İtaliyanın "İnter" klubunun baş məşqçisi Joze Mourinyo Madrid "Real"ı ilə şifahi anlaşma əldə edib. "Daily Mirror"un yazdığına görə, məhz portuqaliyalı mütəxəssis "kral klubu"nun növbəti baş məşqçisi olacaq.
47 yaşlı Mourinyo hətta "Real"da ilk növbədə görmək istədiyi oyunçuların siyahısını da hazırlayıb. Siyahıda Portuqliyanın "Benfika" klubunun 3 üzvü - Devid Luis, Anxel Di Mariya və Fabio Koentrao yer alıb.
Qeyd edək ki, Joze Mourinyo Madriddə Çempionlar Liqasının finalına 3 gün qalmış mayın 19-da olub. Qeyd edək ki, həlledici qarşılaşmada "İnter" Almaniya "Bavariya"sı ilə üz-üzə gələcək.
|