Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Polis zabiti məhkəmə qarşısında
Polis zabiti məhkəmə qarşısında
Ailə dramının sonu - qətl
Şənbə, 22.05.2010

Hacı Zeynalov mətn ölçüsü  

Qəsdən adam öldürməkdə təqsirli bilinən Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin sabiq əməliyyat müvəkkili, polis mayoru Tural Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə baxılır.

Prosesin əvvəlində təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov bildirdi ki, cinayət işində ailə məsələləri ilə bağlı məqamlar var. Vəkil ailə sirrinin yayılmamasını əsas gətirərək, prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırdı. Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi Zaur Niftəliyev isə vəkilin vəsatətinin təmin edilməməsini hakimlərdən xahiş edərək bildirdi ki, prosesdə kənar şəxslər iştirak etmir: "Burada olanlar baş verənlərdən məlumatlıdır. Ona görə də prosesin qapalı keçirilməsinə əsas yoxdur".

Mərhumun atası Səfail Əliyev də prosesin qapalı keçirilməsində əsas görmədiyini bildirdi. O qeyd etdi ki, cinayət işi üzrə məhkəmə baxışı açıq keçirilməlidir və ədalətli aparılmalıdır. Prokuror Mürvət Həsənov isə vəsatətə münasibət bildirmədi. Yerində müşavirə keçirən hakimlər vəsatətin əsassız olduğunu bildirdilər və təmin edilməməsi ilə bağlı qərar açıqladılar.

Prokurorun elan etdiyi ittiham aktından bəlli oldu ki, Qafarov 2009-cu il dekabrın 1-də Çevik Polis Alayının əməkdaşı Zaur Əliyevi bıçaqlayaraq qətlə yetirib. Müəyyən edilib ki, Qafarov Əliyevin bacısı Nərgiz Əliyevanın həyat yoldaşı olub. Onlar bir müddət əvvəl Yasamal rayon Məhkəməsinin qərarı ilə boşanıblar. Hadisənin baş verməsinə səbəb isə Qafarovla Əliyevin bacısının arasında mülk bölgüsünün düzgün aparılmaması olub.

Prokurorun çıxışından sonra məhkəmədə sərbəst ifadə verən Qafarov CM-nin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə (1202.4) maddəsi ilə ittiham olunmasını doğru saymadı. O, həmin ittihamlar üzrə özünü təqsirli bilmədi.

Hadisənin təfərrüatı barədə danışan təqsirləndirilən baş verən hadisədə keçmiş həyat yoldaşını günahlandırdı: "Nərgizə həmişə deyirdim ki, axırda qan çıxaracaqsan. Bəsdir, məndən əl çək. Axırda qardaşı öldü, mən də həbsə düşdüm. Bütün baş verənlərdə günahkar odur".

Qafarov qeyd etdi ki, 2009-cu ildə Nərgiz Əliyevanın istəyi ilə ayrılıblar: "Oğlum anası Nərgizlə atasıgildə qalırdı.

REKLAM

Mən də hərdən uşağı gəzməyə aparırdım. Hadisə baş verən gün axşam saatlarında oğlum üçün oyuncaqlar almışdım. Oyuncaqları götürüb, Nərgizin yaşadığı evə getdim. Nərgizin mobil telefonuna zəng edib uşağı soruşdum. Nərgiz isə dedi ki, biz də sizə gələcəyik. Mən əhəmiyyət vermədim. Mənzilə qalxıb oyuncaqları oğluma verdim. 20 dəqiqəyə yaxın oğlumla qapının ağzında söhbət etdim. Bu zaman Zaur zəng etdi və harada olduğumu soruşdu. Mən onlarda olduğumu dedim. Bir neçə dəqiqə sonra gəlmədiklərini görüb, oradan uzaqlaşdım".

Qafarov Əliyevanın təkidi ilə evə gəldiyini də diqqətə çatdırdı: "Mən evə gələndən bir neçə dəqiqə sonra Nərgiz qardaşı ilə ora gəldi. Nərgiz məni görən kimi üstümə cumdu və nalayiq sözlər işlətməyə başladı. Mən Zaura yaxınlaşıb dedim ki, axı biz danışdıq ki, bu məsələ atam Azərbaycana qayıdandan sonra həll olunacaq. Zaur mənə başımdan yumruq vurdu və başım dəmirə dəydi. Bundan sonra nə baş verdiyini bilmirəm. Ayılanda isə Zaurun baş nahiyəsindən qan axdığını gördüm".

Qafarov yaralını öz təşəbbüsü ilə hadisə yerindən xəstəxanaya apardıqlarını da bildirdi. O, ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu bildirdi.

Daha sonra prosesdə ifadə verən zərərçəkmiş Səfail Əliyev təqsirləndirilən şəxsin düzgün ifadə vermədiyini bildirdi. O qeyd etdi ki, Qafarov oğlunu qəsdən öldürüb. Məhkəmə davam edir.

Qeyd edək ki, Tural Qafarov Azərbaycan Dövlət İqtisad Unversitetinin prorektoru Kamal Qafarovun oğludur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Professor məhkəmə zalından azadlığa buraxıldı
Ali məktəbə qanunsuz tələbə qəbul edən Zülfi Babayevə - şərti iş

İki qardaşın qatili
Məhkəmə ona ömürlük cəza təyin etdi

201 min manatlıq qarətin təfərrüatları
Qızı verməyiblər, o da evi talayıb

Gedib Əfqanıstanda amerikalılarla döyüşüb
Talibançı azərbaycanlıya məhkəmə 6 ay iş kəsdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər