Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Həmidə Ömərova: "Çoxseriyalı filmlərə ehtiyac var"
Həmidə Ömərova: "Çoxseriyalı filmlərə ehtiyac var"
Aktrisa hesab edir ki, aktyorların imkanlarını açmaq lazımdır
Şənbə, 22.05.2010

Xatun mətn ölçüsü  

Son illər filmlərə çəkilmədiyinin səbəbindən danışan kinoşünas, xalq artisti Həmidə Ömərova qəzetimizə belə bir açıqlama verdi. Filmə çəkilmədiyini şəxsi yox, bütün Azərbaycan kinosunu əhatə edən problem hesab edən aktrisa deyir ki, filmlərdə məşhur aktyorlar və aktrisalar çəkilməlidir:

"Amma bu, hamıya qismət olmur. Bəzən elə filmlər olub ki, çəkilmək istəmişəm, ancaq məni dəvət etməyiblər. Amma film hazır olduqdan və ona baxdıqdan sonra orada çəkilmədiyimə sevinmişəm. Bunun bir çox səbəbləri var".

Aktrisa əlavə edir ki, hər hansı bir filmin uğursuz alınmasında yalnız bir aktyoru, yaxud təkcə rejissoru, operatoru günahlandırmaq düzgün deyil. Çünki bu, kollektiv əməyin məhsuludur və filmin uğurlu, yaxud uğursuz alınmasında da hər kəsin öz rolu olur. Son illər ekranlaşdırılan filmlər barədə mövqeyini bildirən Həmidə Ömərova: "Əslində son iki ildə çəkilmiş filmlərin, demək olar, çoxuna baxmamışam. Yalnız festivallar çərçivəsində nümayiş olunan filmləri izləmişəm. Arzu edərdim ki, milli kinomuz həm keyfiyyət, həm də kəmiyyət baxımından daha da inkişaf etsin. Mənə elə gəlir ki, son 2-3 ildə Azərbaycanda doğrudan da maraqlı filmlər çəkilməkdədir. Artıq bu sahənin inkişafı üçün bir çox işlər görülür. Amma bu, qısa zamanda nəticəsini verə bilməz, gözləmək lazımdır", - deyə bildirdi. Çoxseriyalı filmlərə ehtiyac yarandığını söyləyən Həmidə xanım eyni zamanda bunları söylədi:

"Biz filmləri yeni dublyaj etməyə başladıqda tamaşaçılar buna alışa bilmirdilər. Amma indi dublyaj olunmuş filmləri hamı izləyir. Serial istehsalında da inkişaf əldə etmək üçün mütləq serialların çəkilməsi lazımdır. Bu, həm də aktyorlarımız üçün çox vacibdir. Hər bir aktyorun iç dünyasını, onun istedadını açmaq üçün serialın imkanları daha genişdir. Dünya kinosunda da belə nümunələr çox olub: dramatik, faciəvi obrazlar yaradan bir aktyor birdən-birə serialda komik bir rola çəkilir və tamaşaçılar onun tam fərqli tərəflərini kəşf edirlər. Yəni aktyor istedadını hərtərəfli açmaq üçün seriallar çox kömək edə bilər. Ümid edirəm ki, tezliklə Azərbaycanda da yüksək keyfiyyətli, baxımlı seriallar istehsal olunacaq. Bu isə milli kinomuzun dirçəlməsində önəmli rol oynaya bilər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Oskar"a namizəd filmin təqdimatı olacaq

"Təxəllüsü Mixaylo" ingilis dilinə tərcümə edilib

"Əl-Cəzirə" telekanalı Azərbaycanda film çəkəcək

"Bir addım" filmi Batumidə nümayiş etdiriləcək

"Mahmud və Məryəm"ə Türkiyədə ekran həyatı

Bölmənin digər xəbərləri
 
Mənim tanıdığım Mircəlal müəllim
Gərək insan təkcə özü üçün yaşamasın

"Eurovision"çular artıq "Telenor Arena"nın səhnəsində
İlk məşqlər gedir

Bakıda növbəti "Istanbul Fashion Show"
İlin əvvəlində Azərbaycanın moda dünyasında maraqlı yenilik edərək möhtəşəm sərgiyə imza atan Türkiyənin "Meridyen Fuarçılık" beynəlxalq sərgi şirkəti iyun ayında daha bir neçə sərgini təqdim etməyə hazırlaşır.

"Şeirin içindəki adam"
Şair Qəşəm Nəcəfzadənin "Yazıçı" nəşriyyatında "Şeirin içindəki adam" publisistik kitabı nəşr olunub. Bu barədə şair özü məlumat verib.

"Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"
"Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq gələn il Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu" keçiriləcək.

"Təxəllüsü Mixaylo" Sloveniyaya gedir
İyun ayının 2-si və 3-də Sloveniyada "Salnamə" studiyasında istehsal olunan "Təxəllüsü Mixaylo" filminin nümayişi olacaq.

3 yazarın kitabı işıq üzü görüb
Milli Kitab Mükafatının namizədlərinin kitabları pulsuz paylanacaq

Məlahət Abbasova festivala dəvət alıb
Azərbaycanlı aktrisa Belqradda teatr tədbirinə qatılacaq

"Milli mədəniyyət və müasir mədəniyyət siyasəti"
Bu adda regional seminarlar keçirilir

"Rəngli arzular"
Bu, sosial ismarıc xarakterli tədbir idi

Cəfər Xəndan - 100
BDU-da alimin barelyefi vurulub və guşəsi yaradılıb

Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"
Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, fortepiano kafedrasının professoru Yeganə Axundovanın milli musiqimizin inkişafında xidmətləri olmuşdur.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər