Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İqlim dəyişikliyi qiymətləri bahalaşdıracaq
İqlim dəyişikliyi qiymətləri bahalaşdıracaq
Ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı azalacaq
Şənbə, 22.05.2010

mətn ölçüsü  

Havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatına dəyən zərərin miqyası böyükdür. Özü də təkcə Azərbaycanda deyil. Dünyada kəskin iqlim dəyişikliklərinin baş verməsi və qlobal soyuqlaşmanın ağır fəsadlarının artması bir çox dövlətlərin yol-nəqliyyat, infrastruktur, turizm, sosial infrastruktur və digər sahələrinə ciddi ziyan vurmaqla yanaşı, onların kənd təsərrüfatı və yeyinti sənayesini də böyük itkilərlə üz-üzə qoyub. Sel və daşqınlar, aramsız yağıntılar, əkin mövsümündə şaxtalı havalar bütün ölkələrin aqrar sahəsinə ciddi zərər vurub. Kənd təsərrüfatı bitkilərinin böyük bir hissəsi vegetasiya dövründə sıradan çıxıb, sel və daşqınlar təsərrüfatları məhv edib, mal-qara və quşçuluq müəssisələri ağır vəziyyətlə üzləşiblər.

Qlobal iqlim dəyişiklikləri bir sıra dövlətlərin kənd təsərrüfatı və yeyinti sənayesinə zərər vurduğundan ərzaq probleminin yaşanacağını beynəlxalq təşkilatların nümayəndələri də bəyan edirlər. Ümumdünya Ərzaq Təşkilatının mütəxəssislərinin qənaətinə görə, 2010-cu ildə qlobal iqlim dəyişiklikləri daha böyük fəsadlara səbəb olacaq, pis hava şəraiti bir çox kənd təsərrüfatı məhsullarının istehsalına, eyni zamanda məhsuldarlığa ciddi təsir göstərəcək. Amerika, Avropa və Asiyanın bəzi ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalı kəskin şəkildə azalacaq. Bir nömrəli ərzaq məhsulu olan taxılın və düyünün istehsalı ən azı 30 faiz aşağı düşəcək. Digər məhsulların da istehsalında azalmanın baş verməsi tədarükçü ölkələrin digər dövlətlərə məhsul satmasında xəsislik etməsinə səbəb olacaq. Eyni zamanda məhsul satan ölkələr qiymətləri bahalaşdırmalı olacaqlar.

Yuxarıda qeyd olunan problemlər ölkəmizdən də yan keçməyib və kənd təsərrüfatına yararlı əkin sahələrinə ciddi ziyan dəyib. Kür və Araz çaylarının daşması 15-dən çox rayonun kənd təsərrüfatını sıradan çıxarıb. Xüsusilə də Mərkəzi Aran və Şirvan iqtisadi rayonlarında həm şəxsi, həm də fermer təsərrüfatlarına dəyən ziyanın məbləği 10 milyon manatlarla ölçülür.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, təbii fəlakətlərin baş verməsi və eyni zamanda aprel ayında yağıntının normadan çox olması bəzi meyvə-tərəvəz məhsullarının yetişməsinə mane olub. Bəzi bitkiçilik məhsullarının, ümumiyyətlə, istehsalında ciddi itkilər gözlənilir. 2010-cu ildə kənd təsərrüfatı məhsullarının artım tempi 6 faiz proqnozlaşdırılsa da, artıq bu rəqəmin xeyli aşağı düşəcəyi birmənalıdır. Tərəvəz və bostan məhsullarının istehsalında böyük paya malik olan Mərkəzi Aran rayonlarında bitkiçilik əkini sahələrinin sıradan çıxması bu mövsüm həmin məhsulların qıtlığına səbəb olacaq.

REKLAM

Nazirlikdə bu il bostan məhsullarının istehsal həcminin ötən illə nisbətdə aşağı düşəcəyini istisna etmirlər.

Qeyd edək ki, 2009-cu ildə ölkəmizdə 2 milyon 988 min ton taxıl, 1 milyon 180 min ton tərəvəz, 983 min ton kartof, 721 min ton meyvə, 411 min ton tarla bitkiləri istehsal edilib. Ümumilikdə, 2009-cu ildə kənd təsərrüfatı məhsullarının dəyəri 2 milyard 320 milyon manat təşkil edib ki, bu da 2008-ci ilə nisbətdə 3,5 faiz çoxdur. Bu il əsas ərzaq məhsulu olan taxılın təxminən 500-600 min ton azalacağı ehtimal olunur. Əvvəlki mövsümlə müqayisədə taxıl əkini sahələrinin həcmi 150 min hektardan çox azalıb. Bunun səbəbi isə fermerlərin əkdikləri məhsulu ucuz qiymətə satmaları və təsərrüfatdan xeyir götürə bilməmələridir.

