Dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında cümə axşamı telefon danışığı olub. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli Vaşinqtonda gündəlik brifinqdə bildirib.
Kroulinin sözlərinə görə, iki rəsmi şəxs İranı müzakirə edib. Dövlət katibi vurğulayıb ki, ABŞ-ın fikrincə, İranın son zamanlardakı diplomatiyası onun nüvə proqramı haqqında beynəlxalq narahatlıqlara məhəl qoymamaq, faktik olaraq BMT Təhlükəsizlik Şurasının hərəkətlərini dayandırmaq cəhdləridir.
ABŞ rəsmisi bildirib ki, İran adəti üzrə "beynəlxalq birlik ilə təmiz niyyət nümayiş etdirməyə və inam yaratmağa müvəffəq olmayıb. O hələ AEBA-ya rəsmi cavab verməlidir".
Xanım Klinton vurğulayıb ki, məsuliyyət İran ilə bağlıdır və öhdəlik haqqında onun ciddiliyinin çatışmazlığı bizi İrana qarşı daha böyük təzyiq tətbiq etməyə vadar edir, - deyə Krouli bildirmişdir.
Onun sözlərinə görə, ABŞ və Türkiyə rəsmiləri Türkiyə - Azərbaycan əlaqələrini və son zamanlar regionda hadisələrin gedişini də müzakirə etmişlər.
|