Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Küveyt İranın casus şəbəkəsini çökdürüb
Küveyt İranın casus şəbəkəsini çökdürüb
Ərəb ölkələri Tehranın casusluq fəaliyyətindən rahatsızdır
Şənbə, 15.05.2010

S.Sədrəddin mətn ölçüsü  

Küveytdə çıxan "əl-Qəbəs" qəzeti ölkənin xüsusi xidmət orqanları tərəfindən İran İslam İnqilab Keşikçiləri Qvardiyasına ("sipah" da deyirlər) mənsub casus şəbəkəsinin aşkarlanması barədə bu günlərdə xəbər yaymışdı. Xəbərə əsasən, 7 nəfər tutulub. Onlar Küveytin Daxili İşlər və Müdafiə nazirliklərində çalışırmış.

Bu əhvalat Küveytdə ciddi rahatsızlığa səbəb olub. Küveyt parlamentinin üzvü Vəlid Təbatəbai deyib ki, Tehran hakimiyyəti bölgə dövlətlərinə, özəlliklə onun ölkəsinə qarşı düşmənçilik siyasəti yürüdür. Deputat dövlət hakimiyyətini İranın Küveytdəki casusluq və pozuculuq fəaliyyətinə qarşı ciddi tədbirlər görməyə çağırır. Deputatın sözlərinə görə, hakimiyyət susmağı və fəaliyyətsizliyi davam etdirərsə, o zaman onlar ölkə hökumətinə təzyiq göstərəcəklər.

Təbatəbai yerli KİV-ə müsahibəsində deyib ki, İran İslam Respublikasının onun ölkəsindəki casusluq əməllərinə qarşı hakimiyyətin atdığı addımlar qənaətbəxş deyil və onların susqunluğu anlaşılmır.

Xatırladaq ki, İran rəsmiləri casusluq fəaliyyəti ilə bağlı ünvanlarına səslənən ittihamları təkzib ediblər. Buna münasibət bildirən küveytli deputat Tehranın bu bəyanatını "təbii yanaşma" adlandırır. O, İran hakimiyyətinin ittihamları qəbul edib-etmədiyindən asılı olmayaraq, onların törətdiyi əməllərin "göz önündə" olduğunu qeyd edir.

"Bütovazerbaycanbirliyi" saytının yaydığı xəbərdə bildirilir ki, parlament üzvü İranın ölkəsindəki səfirinin Küveytdən çıxarılmasını tələb edərək deyib:

"İran böhran içindədir. Bununla belə onlar Ərəb körfəzi (ərəblər farsların "Fars körfəzi" dediyi ərazini belə adlandırır - S.S.) ölkələrinə və başqa qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürür. Odur ki, bu iddiada olan hakimiyyətin qonşularının ərazisində casusluq fəaliyyəti göstərməsi də inkar oluna bilməz".

Onun sözlərinə görə, Tehranın bir çox ölkədə casus şəbəkəsi yaratması haqda təkzibedilməz faktlar var:

"Bu hakimiyyətin Livan, İraq, Yəmən, Misir, hətta müttəfiqi saydığı Suriyada casus şəbəkəsinin fəaliyyət göstərdiyinə dair çoxlu sayda məlumatlarımız var".

Küveytin ardınca Səudiyyə Ərəbistanı da İslam Respublikasını eyni suçda ittiham edib. "Amerikanın səsi" radiosunun ərəbcə redaksiyasının məlumatında bildirilib ki, mayın 7-də Səudiyyə Ərəbistanı daxili işlər naziri Məlik Naib bin-Əbdüləziz məsələ ilə bağlı verilmiş bəyanatların doğruluğunu təsdiqləyərək, şəbəkənin açıqlanması və çökdürülməsini Küveyt təhlükəsizlik xidmətinin "böyük uğuru" kimi dəyərləndirir.

Ötən gün körfəz ölkələri (İrandan başqa) təhlükəsizlik xidməti rəhbərlərinin toplantısı keçirilib. Yığıncaqda İran casuslarının həbsi ilə bağlı Küveyt mətbuatının məlumatı rəsmi şəkildə təsdiqlənib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

Satqınlar və xainlər cəzalarını aldılar

Azərbaycan alimi casusluqda ittiham olunur

Bölmənin digər xəbərləri
 
Ahısqa türkləri üçün yeni problemlər
Onlar Quzey Qafqazdan da deportasiya oluna bilərlər

Ermənistan ordusunda homoseksual xilas yolu
Hərbi xidmətdənsə, buna üstünlük verilir

Ermənistan-Gürcüstan sərhəd bölgəsində anormal vəziyyət
Gürcüstan hökuməti torpağını və vətəndaşını müdafiə etmir

Əhmədinejad yəhudilərlə yenə öpüşdü
Ortodokslar bu görüşdən "həzz alıblar"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər