Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Britaniya Azərbaycana daha çox sərmayə yatıran ölkədir
ABŞ ilk onluqda 2-ci yerdə qərarlaşıb
Şənbə, 22.05.2010

Eldəniz mətn ölçüsü  

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyalar üzrə siyahıya Böyük Britaniya başçılıq edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 257 909,9 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Britaniya investisiyalarının həcmi 48,8% artıb.

Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, yanvar-aprel aylarında ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 11,4% artaraq 97 118,9 min manata çatıb.

Siyahıda üçüncü yerdə ötənilki kimi Yaponiya, daha sonra Norveç və Türkiyə qərarlaşıb. Hesabat dövründə Yaponiya investorları tərəfindən Azərbaycanın əsas kapitalına 50 959,8 min manat (+43,5%), Norveç investorları tərəfindən 31 549,5 min manat (+41,8%), Türkiyə investorları tərəfindən isə 25 033,2 min manat (+41%) sərmayə yatırılıb.

Bununla yanaşı, 2010-cu ilin yanvar-aprel aylarında ölkənin əsas kapitalına investisiya yönəldən ölkələr siyahısının ilk onluğuna Səudiyyə Ərəbistanı və Rusiya daxil olub. Buna paralel olaraq isə İsveçrə və Qazaxıstan onluqdan kənarda qalıb.

Siyahının ilk onluğunu 14 773,8 min manat investisiya yönəltmiş Koreya, 1 937,2 min manatla Rusiya, 1 923,0 min manatla Səudiyyə Ərəbistanı, 1 854,3 min manatla Çexiya və 923,1 min manatla Fransa tamamlayır.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyaların ümumi həcmi 524 983,8 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 38,7% çoxdur.

Azərbaycanın əsas kapitalına vəsait yatırmış investorların ilk onluğu:

Böyük Britaniya 257 909,9AZN (49,1%),

ABŞ 97 118,9 AZN (18,5%),

Yaponiya 50 959,8 AZN (9,7%),

Norveç 31549,5 AZN (6,0%),

Türkiyə 25 033,2 AZN (4,8%),

Koreya Respublikası 14 773,8 AZN (2,8%),

Rusiya 1 937,2 AZN (0,4%),

Səudiyyə Ərəbistanı 1 923,0 AZN (0,4%),

Çexiya 1 854,3 AZN (0,3%),

Fransa 923,1 AZN (0,2%).


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Statistika gerçəkliyi əks etdirmir
İnflyasiyanın səviyyəsinin hesablanması və modelləşdirilməsi üçün araşdırmalar aparılıb

İqlim dəyişikliyi qiymətləri bahalaşdıracaq
Ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı azalacaq

Torpaq bazarında ucuzlaşma
Ötən ay ən ucuz torpaq Pirəkəşküldə qeydə alınıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər