Türkiyənin "Aşk-ı memnu" serialında Bihter obrazını canlandıran aktirsa Beren Saat və sevgilisi rejissor Levent Semerçi ayrılıblar. Türk mətbuatının yazdığına görə, uzun müddətdir aralarında problemləri olan cütlük ayrılmaq barədə birlikdə qərar veriblər. Levent Semerçi və Beren Saat yaxınlarına bildiriblər ki, aralarında olan əsas problem işlərin çoxluğudur. Məlumata görə, Beren Saat serial çəkilişlərinin əlindən sevgilisinə vaxt ayıra bilməyib. Bu isə münasibətlərin gərilməsi ilə nəticələnib.
|