Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 may 2010-cu il tarixində Avropa Parlamenti tərəfindən Parlamentin Bolqarıstandan olan üzvü cənab Yevgeni Kirilovun məruzəsi əsasında "Avropa Birliyinin Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnamənin qəbul edilməsini arzulayır. Bu barədə XİN mətbuat xidmətindən "Ayna"ya verilən məlumatda qeyd edilir.
Azərbaycan XİN Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı kimi təşəbbüslərini dəstəkləyərək Cənubi Qafqaz ölkələrinin Avropa siyasətinə inteqrasiyasını sürətləndirmək və Cənubi Qafqazı davamlı sülh, sabit və çiçəklənən regiona çevirmək istiqamətində Avropa Birliyini daha fəal oynamağa çağırır.
XİN-in sənədində deyilir: "Bu vacib qətnamə haqlı olaraq regionda həll olunmayan münaqişələri iqtisadi və sosial inkişafa və Cənubi Qafqaz ölkələrində Şərq Tərəfdaşlığının tam reallaşmasına maneə kimi qiymətləndirir və regionda sabitlik üçün münaqişələrin dinc yolla həllini zəruri hesab edir".
XİN-in sənədində qeyd edilir ki, AB tərəfindən Cənubi Qafqaz ölkələrinə münasibətdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə istinad edərək, Parlamentin, habelə, Şərq Tərəfdaşlığının məqsədlərindən biri tərəfdaş ölkələrin dövlətçiliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinə real dəstək verilməsinin olduğunu xatırladır və region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətə münasibətdə hər hansı bir şərtin irəli sürülməsini yolverilməz hesab edir.
Nazirlik Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinə dair Parlamentin aydın və vahid mövqeyini müsbət dəyərləndirir.
Beləliklə, qarşıdan gələn aylar ərzində münaqişələrin həlli cəhdlərinin sürətləndirilməsinə, beynəlxalq səviyyədə əsası olmayan və zor gücünə yaradılmış status-kvonun qorunub saxlanılmasından imtina etməyə çağıraraq Avropa Parlamenti bütün işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qüvvələrinin çıxarılmasını tələb edir. Həmçinin Avropa parlamentarları Dağlıq Qarabağ münaqişəsi zamanı və ya münaqişə ilə əlaqədar evlərini tərk edərək yüz minlərlə qaçqın və məcburi köçkünlərin didərgin qalmaları faktı və onların geri qayıtmaq hüquqları da daxil olmaqla, hüquqlarının inkar olunması ilə əlaqədar öz ciddi narahatlıqlarını bildirirlər və bu hüquqların birmənalı və qeyd-şərtsiz tanınmasına çağıraraq onların təcili reallaşdırılmasını xüsusilə qeyd edirlər.
Dağlıq Qarabağ bölgəsində təşkil olunacaq "parlament seçkiləri"ni nəzərə alaraq nazirlik məmnuniyyətlə bildirir ki, Avropa Parlamentinin bu qətnamə vasitəsi ilə AB-nin separatçı ərazilərdə keçirilən seçkilərin təşkilini qeyri-konstitusion və qeyri-qanuni hesab etdiyi mövqeyi təsdiqlənir və məcburi köçkünlərin siyasi hüquqları müdafiə edilir.
"Erməni tərəfinin bunun qəbul edilməsinin qarşısının alınmasına dair etdiyi ümidsiz cəhdlərə baxayaraq, bu qətnamə Avropa Parlamentinin əsas siyasi qrupları tərəfindən güclü dəstək almışdı" deyə XİN-in açıqlamasında bildirilir. Nazirlik inanır ki, Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu aydın və vaxtında edilmiş bildirişi Ermənistana münaqişənin həllinin uzadılmasına yönəlmiş siyasəti dayandırmağa və nəticədə, qətnamədə əks olunmuş prinsiplər əsasında, danışıqlarda konstruktiv mövqe tutmağa siqnal olacaq.
Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa Parlamentində AB-nin Cənubi Qafqaz strategiyası ilə bağlı dinləmələrdə qəbul olunmuş qətnaməyə kəskin münasibət bildirib. Argentinalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Nalbandyan bəyan edib ki, bu qətnamə nə Moskva bəyannaməsi, nə Madrid prinsipləri, nə də Akvill bəyanatlarına uyğun deyil.
Onun fikrincə, qətnaməni hazırlayan şəxs Qarabağ münaqişəsi ilə kifayət qədər tanış olmayıb: "Onu hazırlayan adam, yəqin ki, heç vaxt Qarabağda və regionda olmayıb və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri ilə məsləhətləşmələr aparmayıb. Məhz buna görə də qətnamə Avropa Birliyinin dəfələrlə bildirdiyi mövqeyə ziddir".
Nalbandyan həmçinin bəyan edib ki, AB-nin keçən ilin dekabrında Afinada səsləndirdiyi mövqe Ermənistanın mövqeyi ilə tam həmahəngdir.
|