Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Keçmiş bölük komandiri azadlıqdan məhrum edildi
Ortada bir sıra maddələr üzrə ittihamlar var
Şənbə, 15.05.2010

Cəsur Məmmədov mətn ölçüsü  

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə MN Təlim-Tədris Mərkəzinin (TTM) müddətdən artıq hərbi qulluqçuların bölük komandiri, kapitan Ramil Xammədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Ramil Xammədovun cinayət əməlinin sübuta yetirildiyi qənaətinə gələrək, onun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, 2009-cu ilin iyununda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub. General-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra isə hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb.

Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı aşkarlanıb, CM-nin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb. Bundan sonra TTM-in avtomobil xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə mənzil istismar xidmətinin rəisini əvəzləyən, polkovnik-leytenant Elşən Abbasov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov, əşya xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə xidmətinin rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev istintaqa cəlb olunublar.

Adıçəkilən digər hərbi qulluqçuların cinayət işinin ibtidai istintaqı ayrı icraatda aparılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Zampolit" sisteminin ləğvi orduya nə verdi?

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Zabit Nəbizadənin diski işıq üzü görəcək

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

İran: amansız repressiyalar davam edir

Bölmənin digər xəbərləri
 
"Fatimeyi-Zəhra" məscidi QMİ-nin sərəncamında olacaq
Prezident göstəriş verdi

Lənkəranda İnformasiya-Mübadilə Şəbəkəsi yaradılıb
Onun portalı baza rolunu oynayacaq

İki məhbus Eynulla Fətullayevin üzünə durdu
Onlardan birinin nə üstündə həbs edildiyi isə şok yaradıb

Qaliblər ali məktəblərə imtahansız qəbul olunacaq
Nazirlər Kabinetindən yeni qərar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər