Son ayların yaradıcılıq durğunluğunu üzərindən atan əməkdar artist Almaz Ələsgərli yaxın günlərdə efirə yeni klipi ilə çıxacaq. Bu barədə danışan sənətçi bildirdi ki, mahnının sözlərini Cəlal Qurbanov, musiqisini isə Gövhər Həsənzadə yazıb. Tezliklə klip çəkilişlərinə hazırlaşan sənətçi bildirdi ki, bu, klip bazarına bir yenilik dalğası gətirəcək. Təfərrüatı ilə danışmaq istəməyən Almaz xanım ən maraqlı açıqlamanı etdi:
"Klipdə bahalı avtomobillərlə çəkiləcəm. Həmin markaların bir müddət əvvəl sifarişi verilib və Amerikadan gətirilib. Çox bahalı markalardır və klipdə diqqət mərkəzində olacaq".
Almaz xanım avtomobilləri reklam xatirinə klipinə daxil etmədiyini xüsusi vurğuladı.
|