Kənd təsərrüfatı nazir İsmət Abasov da mətbuata açıqlamasında bir sıra faktlara aydınlıq gətirib. O deyib ki, fəlakətlərin baş verməsi digər taxılçılıq təsərrüfatlarına ziyan vurduğundan məhsulun həcmi bir qədər də azalacaq. Taxılla yanaşı, bu il tərəvəzin də azalması gözlənilir. Tərəvəzin 200 min ton azalaraq 1 milyon tondan da aşağı düşəcəyi ehtimal olunur. Eləcə də meyvənin istehsalında azalma baş verəcək. Mövcud vəziyyət isə ümumilikdə kənd təsərrüfatında çalışan insanların sosial şəraitinə öz mənfi təsirini göstərmiş olacaq.

Kür və Araz çaylarında daşqınların bəzi bölgələrdə fəlakət yaratması bir sualı da aktuallaşdırır: Son illər Azərbaycanda meliorasiya işlərinə, çay bəndlərində tikinti və təmirə nə qədər vəsait xərclənib? Əvvəla qeyd edək ki, ölkəni daşqın və sellərlə mübarizəyə hazırlamaq, onların törədə biləcəyi fəsadların qarşısını almaq üçün az vəsait ayrılmayıb. Bu vəsaitlər əsasən "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə xərclənir. Həmin xərclərə ayrı-ayrı çayların məcrasının təmizlənməsi, çayların dərinləşdirilməsi və xüsusilə də çayların dənizə axan istiqamətlərinin vaxtaşırı təmizlənməsi, bəndlərin möhkəmləndirilməsi və başqa işlər daxildir. Azərbaycanın ən böyük çayları olan Kür və Araz bu baxımdan daha çox diqqət tələb edir.

İqtisadçı ekspert Rövşən Ağayev mətbuata açıqlamasında bildirib ki, ümumilikdə "Meliorasiya və Su Təsərrufatı" Açıq Səhmdar Cəmiyyətinə axır 3 ildə təkcə dövlət büdcəsindən 750 milyon manatadək vəsait ayrılıb. Bundan əlavə, meliorasiya məqsədləri ilə müxtəlif beynəlxalq donorlardan son 5 ildə 230 milyon dollara qədər kredit alınıb.

İqtisadçı təəssüflə deyir ki, ictimaiyyət üçün açıq olan heç bir rəsmi sənəddə Kür və Araz çaylarında sel və daşqın təhlükəsi ilə bağlı həyata keçirilən tədbirlərə il ərzində nə qədər vəsait xərclənməsinə dair hər hansı informasiya tapmaq mümkün deyil: "Lakin 2007-2009-cu illərdə hökumətin parlamentə təqdim etdiyi hesabatlar, büdcənin icrasına dair Hesablama Palatasının hazırladığı rəylər və investisiya layihələri üzrə vəsaitlərin bölgüsü ilə bağlı hökumətin sərəncamları əsasında apardığımız araşdırmalar müəyyən bir rəqəm ortaya çıxarmağa imkan verir. Qiymətləndirmələrimizə görə, ötən 3 ildə ölkə ərazisində bütün çaylarda, o cümlədən Kür və Araz çaylarında daşqın və selə qarşı tədbirlərə meliorasiya xərclərinin ən azı 17-18 faizi xərclənib. Bu isə hər il üçün orta hesabla 50-60 milyon vəsait deməkdir".

İqtisadçı baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kifayət qədər iri məbləğdə vəsaitlərin tələb olunacağını düşünür: "Gözləmək olar ki, bura 5 mənbədən - Prezidentin Ehtiyat Fondundan, büdcənin Ehtiyat Fondundan, meliorasiya xərclərindən, Fövqəladə Hallar Nazirliyinin sərəncamında olan büdcədən və investisiya bölməsindən vəsait ayrılsın. Burada üç cür ziyan var: vətəndaşların mülk və əmlaklarına dəymiş ziyan, itirilmiş gəlir və ərazilərdəki ümumi istifadədə olan infrastrukturun dağılması. Hər üç komponent üzrə ziyan hesablandıqdan sonra ümumi lazım olan vəsait barədə nəsə demək mümkün olacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İstirahət mərkəzləri azdır

Suvarma suyunun tarifləri necə olsun?

Neftin qiyməti hələ artacaq

FHN Akademiyasına rəis təyin edildi

Neftin qiyməti yenə də qalxarsa...

Bölmənin digər xəbərləri
 
Statistika gerçəkliyi əks etdirmir
İnflyasiyanın səviyyəsinin hesablanması və modelləşdirilməsi üçün araşdırmalar aparılıb

Britaniya Azərbaycana daha çox sərmayə yatıran ölkədir
ABŞ ilk onluqda 2-ci yerdə qərarlaşıb

Torpaq bazarında ucuzlaşma
Ötən ay ən ucuz torpaq Pirəkəşküldə qeydə alınıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər