Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Stiven Allen: "Uşaqlara və uşaqlığa yenidən nəzər salmaq lazımdır"
Stiven Allen: "Uşaqlara və uşaqlığa yenidən nəzər salmaq lazımdır"
Onlara rahat həyat şəraiti yaratmaq yolları araşdırılır
Şənbə, 22.05.2010

Aynurə mətn ölçüsü  

"Biz uşağın həyatımızın bütün sahələrində diqqət mərkəzində olmasına çalışırıq. Məsələn, bu gün orta məktəbdə diqqət mərkəzində pedaqoqdur, səhiyyə sahəsində də vəziyyət eynidir. Amma düşünürəm ki, diqqət mərkəzində uşaq olmalıdır. Biz həmçinin ictimaiyyətin uşaqların hüquqları haqqında məlumatlı olmasına can atırıq. Uşaqlara və uşaqlığa münasibətə yenidən nəzər salmaq lazımdır", - deyə ölkəmizdə səfərdə olarkən UNICEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru Stiven Allen bildirib. Onun səfərinin əsas məqsədi uşaqlar üçün maksimum rahat həyat şəraitinin yaradılması yollarının axtarılması ilə əlaqəlidir.

Onun sözlərinə görə, inkişaf etmiş Avropa ölkələrində uşaq ombudsmanı postu mövcuddur. Azərbaycana gəldikdə isə qonaq hesab edir ki, buna Azərbaycan hökuməti qərar verməlidir.

Söhbət əsnasında öyrəndik ki, qonaq dövlət orqanlarının, parlamentin nümayəndələri ilə görüşlərdə səhiyyə, təhsil və uşaqların müdafiəsi məsələləri ətrafında müzakirələr aparıb. "Bu görüşlərdə uşaqların müdafiəsi qanunvericiliyi və Ailə Məcəlləsi barəsində söhbətlər etdik. Öyrəndim ki, Azərbaycanda bir sıra vacib qanunlar, o cümlədən duzun yodlaşdırılması haqqında qanun mövcuddur. Təhsil naziri Misir Mərdanovla görüşdə biz məktəbəqədər təhsil və bu sahənin maliyyələşdirilməsi məsələlərini müzakirə etdik".

Məlum olduğu kimi, UNICEF məktəbəqədər təhsili təhsil sisteminin vacib pilləsi hesab edir və bu sahəyə xüsusi diqqət ayırır. Direktor deyir ki, bununla bağlı hansısa fikir söyləmək, bu sahəni tənqid etmək və ya əksinə, tərifləmək üçün vəziyyəti analiz etmək lazımdır.

Sirr deyil ki, Azərbaycan hökuməti vaxtaşırı uşaqların müdafiəsinin təşkilinə görə tənqidlərə məruz qalır. Azərbaycan uşaqlar arasında ölüm hallarının yüksək olduğu ölkələrin siyahısında ön yerlərdən birini tutur. S.Allen deyir ki, yeni doğulmuşlar arasında ölüm hallarının azalması təqdirəlayiq haldır. Lakin 5 yaşlı uşaqlar arasında ölüm göstəricisi yüksək olaraq qalır. Hər 1000 uşaqdan 36-da ölüm qeydə alınır. Direktor deyir ki, problemin həllini fəallaşdırmaq üçün səhiyyə sahəsində islahatları sürətləndirmək lazımdır. Baxmayaraq ki, bu sahədə tərəqqi müşahidə edilir, biz uşaqlar arasında ölüm hallarının minimuma endirilməsində böyük uğurlar əldə edilməsinə çalışırıq. Bunun üçün də müxtəlif strukturların birgə çalışması əhəmiyyətlidir. Bir vacib məqamı da qeyd etmək istəyirəm. Ölkənizdə erkən nikah problemi vardır. Əhalinin maarifləndirilməsinə baxmayaraq, bu problemin hələ də aktuallığını qoruduğunu öyrəndim. Mən bu qənaətdəyəm ki, erkən nikahlar ölkənin gələcəyinə, nəsillərin gələcəyinə mənfi təsir edir".

Bir neçə ildir ki, Azərbaycanda deinstitusionalizasiya - uşaqların uşaq evlərindən ailələrə verilməsi proqramı həyata keçirilir. Proqramın gerçəkləşdirilməsinə münasibət bildirən S.Allen tərəqqinin müşahidə edildiyini vurğulayır: "Lakin böyük uğurların qazanılması hələ qabaqdadır. Hər bir uşaq ailədə yaşamalıdır. Ona görə də uşaqların uşaq evi, internat kimi məkanlarda qalmamasına çalışmaq lazımdır".

Xatırladaq ki, hazırda Azərbaycanın iki pilot bölgəsində deinstitusionalizasiya proqramı həyata keçirilir. Bir müddətdən sonra proqramın həyata keçirilməsinin nəticələri barədə danışmaq olacaq. S.Allen deyir ki, sözügedən proqramın genişləndirilməsi üçün iqtisadi və sosial problemlər tam həllini tapmalıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uşaqlar üçün "qaynar xətt" açılacaq

Gənclər Evi yaradılır

Uşaqlar niyə intihar edir?

Uşaq Teatrı Türkiyə və Avropa səfərində

Uşaqlar necə mühakimə edilsin?

Bölmənin digər xəbərləri
 
Reabilitasiya mərkəzlərinin yeni modeli
Əgər bu model tətbiq olunarsa, ...

Paytaxtın "tıxac" problemi qalır
Şəhər hakimiyyəti bunu aradan qaldırmağa hazır deyil

Kür və Araz Mərkəzi Aranı viran qoyur
Müvafiq qurumlar fəlakətin qarşısını almaqda hələ ki aciz qalıblar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər