Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NISA) "Maliyyə təhlükəsizliyi" mövzusunda yay sessiyası keçiriləcək. Bu barədə APA-ya NISA-dan məlumat verilib.
İyulun 4-11-də keçiriləcək sessiyada NATO-nun müvafiq strukturları, həmçinin aparıcı Avropa ölkələrindən ekspertlər və rəsmi şəxslər iştirak edəcək.
Sessiyada bankların və maliyyə təşkilatlarının təhlükəsizliyi, yeni dünya iqtisadiyyatında sifarişlər, beynəlxalq təhlükəsizlik, qlobal maliyyə böhranı və onun yaranma səbəbləri, maliyyə bazarlarına təsirlər, maliyyə təhlükəsizliyindəki zəif məqamlar, pulların yuyulması, cinayət fondları, şübhəli maliyyə sazişlərinin indikatorları, terrorizmin iqtisadiyyatı, NATO və digər beynəlxalq təşkilatların qlobal maliyyə böhranının aradan qaldırılmasında rolu, maliyyə cinayətlərinin tədqiqi, maliyyə təhlükəsizliyi texnologiyaları və s. mövzular üzrə müzakirələr aparılacaq.
Qeyd edək ki, NISA Azərbaycan Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə yaradılıb.
|