"Eurovision"da Azərbaycan qalib gələ bilər
 |
Bu sözləri Filipp Kirkorov deyib
Şənbə, 22.05.2010
|
|
"Azərbaycan builki "Eurovision" yarışmasında qalib gəlməyə ən layiqli ölkədir. Şəxsən mən Azərbaycanın birinci olacağına əminəm və bunun üçün Azərbaycan təmsilçisi Səfurə Əlizadəni dəstəkləmək üçün SMS göndərəcəm". Bu sözləri Azərbaycanı "Eurovision-2010" yarışmasında təmsil edəcək Səfurə Əlizadənin ifasını dinlədikdən sonra Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorov deyib. Rusiyalı müğənni Azərbaycan təmsilçisinin gözəlliyinə və istedadına heyran olduğunu etiraf edib:
"Bu il Səfurənin birinci olmasını çox istəyirəm. Bu cür gözəl ifanı eşidəndə insan özü üçün gözəlliklər yaratmaq və həyatdan doyunca zövq almaq istəyir. Mən Azərbaycan üçün çox sevinirəm və düşünürəm ki, Səfurə qalib gəlməlidir".
Filipp Kirkorov eləcə də bu il Rusiyanı təmsil edəcək Pyotr Naliçin də ifasını xoşladığını və "Guitar" mahnısını sevdiyini diqqətə çatdırıb. Ancaq o bir daha azərbaycanlı təmsilçinin builki "Eurovision" müsabiqəsində qalib olacağına əmin olduğunu deyib.
|
|
|
Oxşar xəbərlər:
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
Azərbaycan mətbuatının neçə yaşı var?
"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu
Almaniya yığması Bakıya gəlir
|
|
|