Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qaliblər ali məktəblərə imtahansız qəbul olunacaq
Qaliblər ali məktəblərə imtahansız qəbul olunacaq
Nazirlər Kabinetindən yeni qərar
Şənbə, 15.05.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünənki mətbuat konfransında bildirib. Onun sözlərinə görə, olimpiada qalibləri ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən hazırlanaraq TQDK-ya göndərilib, TQDK qərara müsbət rəy verib və təsdiq olunmaq üçün Ədliyyə Nazirliyinə göndərib:

"Təhsil haqqında" qanuna görə, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanı verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı aşağıdakı kimi müəyyən olunub: İdman sahəsi üzrə olimpiya, dünya, Avropa çempionatlarının qalibləri - yəni I, II, III yerləri tutanlar ali məktəblərin müvafiq ixtisası üzrə imtahansız qəbul olunacaqlar. Habelə təhsil sahəsi üzrə dünya fənn olimpiadalarının, musiqi və incəsənət sahələri üzrə dünya və beynəlxalq müsabiqələrin qaliblərinin də ali məktəblərin müvafiq ixtisasları üzrə dövlət sifarişli yerlərə imtahansız qəbul olunmasına qərar verilib".

M.Abbaszadə bildirib ki, qərar təsdiq olunan kimi TQDK həmin şəxslərin qeydiyyatdan keçməsi üçün vaxt elan edəcək və dövlət sifarişli yerlərdən onlar üçün müəyyən yerlər ayrılacaq.

M.Abbaszadə NK-nın ali məktəblərə plan yerlərini və dövlət sifarişini TQDK-ya göndərdiyini bildirib. Onun sözlərinə görə, bu il bakalavriatura pilləsi üzrə ali məktəblərə 30 min 810 ümumi plan yeri ayrılıb. Onların 10 min 529-nu (34 faiz) dövlət sifarişli yerlər təşkil edir. Ən çox dövlət sifarişli yerlər I ixtisas qrupunun plan yerlərindədir. Bu il I ixtisas qrupuna 9639 ümumi plan yeri ayrılıb. Onlardan 4196-sı (43 faiz) dövlət sifarişli yerlərdir. II ixtisas qrupu üzrə ayrılmış 7448 ümumi plan yerinin 2050-ni (27,5 faiz) dövlət sifarişli yerlər təşkil edir. III ixtisas qrupu üzrə 9880 ümumi plan yeri ayrılıb. Onlardan 2804-nü (28 faiz) dövlət sifarişli yerlər təşkil edir. IV ixtisas qrupu üzrə ayrılmış 3843 ümumi plan yerindən 1479-u (38 faiz) dövlət sifarişli yerlərin payına düşür.

M.Abbaszadə deyib ki, bu il dövlət sifarişli yerləri qazanmaq üçün müsabiqə vəziyyəti həm II, həm də III ixtisas qruplarında yüksək olacaq. I ixtisas qrupunda isə kifayət qədər dövlət sifarişli yerlər var. Bu qrupda müsabiqə vəziyyəti qismən aşağı olacaq.

TQDK sədrinin sözlərinə görə, bu il magistratura pilləsi üzrə ali məktəblərə 5207 ümumi plan yeri ayrılıb.

REKLAM

Onların 2071-ni (40 faiz) dövlət sifarişli yerlər təşkil edir. Magistraturada dövlət sifarişli yerlərin çoxu texniki və texnoloji ixtisaslar üzrədir. Bu ixtisasları seçən bakalavrların şansları daha yüksəkdir.

M.Abbaszadə onu da deyib ki, ötən illə müqayisədə bu il I ixtisas qrupunda ödənişsiz təhsil almaq imkanı 8 faiz, IV ixtisas qrupunda isə 9-10 faiz artıb. II ixtisas qrupunda ödənişli təhsil almaq imkanı 10 faiz, III ixtisas qrupunda isə 13 faiz azalıb.

TQDK sədri fəlakət bölgəsindəki abituriyentlərlə bağlı vəziyyətə də toxunub. "Fəlakət bölgəsindəki abituriyentlərin sənəd verməsində problem yaransa, səyyar sənəd qəbulu komissiyası yaradılacaq", - deyə o bildirib. Onun sözlərinə görə, hələlik təbii fəlakət bölgəsindəki abituriyentlərin sənəd verməsində hər hansı çətinliyin yaranması ilə bağlı komissiyaya müraciət daxil olmayıb:

"Bu günə olan məlumata görə, Sabirabadda 236 nəfər, Şirvanda 343 nəfər, Zərdabda 103 nəfər, Neftçalada 342 nəfər, Saatlıda 122 nəfər, Salyanda 289 nəfər, Kürdəmirdə 249 nəfər, İmişlidə 327 nəfər abituriyent öz elektron ərizəsini təsdiqləyib. Hələ ki bu rəqəmlər problemin olmadığını göstərir. Mayın 20-dən sonra vəziyyətin necə olduğuna baxacağıq. Mayın 20-dən sonra həmin ərazilərdəki abituriyentlərin sənəd verməsi ilə bağlı hər hansı problem yaransa, səyyar sənəd qəbulu komissiyası yaradıb, çadır şəhərciklərinə gedəcəyik".

M.Abbaszadə Azərbaycanda Rusiya ali məktəblərində təhsil almaq istəyənlərin sayının azalma səbəblərinə də toxunub. "Rusiya ali məktəblərinə maraq son on ildə azalıb. Bunun əsas səbəblərindən biri budur ki, təklif olunan yerlər daha çox Rusiyanın əyalətlərindəki ali məktəblərdədir", - deyə o qeyd edib. Onun sözlərinə görə, indiki şəraiti nəzərə alan valideynlər uşaqlarını həmin əyalətlərə göndərməyə bir az ehtiyat edirlər.

M.Abbaszadə bildirib ki, əvvəllər abituriyentlər Rusiya ali məktəblərinə qəbul imtahanlarında iştirak edib uğur qazansalar da, Azərbaycandakı qəbul imtahanlarında da iştirak edirdilər və nəticədə iki yerdən birini seçirdilər:

"Çox zaman isə Rusiya ali məktəblərində qazanılmış yerlər itirilirdi. Halbuki Rusiya tərəfi bu yerləri Azərbaycana təmənnasız verir. Bu il isə Rusiya ali məktəblərinə qəbul imtahanlarında iştirak edən abituriyentlər Azərbaycandakı qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. Azərbaycanın Rusiyadakı diasporu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin birgə təklifinə əsasən, artıq 4-5 ildir TQDK Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün də imtahan keçirir. Əgər bu il Rusiya ali məktəblərinə Azərbaycan üçün ayrılan yerlərdən boş qalanı olsa, həmin yerlər diasporaya veriləcək".

Rusiya ali məktəblərinə qəbul imtahanı sabah keçiriləcək. İmtahanda iştirak etmək üçün 110 abituriyent qeydiyyatdan keçib. Onlardan 13 nəfəri Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ), 97 nəfər isə Rusiyanın digər ali məktəblərinə sənəd verib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı

TQDK son xəbərdarlığını etdi...

Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı

Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr

102 gənc - prezident təqaüdçüsü

Bölmənin digər xəbərləri
 
Keçmiş bölük komandiri azadlıqdan məhrum edildi
Ortada bir sıra maddələr üzrə ittihamlar var

"Fatimeyi-Zəhra" məscidi QMİ-nin sərəncamında olacaq
Prezident göstəriş verdi

Lənkəranda İnformasiya-Mübadilə Şəbəkəsi yaradılıb
Onun portalı baza rolunu oynayacaq

İki məhbus Eynulla Fətullayevin üzünə durdu
Onlardan birinin nə üstündə həbs edildiyi isə şok yaradıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər