![]() |
çap et |
|
|||
Tehran hakimiyyəti dini azlıqların hüququnu qoruduğunu bəyan etsə də, baş verənlər bunun əksini deməyə əsas verir. Dini azlıq kimi İslam Respublikası yalnız ermənilərin hüquqlarını qoruyur. Ancaq islam dinindən imtina edərək, xristianlığı qəbul edənlər, zərdüştilər, bəhailər uzun illərdir bu ölkədə basqıya məruz qalmaqdadır.
"Bütövazərbaycanbirliyi"nin məlumatında bildirilib ki, Güney Azərbaycanın Parsabad şəhərində Ramin İdəxan yerli ETTELAAT əməkdaşları tərəfindən bölməyə çağırılıb, orada ona həbs olunduğunu deyiblər. "Bəhai icması" xəbər agentliyinin məlumatına əsasən, Raminin xanımı Əhdiyə Raşidirad həyat yoldaşı ilə bağlı təhlükəsizlik orqanının yerli idarəsinə müraciət edib. Bu zaman Ə.Raşidiradı da tutublar. Mənbə bildirib ki, onlar bəhai olduqları üçün həbs olunublar. Onların iki azyaşlı övladları var. |