Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"
Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"
Şənbə, 22.05.2010

Sevinc İsmayıl mətn ölçüsü  

  Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, fortepiano kafedrasının professoru Yeganə Axundovanın milli musiqimizin inkişafında xidmətləri olmuşdur. Hisslərinin dərinliyini və istedadını anlamaq üçün onun "Mi rarty" kompoziyasını dinləmək kifayət edər. O, dəfələrlə dünya klassikləri ilə bir səhnəni bölüşmüşdür. Yeganə xanım yalnız istedadlı musiqiçi deyil, həm də gözəl ana və həyat yoldaşıdır. Həyat yoldaşı, əməkdar incəsənət xadimi Nadir Axundov hər zaman onu dəstəkləmiş və Yeganə xanımın bir nömrəli dinləyicisi və tamaşaçısı olmuşdur. Ola bilər ki, Yeganə xanımın da həyatında qəmgin anları olub, ancaq o, hər zaman ətrafında olanları sevindirib, onlara xoş əhval-ruhiyyə bəxş etmişdir.

- Yeganə xanım, bilirik ki, 22 may ad gününüzdür. Sizi təbrik edir və uzun ömür, sevinc dolu günlər və uğurlar arzu edirik. Yubileyinizi xüsusi bir şəkildə qeyd etməyi fikirləşirsinizmi? Məsələn, həmin gün konsert verməyi?

- Təşəkkür edirəm təbriklərə görə. Bəli, fikirləşirəm, amma həmin gün deyil. Mayın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə S.Raxmaninovun Paqanini mövzusunda rapsodiyasını ifa edəcəm. Orkestrə dünya şöhrətli dirijor və skripkaçı Slomo Mints rəhbərlik edəcək.

- Sonuncu səfərinizdən nə danışa bilərsiniz?

- İspaniyanın Palma de Malyorka şəhərində 14-cü Beynəlxalq festivalda Azərbaycanın klassik və milli musiqisinə həsr edilmiş konsert təqdim olundu. Həmin konsertdə mən Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Vaqif Mustafazadə və başqa bəstəkarların əsərlərini ifa etdim. Avqustda mən Niaqara musiqi festivalına dəvət almışam. Qeyd edim ki, bu festivalın birində mən artıq iştirak edib "Niaqaranın qızıl muzası" mükafatına layiq görülmüşəm.

- Dünyanın bir çox ölkələrində çıxış etmisiniz. Maraqlıdır, hansı ölkənin tamaşaçısı sizin daha çox ürəyinizə yatdı və yadda qaldı?

- Mənim Budapeştdə Dünya Filarmoniyasının Simfonik Orkestri ilə konsert daha çox yadımda qaldı. Orkestrə Yaponiyadan olan N.Nakata rəhbərlik edirdi. Məni həmin konsertdə düz yeddi dəfə səhnəyə dəvət etdilər, bu çıxışlarımdan üçünü isə mən "nabis" ifa edərək tamaşaçıların gurultulu alqışlarının müşayiəti ilə səhnəni tərk etdim.

- Gənc pianoçularımızdan razısınızmı?

- Tamamilə. Bu gün gənc ifaçıların imkanları kifayət qədər genişdir. Lakin, çox təəssüflər olsun ki, indiki musiqiçilərin bəzi dəyərlərə baxışları dəyişib. Bu bəlkə də zamanın tələbidir... Lakin mən optimistəm və hər zaman hər şeydə bir müsbət tərəf tapa bilirəm.

- Maraqlıdır, davamçınız varmı?

- Hələ ki yoxdur.

- Sizin ifalarınız qəlbləri fəth edir və bu gün efirlərdə səslənən bir çox mahnılardan fərqlənir. Yeni mahnılar bəstələməyə vaxtınız çatırmı?

- Çox az mahnı bəstələyə bilirəm. Ad günümdə konsertimdən başqa, valideynlərə həsr etdiyim bir mahnım da var. Bu mahnıya klipmeyker Fuad Əlişov tərəfindən musiqili çarx çəkilib.

- Ad gününüzdə nə arzulamaq istərdiniz?

- Doğma Vətənimin çiçəklənməsini və əlbəttə ki, yaxınlarıma xoşbəxtlik arzu edirəm. Özümə isə hər zaman sevilməyi və gözəl qalmağı arzulayıram. Belə olan halda yaradıcılığım da tam dolğun həyat yaşayar. Bir qadın bundan artıq nə arzulaya bilər ki...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bəstəkar Kamalın külliyatı işıq üzü görüb

"Azərbaycan-Türkiyə" mahnısı - ortaq iş

Bəstəkarlar İttifaqı öz yubileyinə hazırlaşır

Bəstəkarlar İttifaqı planlarını açıqladı

Bölmənin digər xəbərləri
 
Mənim tanıdığım Mircəlal müəllim
Gərək insan təkcə özü üçün yaşamasın

"Eurovision"çular artıq "Telenor Arena"nın səhnəsində
İlk məşqlər gedir

Həmidə Ömərova: "Çoxseriyalı filmlərə ehtiyac var"
Aktrisa hesab edir ki, aktyorların imkanlarını açmaq lazımdır

Bakıda növbəti "Istanbul Fashion Show"
İlin əvvəlində Azərbaycanın moda dünyasında maraqlı yenilik edərək möhtəşəm sərgiyə imza atan Türkiyənin "Meridyen Fuarçılık" beynəlxalq sərgi şirkəti iyun ayında daha bir neçə sərgini təqdim etməyə hazırlaşır.

"Şeirin içindəki adam"
Şair Qəşəm Nəcəfzadənin "Yazıçı" nəşriyyatında "Şeirin içindəki adam" publisistik kitabı nəşr olunub. Bu barədə şair özü məlumat verib.

"Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"
"Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq gələn il Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu" keçiriləcək.

"Təxəllüsü Mixaylo" Sloveniyaya gedir
İyun ayının 2-si və 3-də Sloveniyada "Salnamə" studiyasında istehsal olunan "Təxəllüsü Mixaylo" filminin nümayişi olacaq.

3 yazarın kitabı işıq üzü görüb
Milli Kitab Mükafatının namizədlərinin kitabları pulsuz paylanacaq

Məlahət Abbasova festivala dəvət alıb
Azərbaycanlı aktrisa Belqradda teatr tədbirinə qatılacaq

"Milli mədəniyyət və müasir mədəniyyət siyasəti"
Bu adda regional seminarlar keçirilir

"Rəngli arzular"
Bu, sosial ismarıc xarakterli tədbir idi

Cəfər Xəndan - 100
BDU-da alimin barelyefi vurulub və guşəsi yaradılıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər