq keçirəcək
"Borçalı" Cəmiyyəti Tbilisidə mitinq keçirəcək
Aksiyada 5 minə yaxın Azərbaycan türkünün iştirakı gözlənir
Şənbə, 22.05.2010


İLKİN
mətn ölçüsü  

Gürcüstanda yaşayan azərbaycanlılar "Borçalı" İctimai Cəmiyyətinin təşkilatçılığı ilə mayın 26-da paytaxt Tbilisidə yürüş-mitinq keçirəcəklər. Bu barədə cəmiyyətin sədri Zəlimxan Məmmədli Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib. O, Gürcüstan tarixində ilk dəfə olaraq belə bir tədbirin keçiriləcəyinə diqqət çəkib.

Yürüş-mitinqin Gürcüstan Demokratik Respublikasının yaranmasının 82-ci ildönümü ilə bağlı olduğunu deyən Z.Məmmədli aksiyada 3-5 min azərbaycanlının iştirakının nəzərdə tutulduğunu söyləyib. Tbilisi meriyası aksiyanın keçirilməsinə razılıq verib. Azərbaycanlıların mayın 26-da Tbilisidəki Meydan adlanan tarixi məhəllədə toplaşması, Leselidze küçəsi ilə hərəkət etməsi və parlament binasına qədər yürüş etməsi nəzərdə tutulub.

Z.Məmmədli aksiyada "Borçalı türkləri öz vətənlərinə sadiqdir!", "Yaşasın demokratik Gürcüstan!", "Yaşasın vahid Gürcüstan!" və digər şüarlar səsləndiriləcəyini açıqlayıb: "Bu aksiya Borçalı türklərini Gürcüstanın siyasi elitası ilə sıx yaxınlaşdıracaq, qarşılıqlı inteqrasiya prosesini sürətləndirəcək, regionda etnik konfliktlərin həll olunmasını asanlaşdıran psixoloji mühit formalaşdıracaq, Borçalı türklərində Gürcüstan dövlətçiliyi şürunun artmasına yardımçı olacaq. Azərbaycan da, Gürcüstan da daim etnik separatizmdən əziyyət çəkib. Biz separatçılığın əleyhinəyik. Ona görə də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
BQXK hesabat yayıb
2009-cu ildəki fəaliyyət açıqlanır

Daşqının kədərli statistikası
14 kənd, 20 min insan, 4300-dən artıq ailə zərər çəkib

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək
Daşqın rayonlarında çətinlik varsa, orada mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirilməyə bilər"

Yüksəkrütbəli zabitlər cəbhə xəttində
Eldar Sabiroğlu: "Müharibə başlasa, Ermənistan çox qısa zaman ərzində məğlub ediləcək"

QHT-lər təbii fəlakətlə bağlı qərargah yaratdı
Məqsəd subasmanın aradan qaldırılmasına yardım etməkdir

İmişlidə operativ qərargah yaradılıb
Vəziyyət kritik olaraq qalır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər