Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"İnter" ikinci çempionluğunu bayram etdi
"İnter" ikinci çempionluğunu bayram etdi
"Neftçi" isə daha bir mövsümü medalsız başa vurdu
Şənbə, 22.05.2010

İlham Rəfiyev mətn ölçüsü  

Unibank Premyer Liqasında ötən həftəsonu keçirilən son turla futbol üzrə XVIII Azərbaycan çempionatına yekun vuruldu. Bakının "İnter" klubu tarixində ikinci dəfə Azərbaycan çempionu oldu. Paytaxtın "Bakı" komandası çempionatın gümüş, "Qarabağ" isə bürünc medallara sahib çıxdı. Son tur ərəfəsində çempion titulunu qazanmağa ən yaxın olan "Xəzər-Lənkəran" isə çempionatı dördüncü pillədə başa vurdu.

Son turda bütün futbolsevərlərin diqqəti Lənkərana yönəlmişdi. Şəhər stadionunda "Xəzər-Lənkəran"la "Bakı" arasındakı oyun çempionluğun taleyinə aydınlıq gətirməli idi. Cənub təmsilçisi qızıl medalları qazanmaq üçün son ölkə çempionuna üstün gəlməli idi. Amma Ağasəlim Mircavadovun baş məşqçi olduğu komanda 2007-ci ildəki uğurunu təkrarlaya bilmədi. Matçın taleyini Aleksandr Şoliçin matçın 27-ci dəqiqəsində vurduğu bir qol həll etdi. Beləliklə, sonuncu turadək lider olan "Xəzər-Lənkəran" rəqibə minimal hesabla uduzaraq, turnir cədvəlində dördüncü pilləyə düşdü və çempionatı medalsız başa vurdu. Qeyd edək ki, bu komandalar sabah, ölkə kubokunun final matçında yenidən üz-üzə gələcəklər.

Gürcü mütəxəssis Kaxaber Sxadadzenin başçılıq etdiyi "İnter" qızıl medallara "Qəbələ" üzərində böyük hesablı qələbə və əsas rəqibləri "Xəzər-Lənəkran"la "Qarabağ"ın xal itirməsi sayəsində sahib oldu. "Qarabağ" isə "Neftçi"nin müqavimətini qıra bilmədi və qazandığı 1 xal sayəsində Lənkəran komandası ilə xallarını bərabərləşdirsə də (27 xal), şəxsi göstəricilərdə üstün oldu və bürünc medala layiq görüldü. Gümüş medalı 28 xal toplayan "Bakı" qazandı. Çempionluğu isə 29 xalla "İnter" bayram edib.

Qeyd edək ki, avrokuboklara çıxan komandalarımızın bu dördlükdən ibarət olması, hələ ötən tur rəsmiləşmişdi. Son turdakı nəticələrindən asılı olmayaraq, "Standard" və "Karvan" çempionatı turnir cədvəlinin son pilləsində başa vurdular. Bu komandalar növbəti mövsüm birinci divizionda çıxış edəcəklər. Maraqlıdır, "Standard"da oynayan Fərid Quliyev çempionatı bombirdir kimi başa vurdu - 16 qol. Ən sərrast futbolçuların siyahısında ikinci yer rəqib qapılarından 15 top keçirmiş Anatoli Doroşa ("Olimpik-Şüvəlan") məxsusdur. Üçüncü sırada Robertas Poskuşdur ("İnter") - 12 qol.

Mövsümə mayın 23-də "Bakı" və "Xəzər-Lənkəran" arasında keçiriləcək Azərbaycan kubokunun final matçı ilə yekun vurulacaq.

Son turun oyunlarının nəticələri: "Karvan"- "Turan"- 1:4, "Olimpik-Şüvəlan" - "Muğan" - 2:0, "Simurğ" - "Standard" - 4:0, "Xəzər-Lənkəran" - "Bakı" - 0:1, "Neftçi" - "Qarabağ" - 0:0. "İnter" - "Qəbələ" - 4:1.

1-6-cı YERLƏR: 1."İnter" (29 xal), 2."Bakı" (28), 3. "Qarabağ" (27), 4. "Xəzər-Lənkəran" (27), 5. "Neftçi"(23), 6. "Qəbələ"(20); 7-12-ci YERLƏR: 7. "Olimpik"-Şüvəlan" (36), 8. "Simurğ"(31), 9. "Turan" (29), 10. "Muğan" (27), 11. "Standard" (25), 12. "Karvan" (13).



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cansun "flaqman"ı tərk etdi

"Qarabağ" Avropada yürüşünü davam etdirir

Foqts daha 3 futbolçunu çağırdı

Çempionatın adı təzələndi

Köhnə "Karvan" yeni heyətdə

Bölmənin digər xəbərləri
 
Azərbaycan kubokunun yeni sahibinin adı...
Sabah "Bakı" və "Xəzər-Lənkəran" arasında keçiriləcək final matçında bilinəcək

"Rabitə" Çempionlar Liqası yolunda
Avropanın ən nüfuzlu turnirinə hazırlaşan Bakı klubu heyətini gücləndirir

Elnur Məmmədli yenə zirvədə
Misirdə cüdo üzrə dünya kuboku yarışı keçirilib.

Təvəkkül Bayramov Avropa çempionu oldu
Taekvondoçularımız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa çempionatında 1 qızıl və 1 bürünc medal qazanıblar.

"Qızıl buts" Messinin oldu
Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Lionel Messi növbəti mükafatını qazanıb.

"Real" Mourinyoya tapşırılacaq
İtaliyanın "İnter" klubunun baş məşqçisi Joze Mourinyo Madrid "Real"ı ilə şifahi anlaşma əldə edib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər