Ədalət Şükürov: "Azərbaycanda konsert və albomdan pul qazanmaq şansımız yoxdur"
 |
Müğənni deyir ki, "belə bir müğənni görsəniz mənim üçün avtoqraf götürün"
Şənbə, 22.05.2010
|
|
Son aylar yolunu xarici ölkələrdən salıb, əcnəbilər üçün oxuyan əməkdar artist Ədalət Şükürov burada özünə məhdudiyyət yaratdığını etiraf edir. Müğənni "Ayna"ya müsahibəsində bunun səbəblərindən danışdı:
- Son vaxtlar efirlərdə və cəmiyyət arasında az görünməyim insanlarda başqa bir təəssürat yaradıb. Düşünürlər ki, Ədalət Şükürov sənət meydanından çəkilib. Əslində dəvət edildiyim verilişlərin hamısına getmirəm. Adətən sənətçi qalmaqallı verilişlərdə bir qədər az görünəndə, onun yaradıcılıq tempinin düşdüyü təsəvvürü yaranır. Mənim də az görünməyim ola bilsin belə bir fikir oyadıb. Səfərlərim isə doğrudan da çox olur. Həm toylara dəvət edirlər, həm də Azərbaycandan fərqli olaraq xaricdə xeyli konsert proqramlarım olur. Ötən il tək Dağıstanda 4 konsert proqramı ilə çıxış etmişəm. Bu il martın əvvəlləri 2 günlük daha bir konsertim oldu. Xarici səfərlərdən söz düşmüşkən onu da deyim ki, bu günlərdə İsraildən qayıtmışam. Orada dövlətin xətti ilə konsert proqramları keçirilib və Xəyyam Nisanov və mən mədəniyyət günləri çərçivəsində iki şəhərdə çıxışlar etmişik. İyun və avqust ayında yenidən Dağıstanda konsert proqramlarım nəzərdə tutulub. Dağıstana və eləcə də Moskvaya tək konsert məqsədi ilə getmirəm. El şənliklərim də çoxdur.
Bu tələbatı nəzərə alıb məcburam ki, proqramıma rus dilində mahnılar əlavə edim.
- Belə aydın olur ki, adını çəkdiyiniz ölkə və şəhərlərdə yaradıcılığınıza tələbat daha çoxdur, nəinki burada?
- Ümumiyyətlə, dili başa düşməyən insan belə mənim mahnılarımı dinləyir və sevir. Bu səbəbdən də onlara hər yerdə tələbat var və bir çox bəstələrim bir çox dillərdə oxunub. Tək elə Dağıstanın özündə 10 millətə məxsus olan musiqiçilər mahnıları öz dillərində oxuyublar. Bu günlərdə mənə video görüntü göndəriblər və baxıram ki, böyük bir yəhudi qrupu mahnılarımı öz dillərində səsləndirib. Bunların əksəriyyətindən sonradan xəbər tuturam. Arzu edərdim ki, hər bir müğənninin mahnısı mənim qədər oxunsun. Amma hələ ki elə bir müğənni tanımıram. Mahnıları yazanda mütləq xarici publikanın tələbatını da nəzərə alıram. Buna yaxından bələdəm. Bu yəqin uzun zaman Rusiyada yaşamağımdan irəli gəlir.
- Mahnılar müzakirə ediləndə sizi bir-birinə bənzəyən bəstələrin müəllifi kimi qələmə verirlər.
- Onu deyən adamın bəlkə də bu işdən yaxşı başı çıxmır. Maşınımda hazırda Qriqori Lepsinin albomu var, ona qulaq assanız, düşünmədən deyərsiniz ki, mahnılar eynidir. Amma belə deyil. Üslub etibarı ilə oxşarlıq tapmaq olar. Məsələn, Röyanın mahnısını eşidəndə, sizə elə gəlir, mahnılar eynidir. Yaxud da Eyyub Yaqubov olsun.
- Ola bilər ki, səs tembri belə düşünməyə əsas verir?
- Bu da rol oynaya bilər. Əsas odur ki, bu tembrə görə hansısa müğənni sevilir. Oxşarlıq fikri ilə heç razı deyiləm. Başqa bir misal çəkim - Şade. Onun əksər mahnıları bir-birinin oxşarıdır. Bu, ifaçının üslubudur.
- Üslubunuzu dəyişmək fikriniz var?
- Əslində, məndə üslub dəyişikliyi var. Sadəcə, bu, geniş auditoriyaya bir o qədər məlum deyil. Repertuar təzələnəndə kütlə oradan 2-3 mahnını daha çox sevir, qalanları, belə deyək, ikinci plana keçir. Bir də hamı albom almır, daha çox yığma disklərə üstünlük verir. Mənim caz, pop üslubunda ifalarım var. Caz səslənməsində məni fəxrlə deyirəm ki, İsfar Sarabski müşayiət edib...
|
|
|
Oxşar xəbərlər:
Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
"Mən nişanlı deyiləm"
Röya tarixə düşəcək?
Gülbən Ərgən səhnəyə dönür
Anastasiya Bakıda oxuyacaq
|
|
|