Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Eurovision"çular artıq "Telenor Arena"nın səhnəsində
"Eurovision"çular artıq "Telenor Arena"nın səhnəsində
İlk məşqlər gedir
Şənbə, 22.05.2010

Xatun mətn ölçüsü  

"Eurovision-2010" müsabiqəsinin keçirilməsinə sayılı günlər qalıb. Bu il bu müsabiqəyə ev sahibliyini ötən il Aleksandr Rıbakın təmsilçiliyi ilə birincilik qazanan Norveç həyata keçirəcək. Paytaxt Osloda 17000 tamaşaçı tutumu olan "Telenor Arena" mayın 15-dən etibarən iştirakçı ölkələrin üzünə açılıb.

Müsabiqənin rəsmi internet saytının yazdığına görə, 55-ci "Eurovision" müsabiqəsində təmsil olunacaq 39 ölkə təmsilçisinin ilk məşqinə ötən bazar günündən başlanılıb. Müsabiqənin təmsilçiləri artıq mayın 15-də Norveçin paytaxtı Osloya gəliblər. Təmsilçilərin məşqi mayın 23-dək davam edəcək. Bu il müsabiqəni həyata keçirən Norveçin "NRK" televiziyasının rəsmisi Peter Svaar artıq hazırlıqların başa çatmaq üzrə olduğunu qeyd edib. Onun sözlərinə görə, artıq "Telenor Arena"nın dekorasiyası tamamlanıb. NRK rəsmisinin sözlərinə görə, builki "Erovision"un həm yarımfinalları, həm də final konsertinin yüksək səviyyədə yayımlanması üçün ən son müasir texnologiyalardan istifadə olunub. Hər bir təmsilçinin iki açıq məşqi və jurnalistlərlə iki görüşü olacaq. Mətbuat konfransı zalı 700 nəfərlikdir.

Xəbərdə qeyd olunub ki, müsabiqə çərçivəsində ilk dəfə olaraq təmsilçilərin bir neçəsi fanatlarla görüş keçirməyə razılıq verib. Görüşlərdə fanatlar öz favoritləri ilə şəkil çəkdirmək, onlardan avtoqraf almaq şansı qazanacaqlar. "Eurovision-2010" müsabiqəsini işıqlandırmaq üçün çoxsaylı ölkələrdən Osloya səfər edəcək media mənsubları üçün artıq mətbuat mərkəzi tam hazırlanıb. Bu mərkəz 2000-dən artıq jurnalisti və 300-ə yaxın müsabiqənin fanatlarını qəbul etməyə tam hazırdır.

Qeyd edək ki, bu il 55 illik yubileyini qeyd edən "Eurovision" mahnı yarışmasının keçirilməsi ilə bağlı qərar 1955-ci ildə qəbul olunub. İlkin olaraq "Qran-pri Eurovision" adlanan müsabiqə, ilk dəfə 1956-cı il mayın 24-də Luqana şəhərində (İsveçrə) keçirilib. İlk müsabiqədə 7 Avropa ölkəsi iştirak edib. Müsabiqənin ilk qalibi İsveçrə təmsilçisi Liz Assia olub.

Yeri gəlmişkən, Azərbaycanın "Eurovision" müsabiqəsi üzrə rəsmi fanklubu olan "Ogae Azerbaiyan"ın rəsmi internet saytı istifadəyə verilib. "Ogae Azerbaiyan"ın vitse-prezidenti Ömər Əbdülkərimovun məlumatına görə, www.ogae.az ünvanında fəaliyyət göstərən bu sayt yüksək səviyyədə hazırlanıb, gözəl üslubda tərtib olunub. Saytın səhifələrində Azərbaycanın tarixi haqqında məlumatlar, "Eurovision -2010" müsabiqəsi ilə bağlı maraqlı xəbərlər yerləşdirilib. Rəsmi fan-klub istifadəyə verdikləri bu saytda "Azərbaycan Eurovision müsabiqəsində" mövzusunda da məlumatlar yerləşdirib. Saytda həmçinin Azərbaycanın builki müsabiqə təmsilçisi Səfurə Əlizadənin mahnılarını dinləmək və fotosessiyasını izləmək mümkündür. Hazırda sayt yalnız ingilis dilindədir, yaxın zamanlarda isə sayt daha iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərəcək.

Onu da bildirək ki, artıq iştirakçı ölkələrin rəsmi fan-klubları onlara verilən səsvermə prosesini həyata keçiriblər. "Ogae Azerbaiyan" isə ən yüksək - 12 balı İsrailə verib. Azərbaycanın müsabiqə üzrə rəsmi fan-klubu 10 balı Almaniyaya, 8 balı Danimarkaya, 7 balı Xorvatiyaya, 6 balı Türkiyəyə, 5 balı Norveçə, 4 balı İslandiyaya, 3 balı Serbiyaya, 2 balı İsveçə, 1 balı isə Ukraynaya verib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu

Almaniya yığması Bakıya gəlir

Bölmənin digər xəbərləri
 
Mənim tanıdığım Mircəlal müəllim
Gərək insan təkcə özü üçün yaşamasın

Həmidə Ömərova: "Çoxseriyalı filmlərə ehtiyac var"
Aktrisa hesab edir ki, aktyorların imkanlarını açmaq lazımdır

Bakıda növbəti "Istanbul Fashion Show"
İlin əvvəlində Azərbaycanın moda dünyasında maraqlı yenilik edərək möhtəşəm sərgiyə imza atan Türkiyənin "Meridyen Fuarçılık" beynəlxalq sərgi şirkəti iyun ayında daha bir neçə sərgini təqdim etməyə hazırlaşır.

"Şeirin içindəki adam"
Şair Qəşəm Nəcəfzadənin "Yazıçı" nəşriyyatında "Şeirin içindəki adam" publisistik kitabı nəşr olunub. Bu barədə şair özü məlumat verib.

"Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"
"Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq gələn il Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu" keçiriləcək.

"Təxəllüsü Mixaylo" Sloveniyaya gedir
İyun ayının 2-si və 3-də Sloveniyada "Salnamə" studiyasında istehsal olunan "Təxəllüsü Mixaylo" filminin nümayişi olacaq.

3 yazarın kitabı işıq üzü görüb
Milli Kitab Mükafatının namizədlərinin kitabları pulsuz paylanacaq

Məlahət Abbasova festivala dəvət alıb
Azərbaycanlı aktrisa Belqradda teatr tədbirinə qatılacaq

"Milli mədəniyyət və müasir mədəniyyət siyasəti"
Bu adda regional seminarlar keçirilir

"Rəngli arzular"
Bu, sosial ismarıc xarakterli tədbir idi

Cəfər Xəndan - 100
BDU-da alimin barelyefi vurulub və guşəsi yaradılıb

Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"
Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, fortepiano kafedrasının professoru Yeganə Axundovanın milli musiqimizin inkişafında xidmətləri olmuşdur.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər