Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Azərbaycan Ordusunun ehtiyaclarını ödəyəcəyik"
"Azərbaycan Ordusunun ehtiyaclarını ödəyəcəyik"
Özcan Qəhrəmangil: "Azərbaycan həvalə edərsə, tankları modernləşdirə bilərik"
Şənbə, 22.05.2010

Cəsur Məmmədov mətn ölçüsü  

 "Biz SOFEX müdafiə sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Optika" İstehsalat Birliyi ilə Bakıda "Alov" zavodunda elektrooptik sahədə işbirliyini nəzərdə tutan müqavilə imzaladıq. Bizim əvvəllər də Azərbaycanla işbirliyimiz olub. İmzaladığımız bu protokol gecəgörmə cihazlarının "Alov" zavodunda istehsalını əks etdirir. Eyni zamanda, müqavilə çərçivəsində termal silah durbinlərinin Azərbaycanla ortaq olaraq istehsalını planlaşdırırıq". Bunu Türkiyənin ASELSAN şirkətinin Mikroelektronik, Güdüm və Elektro-Optik Qrupunun başçısı Özcan Qəhramangil APA-ya müsahibəsində bildirib.

Texnologiyaların tətbiqində bu günə qədər ölkələrin istənilən səviyyədə yaxınlaşa bilmədiyinə təəssüf edən Ö.Qəhrəmangil bildirib ki, indi Azərbaycan Silahlı Qüvvələri əsasən təmsil etdiyi şirkətin radiostansiyalarından istifadə edir və çox məmnundurlar. "Bir qədər əvvəl Daxili Qoşunlar bizim istehsalımız olan termal kameralarımızdan istifadə etməyə başladı. Qısa müddət ərzində həm termal kameralar, həm də gecəgörmə cihazları sahəsində işbirliyimizi davam etdirərək Azərbaycanda istehsal quracağıq. Bununla da həm Azərbaycan Silahlı Qüvvələrinin, həm də bölgənin bu sahədə ehtiyaclarını ödəməyi nəzərdə tuturuq", - deyə o qeyd edib.

Sərhəd təhlükəsizliyi sahəsində ASELSAN-ın yaratdığı texnologiyaların Azərbaycanda tətbiqi sahəsində işbirliyinin ilkin mərhələdə olduğunu deyən Qəhrəmangil bildirib ki, Azərbaycanın sərhəd təhlükəsizliyi müzakirə mövzusudursa, onlar burada hər hansı bir vəzifə almağa, seçildikləri təqdirdə istənilən şəkildə cihaz hazırlamağa və inteqrasiyanı təşkil etməyə, Azərbaycan şirkətləri ilə işbirliyi qurmağa hazırdırlar.

ASELSAN-ın Türkiyənin "Leopard-1A4" tankları üçün "Volkan" atış nəzarət sistemləri yaratdığını bildirən Qəhrəmangil hər bir tank üçün, tankdakı uyğun yerə görə fərqli sistemlər hazırladıqlarını qeyd edib. Onun sözlərinə görə, bu sistemlər tankın üzərindəki topun atış məsafəsi, tankın hərəkət qabiliyyətinə görə dəyişir.

"Hazırda Türkiyə Silahlı Qüvvələrindəki "Leopard-2A4" tankının modernizasiyasını da həyata keçiririk. Eyni zamanda milli tank layihəsi olan "Altay"ın bütün atış nəzarət, komandir periskopu, nişançı periskopu və atış kontrol sisteminin hazırlanmasını özəl olaraq ASELSAN gerçəkləşdirir. T-72 tankları üçün də buna bənzər bir sistem yaratdıq. Bizə çox qısa zaman verilmişdi və bu qısa zamanda sistemi qurduq. Atışlar son dərəcə qənaətbəxş olsa da, Azərbaycan Silahlı Qüvvələri başqa bir şirkətin məhsulunu seçdi. Ancaq hələ də bir xeyli tank var ki, əgər Azərbaycan tərəfi bizə həvalə edərsə, bu layihəni davam etdirə bilərik" deyən Qəhrəmangil bu sistemi ilk olaraq Naxçıvan korpusunda bir tanka inteqrasiya etdiklərini bəyan edib.

Onun sözlərinə görə, ASELSAN hazırda Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" zavodu ilə BTR zirehli transportyorlarının termal nişangahlarla təchiz edilməsi layihələri üzərində işləyir. Testlərdən sonra əldə olunan nəticələrə görə əməkdaşlıq bu layihə üzrə də davam etdiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır

Orduda 2 nəfər həlak oldu

"Əli və Nino"nun müəllifi kimdir?"

Elmi müdafiə şuraları səmərəsizdir

Elmi müdafiə şuraları səmərəsizdir

Bölmənin digər xəbərləri
 
NATO ekspertləri Bakıya gələcək
Maliyyə təhlükəsizliyinə dair sessiya planlaşdırılıb

Azərbaycan Əfqanıstanda sülhməramlılarını artırır
Bizim rəsmilərin Əfqanıstan səfərində razılaşma əldə olunub

Türkiyə ilə hərbi müttəfiqlik olacaq
Strateji Əməkdaşlıq Şurasının hərbi istiqamətləri aydınlaşır

"Avropa Parlamentinin bildirişi Ermənistan üçün siqnaldır"
Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yaydı

Suat Kınıklıoğlu: "Ermənistanla münasibətlərin normallaşması ikitərəfli səviyyədə ola bilməz"
AKP sədrinin müavinindən önəmli açıqlama

"Doktrina" mərkəzinin 5 yaşı tamam olur
Mayın 27-də "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaradılmasının 5 ili tamam olur.

"Rusiya və Azərbaycan: Müasirlik və əməkdaşlıq perspektivləri"
Rostovda bu mövzuda forum

Robert Katler: "Qarabağ probleminin həllində vacib rolu Azərbaycan oynamalıdır"
Demokrat Partiyasının erməni lobbisinin fikirlərini nəzərə alan daxili ehtiyacları ...

"İran rejiminin sonuna az qalıb"
ABŞ ekspertləri proqnoz verdilər

Korrupsiya əleyhinə qanunlar işləmir
Hələ ki bu neqativ təzahürdən baş çıxarmağa çalışırıq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər