Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Tehranın şovinistliyi davam edir
Tehranın şovinistliyi davam edir
Milli haqlardan danışanlara basqılar artır
Şənbə, 22.05.2010

S.Soltan mətn ölçüsü  

2006-cı il mayın 22-də baş vermiş olayların 4-cü ildönümüdür.

Bu yaxınlarda İranın ali rəhbəri ayətulla Xamneyi ölkədəki fars olmayan etnik qrupların dilinin yamsılanmasının "haram" olduğunu bəyan edərək demişdi: "Cəmiyyətdə yayılmış pis adətlərdən biri etnik qrupların ləhcəsini yamsılamaqdır. Ləhcəsi yamsılanan bu insanlar son yüz ildə ölkədə baş vermiş mühüm olaylarda, xarici düşmənin qarşısında dayanıblar. Düşmənə qarşı müqavimət göstərən bölgələrdən biri Gilan, o biri Xorasan və Azərbaycan əyalətləridir. Onların ləhcəsinin yamsılanması haramdır".

Əslində Tehran hakimiyyətinin lideri bu ifadəsi ilə İran İslam Respublikasında fars olmayanların, o cümlədən Azərbaycan türklərinin milli mənsubiyyətinə görə təhqirə məruz qaldığını etiraf edib.

4 il öncə Azərbaycan türkləri 90 ilə yaxın bir müddət ərzində dövlət səviyyəsində aparılan panfarsçılıq siyasətinə kütləvi şəkildə etiraz edərək, milli varlıqlarını şovinistlərdən qorumaq yolundan dönmədiklərini dünyaya, eləcə də İran hakimiyyətinə bir daha çatdırdılar. Mayın 22-də dinc etiraz aksiysı keçirən əliyalın Güney Azərbaycan türkləri Tehran hakimiyyətinin silahlı qüvvələrinin odlu silahı ilə üz-üzə qaldı. Onlarla dinc aksiya iştirakçısı bu qüvvələr tərəfindən öldürüldü, yüzlərlə insan yaralandı, minlərlə etirazçı həbs olundu. Həmin insanların bir hissəsi bu günə kimi həsbxanadadır.

Xatırldadaq ki, o vaxt İran İslam Respublikası hakimiyyətinə bağlı "İran" adlı rəsmi dövlət qəzeti Azərbaycan türklərini aşağılayan material dərc etmişdi. Buna etiraz edənlərə isə hakimiyyət zor tətbiq etmişdi. Qəzet bir neçə aylığa bağlansa da, hazırda fəaliyyət göstərir.

Özünü aşağılanmaqdan qoruduğu üçün hakimiyyətin açdığı odlu silahla qətlə yetirilmiş Azərbaycan gənclərinin yad olunma günü yaxınlaşır. Ölkə rəhbərliyi isə bununla bağlı mərasimin keçirilməsinin qarşısını indidən almaqdadır.

"Bütövazərbaycanbirliyi"nin məlumatında bildirilib ki, Parsabadda (əsl adı Muğan bölgəsidir) Güney Azərbaycan Milli Hərəkatının bir neçə təəssübkeşi həbs edilib. Məlumata əsasən, Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpur mayın 17-də ETTELAAT-ın yerli şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər üç hərəkat təəssübkeşinin yaşadığı mənzilə təhlükəsizlik xidmətinin məmurları hücum edərək, sanksiya olmadan evlərində axtarış aparıb. Yoxlama zamanı hər üç azərbaycanlının şəxsi kompüteri, çoxlu sayda kitabları və başqa şəxsi əşyalarını ETTELAAT-çılar müsadirə edib. Mənbənin bildirdiyinə görə, axtarış zamanı Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpurun ailə üzvləri dövlət məmurları tərəfindən təhqirə və hədələrə məruz qalıblar.

Qeyd edək ki, ötən həftənin sonunda Güney Azərbaycan türklərinin milli haqlarının təminini istəyən sahibkar Əlirza Hüseynzadənin iş yerinə - dükanına ETTELAAT məmurları basqın edib.

Ə.Hüseynzadə mayın 11-də Təbrizin "Nisfrah" küçəsindəki dükanında İran İslam Respulikası təhlükəsizlik orqanının əməkdaşları tərəfindən tutulub. Bundan sonra ETTELAAT məmurları onun yaşadığı evdə qanunsuz axtarış aparıb, Hüseynzadəyə məxsus SD-ləri, kitablarını, Təbrizin "Traktorqayırma" futbol klubunun mənzildəki plakatlarını və başqa şəxsi əşyalarını müsadirə ediblər.

Ə.Hüseynzadənin həyat yoldaşı olay baş verən zaman evdə olmadığını, evə gələndə ərindən tutulması barədə qeyd gördüyünü deyib. Bundan sonra o, yerli polis və ETTELAAT şöbələrinə müraciət etsə də, ona məlumat verilməyib.

Qeyd edək ki, Əlirza ötən il "Traktorqayırma"nın plakatlarını çap etdirdiyinə görə həbs olunmuşdu. Bir müddət saxlanıldıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı. Güney Azərbaycan əyalətlərində Azərbaycan türkcəsinə yaxın bir dildə verilişlər də yayımlanır. Ölkə rəhbərliyi bir sıra hallarda bu verilişlərin yayımlanmasını da əngəlləyir. Ötən gün İran Dövlət Televiziya və Radio Şirkəti Güney Azərbaycanın Zəncan əyalətində Azərbaycan türkcəsində uşaqlar, yeniyetmələr və gənclər üçün nəzərdə tutulmuş verilişlərin yayımlanmasını yasaqlayıb. Bundan başqa, bölgədə Azərbaycan türkcəsində olan digər verilişlərə də ciddi məhdudiyyətlər qoyulub.

Zəncan əyaləti teleradio verilişləri idarəsinin rəhbəri Rəzmcu bu haqda KİV-ə məlumat verərək deyib ki, həmin verilişlərin yayımı üçün Tehran razılıq və icazə verməlidir: "Bu lisenziya verilmədiyi üçün həmin verilişləri efirə verə bilmirik".

"Savalansesi"nin məlumatına əsasən, Rəzmcu deyib ki, buna görə də onlar kənd həyatı, "şəhid və şəhadətin önəmi, mahiyyəti", "mədhedici" materialları Azərbaycan türkcəsində yayımlayırlar.

Onun sözlərinə görə, Zəncan əyaləti əhalisi türklər olsa da, bu bütün verilişlərin Azərbaycan türkcəsində yayımlanmasına əsas vermir: "İran Televiziya və Radio Şirkəti əyalətdə verilişlərin yarısından azının yerli dildə olmasına icazə verir". Televiziyada yayımlanan verilişlərin ədəbi Azərbaycan türkcəsində aparılmaması ilə bağlı jurnalistlərin sualını cavablandıran idarə rəhbəri deyib: "Bizim seçimimiz əhalinin danışdığı dildir. Yerli sakinlər necə danışırsa, biz də ona üstünlük veririk". Məsələyə Bütöv Azərbaycan Birliyinin mətbuat xidməti belə münasibət bildirib: "Verilişlər məqsədyönlü şəkildə eybəcərləşdirilmiş Zəncan ləhcəsində yayımlanır. Bunu cənab Rəzmcu da bilməmiş deyil. Ancaq ayətulla Xamneyi və hakimiyyətdəki bir çox Azərbaycan türkləri kimi, o da cığallıq edərək, özünü bilməzliyə vurur.

İran Ana Yasasının 15-ci maddəsində əyalətlərin televiziya və radio verilişləri şöbələrinin yaradılması, yerli əhalinin dil və mədəniyyətinin qorunub inkişaf etdirilməsi nəzərdə tutulub. Uşaq, yeniyetmə və gənclər üçün proqramların ləğv edilməsi isə türklərin assimilyasiyası və farslaşdırılmasından ötrüdür".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Bacı-qardaşın məhkəməsi başa çatdı

Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi

Maykl Ceksonun daha bir oğlunun varlığı iddia edildi

Maykl Duqlasın oğlu həbs edilib

Bölmənin digər xəbərləri
 
Bəhai ər-arvad tutulub
Hakimiyyət dini azlıqların haqqını tapdamaqdadır

Tehran hakimiyyətinin fitvasını verən olacaqmı?
Güney Azərbaycanda məscidlərin dağıdılmasının qarşısı hələ də alınmır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər