Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Məlahət Abbasova festivala dəvət alıb
Məlahət Abbasova festivala dəvət alıb
Azərbaycanlı aktrisa Belqradda teatr tədbirinə qatılacaq
Şənbə, 22.05.2010

Şəms mətn ölçüsü  

Türkiyədə çəkilən və azərbaycanlı aktrisa Məlahət Abbasovanın da oynadığı "1001 gecə" serialının Balkan ölkələrində və Yunanıstanda nümayişinə başlanıb. Bu barədə məlumat verən Məlahət Abbasova Mehriban obrazını canlandırdığı bu serialda oynadığı rolun çox sevildiyini deyib:

"Bu serial bütün ərəb dünyasında göstərilir. Hazırda da Balkan ölkələri və Yunanıstanda nümayişinə başlanıb. Oynadığım Mehriban obrazını çox sevirlər və məhz bunun üçün Dubayda keçirilən mərasimə dəvət edildim və orada çox böyük bir sevgi ilə qarşılandım".

M.Abbasova Dubayda beynəlxalq turizm sərgisinin açılışında iştirak etdiyini də söyləyib:

"Bu sərgidə ölkəmizi təmsil edən Azərbaycan Hava Yollarının stendini görəndə bütün dünyalar mənim oldu. Onların yanına getdim və məni gördüklərində çox sevindilər. Çox gözəl söhbətlərimiz oldu, xatirə şəkilləri çəkdirdik".

Dubaydan qayıtdıqdan sonra isə azərbaycanlı aktrisa ikinci rejissoru olduğu "İntiharın əsas məşqi" tamaşasının nümayişi üçün Belqradda keçiriləcək beynəlxalq teatr festivalına dəvət aldığını öyrənib:

"Bu festival çərçivəsində mayın 31-də Belqradda tamaşamız nümayiş olunacaq. İyul və avqust ayında isə "Dünyanın ortasında bir yer" adlı tamaşamız Albaniya və Makedoniyada keçiriləcək beynəlxalq teatr festivalında oynanılacaq".

Məlahət Abbasova bildirib ki, teatrda onun təklifi əsasında "Dədə Qorqud" dastanı əsasında tamaşanın səhnələşdirilməsi də nəzərdə tutulur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türklər Azərbaycanı ən yaxın dost sayırlar

Dilarə Əliyeva "kriminal aləmdə"

Türkiyə Ermənistanla bu gün protokol imzalayacaq

Prezidentlərin Kişinyov görüşünün konstruktiv keçdiyi bildirilir

Azərbaycanlı aktrisa Özcan Dənizlə seriala çəkilir

Bölmənin digər xəbərləri
 
Mənim tanıdığım Mircəlal müəllim
Gərək insan təkcə özü üçün yaşamasın

"Eurovision"çular artıq "Telenor Arena"nın səhnəsində
İlk məşqlər gedir

Həmidə Ömərova: "Çoxseriyalı filmlərə ehtiyac var"
Aktrisa hesab edir ki, aktyorların imkanlarını açmaq lazımdır

Bakıda növbəti "Istanbul Fashion Show"
İlin əvvəlində Azərbaycanın moda dünyasında maraqlı yenilik edərək möhtəşəm sərgiyə imza atan Türkiyənin "Meridyen Fuarçılık" beynəlxalq sərgi şirkəti iyun ayında daha bir neçə sərgini təqdim etməyə hazırlaşır.

"Şeirin içindəki adam"
Şair Qəşəm Nəcəfzadənin "Yazıçı" nəşriyyatında "Şeirin içindəki adam" publisistik kitabı nəşr olunub. Bu barədə şair özü məlumat verib.

"Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"
"Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq gələn il Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu" keçiriləcək.

"Təxəllüsü Mixaylo" Sloveniyaya gedir
İyun ayının 2-si və 3-də Sloveniyada "Salnamə" studiyasında istehsal olunan "Təxəllüsü Mixaylo" filminin nümayişi olacaq.

3 yazarın kitabı işıq üzü görüb
Milli Kitab Mükafatının namizədlərinin kitabları pulsuz paylanacaq

"Milli mədəniyyət və müasir mədəniyyət siyasəti"
Bu adda regional seminarlar keçirilir

"Rəngli arzular"
Bu, sosial ismarıc xarakterli tədbir idi

Cəfər Xəndan - 100
BDU-da alimin barelyefi vurulub və guşəsi yaradılıb

Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"
Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, fortepiano kafedrasının professoru Yeganə Axundovanın milli musiqimizin inkişafında xidmətləri olmuşdur.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər