Sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə ölkə kuboku uğrunda final qarşılaşmasıdır. Kubok yarışlarının əsas mükafatı uğrunda görüşdə ötən həftə çempionatın gümüş medallarını qazanmış "Bakı" və birinciliyi dördüncü yerdə başa vurmuş "Xəzər-Lənkəran" klubları üz-üzə gələcəklər.
"Qarabağ" - "İnter" matçı ölkə kuboku uğrunda yarışlarda sayca 18-ci finaldır. Burada yarışların tarixinə qısa ekskurs edək: futbol üzrə Azərbaycan kuboku uğrunda yarışlar 1991/92-ci illər mövsümündən keçirilməyə başlayıb. İlk final qarşılaşması Bakının "İnşaatçı" ilə Mingəçevirin "Kür" klubları arasında keçirilib. Bu görüşdə qalib gələn "İnşaatçı" futbolçuları kubok sevincini yaşayan ilk klub kimi tarixə düşüb. Bundan sonra final matçları cəmi bir oyun istisna olmaqla, müntəzəm keçirilib. İndiyə kimi "İnşaatçı", "Qarabağ", "Kəpəz", "Neftçi", "Şəfa" və "Xəzər-Lənkəran" klubları kuboka yiyələniblər. Bu klublar arasında kuboka ən çox "Neftçi" və "Kəpəz" sahib olub. Flaqman dörd dəfə finaldan qalib ayrılıb. "Kəpəz"in hesabına kubok dörd dəfə Gəncəyə "qonaq olub". 1993, 2006 və 2009-cu ildə kubok "Qarabağ"a qismət olub. "İnşaatçı", "Şəfa" və "Bakı" hərəyə bir dəfə kubok qazanmağın sevincini yaşayıblar. Maraqlıdır, ölkənin ən titullu klublarından olan "Şəmkir" indiyə kimi kuboka yiyələnə bilməyib. Statistika həvəskarları üçün bütün final görüşlərinin nəticələrini dərc edirik:
1991/1992. "İnşaatçı" (Bakı) - "Kür" (Mingəçevir) - 2:1 1992/1993. "Qarabağ" (Ağdam) - "İnşaatçı" (Sabirabad) - 1:0 1993/1994. "Kəpəz" (Gəncə) - "Xəzər" (Lənkəran) - 2:0 1994/1995. "Neftçi" (Bakı) - "Kür-Nur" (Mingəçevir) - 1:0 1995/1996. "Neftçi" (Bakı) - "Qarabağ" (Ağdam) - 3:0 1996/1997. "Kəpəz" (Gəncə) - "Xəzri" (Buzovna) - 1:0 1997/1998. "Kəpəz" (Gəncə) - "Qarabağ" (Ağdam) - 2:0 1998/1999. "Neftçi" (Bakı) - "Şəmkir" (Şəmkir) - 0:0 (pen.5:3) 1999/2000. "Kəpəz" (Gəncə) - "Qarabağ" (Ağdam) - 2:1 2000/2001. "Şəfa" (Bakı) - "Neftçi" (Bakı) - 2:1 2001/2002. "Neftçi" (Bakı) - "Şəmkir" (Şəmkir) +:- 2002/2003. "Neftçi" (Bakı) - "Şəmkir"(Şəmkir) - 1:0 2003/2004. "İnter" (Bakı) - "Bakı" (Bakı) - 1:2 2005/2006. "Qarabağ" (Ağdam) - "Karvan" (Yevlax) - 2:1 2006/2007.я"Xəzər-Lənkəran" - "MKT-Araz" - 1:0 2007/2008. "Xəzər-Lənkəran" - "İnter" - 2:0 2008/2009. "İnter" - "Qarabağ" - 0:1.
|