Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
3 yazarın kitabı işıq üzü görüb
3 yazarın kitabı işıq üzü görüb
Milli Kitab Mükafatının namizədlərinin kitabları pulsuz paylanacaq
Şənbə, 22.05.2010

Şəms mətn ölçüsü  

Milli Kitab Mükafatının 10-luğuna düşmüş daha üç yazarın kitabı işıq üzü görüb. Nəriman Əbdülrəhmanlının "Yalqız" romanı, Əjdər Olun portret hekayələri və Rafiq Tağının hekayələr toplusu artıq nəfis tərtibatda oxucuların ixtiyarına verilib. Qeyd edək ki, kitablar "Standard Bank" ASC-nin sponsorluğu ilə nəşr olunub. Bankın İdarə Heyətinin sədri Səlim Krimanın sözlərinə görə, məqsəd Azərbaycan ədəbiyyatının inkişafına dəstək olmaqdır:

"Azərbaycanın dünyaya inteqrasiyasının tərkibini mədəniyyətimizin, ədəbiyyatımızın inkişafı təşkil edir. Geniş oxucu auditoriyası qazanacaq xeyli sayda çağdaş ədəbiyyat nümunələri var. Onların üzə çıxarılmasında Milli Kitab Mükafatının gördüyü işi yüksək dəyərləndirmək olar. Biz də bu xoşməramlı layihəyə dəstək olmaqla Azərbaycan ədəbiyyatına öz töhfəmizi vermək istədik". MKM-in təsisçisi Nigar Köçərlinin bildirdiyinə görə, 10-luğa daxil olmuş bütün kitablar pulsuz şəkildə müxtəlif kitabxanalara paylanacaq, "Əli və Nino" kitab mağazalarında, eləcə də www.alinino.az ilk onlayn kitab mağazasında satışa çıxarılacaq. İstər bölgələrdə, istərsə də xarici ölkələrdə yaşayan kitabsevərlər "Əli və Nino" onlayn kitab mağazası vasitəsilə həmin kitabları əldə edə biləcəklər. Bundan başqa, kitablar dünya kitab sərgilərinə də göndəriləcək. Qeyd edək ki, ötən gün "Əli və Nino" kafesində hər üç müəllifin kitablarının təqdimatı keçirilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

"Yarımçıq əlyazma" Braziliyada çap olunub

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Gənc bloqçuların azad edilməsi tələb edilir

Bölmənin digər xəbərləri
 
Mənim tanıdığım Mircəlal müəllim
Gərək insan təkcə özü üçün yaşamasın

"Eurovision"çular artıq "Telenor Arena"nın səhnəsində
İlk məşqlər gedir

Həmidə Ömərova: "Çoxseriyalı filmlərə ehtiyac var"
Aktrisa hesab edir ki, aktyorların imkanlarını açmaq lazımdır

Bakıda növbəti "Istanbul Fashion Show"
İlin əvvəlində Azərbaycanın moda dünyasında maraqlı yenilik edərək möhtəşəm sərgiyə imza atan Türkiyənin "Meridyen Fuarçılık" beynəlxalq sərgi şirkəti iyun ayında daha bir neçə sərgini təqdim etməyə hazırlaşır.

"Şeirin içindəki adam"
Şair Qəşəm Nəcəfzadənin "Yazıçı" nəşriyyatında "Şeirin içindəki adam" publisistik kitabı nəşr olunub. Bu barədə şair özü məlumat verib.

"Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"
"Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq gələn il Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu" keçiriləcək.

"Təxəllüsü Mixaylo" Sloveniyaya gedir
İyun ayının 2-si və 3-də Sloveniyada "Salnamə" studiyasında istehsal olunan "Təxəllüsü Mixaylo" filminin nümayişi olacaq.

Məlahət Abbasova festivala dəvət alıb
Azərbaycanlı aktrisa Belqradda teatr tədbirinə qatılacaq

"Milli mədəniyyət və müasir mədəniyyət siyasəti"
Bu adda regional seminarlar keçirilir

"Rəngli arzular"
Bu, sosial ismarıc xarakterli tədbir idi

Cəfər Xəndan - 100
BDU-da alimin barelyefi vurulub və guşəsi yaradılıb

Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"
Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, fortepiano kafedrasının professoru Yeganə Axundovanın milli musiqimizin inkişafında xidmətləri olmuşdur.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər