Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Araz Əzimov: "Azərbaycanlıların Qarabağa nə vaxt qayıdacağı müəyyənləşməlidir"
Araz Əzimov: "Azərbaycanlıların Qarabağa nə vaxt qayıdacağı müəyyənləşməlidir"
Danışıqların ana xətti - budur
Şənbə, 15.05.2010

İ.Telmanoğlu mətn ölçüsü  

"Azərbaycan ilk mərhələdə beş rayon, Laçın yolunun boşaldılması, qaytarılması və Türkiyə-Ermənistan sərhədinin açılmasını təklif edə bilərdi. Lakin o şərtlə ki, ikinci mərhələdə yerdə qalan ərazilər, yəni Laçının şimalı və Kəlbəcər boşaldılsın, bunun vaxtı müəyyənləşdirilsin". APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. A.Əzimov bildirib ki, birinci mərhələ başlayıb qurtaracaqsa, qalan torpaqların boşaldılmasının da dəqiq vaxtı bilinməli, razılaşdırılmalıdır:

"Yəni davamı olaraq nə vaxt, nə müddətə, nə zaman, hansı torpaqların, necə boşalacağı razılaşdırılmalıdır".

"Ermənistanla 5 rayonun qaytarılması ilə bağlı razılaşma varmı" - sualının cavabında nazir müavini Ermənistanın heç bir formada məsuliyyətdən qaça bilməyəcəyini, istəyindən asılı olmayaraq, torpaqları mütləq boşaldacağını vurğulayıb:

"Ancaq heç bir məsələ tam razılaşdırılmayıb. Ermənistan hansı məsələyə razılıq verib, Azərbaycan hansı məsələ ilə razılaşıb formasında danışmaq düzgün deyil. Məsələlər razılaşdırılır, bu, mərhələ-mərhələ aparılır. Məsələn, birinci mərhələdə 5+1+1 - 5 rayon + Laçın yolu + sərhəd - formulu üzrə razılaşırıqsa, sonrakı mərhələnin neçə ilə, neçə aya başa çatacağı, ondan sonra nə olacağı, azərbaycanlıların Qarabağa nə vaxt qayıdacaqları müəyyənləşməlidir. Çünki bu, Azərbaycan üçün çox prinsipial məsələdir. Əgər azərbaycanlılar Qarabağa qayıtmayacaqlarsa, ümumiyyətlə, Azərbaycan bu problemin həllinə baxa bilməz. Azərbaycanlılar Qarabağa qayıtmalıdırlar. Bu, ən konseptual məsələdir. Çünki ərazi bütövlüyü çərçivəsində Qarabağ regionunun gələcək statusunu müəyyənləşdirmək istəyiriksə, azərbaycanlılar mütləq bu prosesdə iştirak etməli, mütləq oraya qayıtmalıdırlar".

A.Əzimovun fikrincə, Azərbaycanın konstruktivliyi ondan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusu müəyyənləşdirilənə qədər hər iki icma arasında müvəqqəti razılıqlar əldə edilsin:

"Bu icmalar üçün azadlıqlar, hərəkət azadlığı, iqtisadi əməkdaşlıq, iqtisadi, mədəni fəaliyyət və digər imkanlar təmin olunsun. Azərbaycan hökuməti Qarabağda iqtisadi fəaliyyətə başlamağa hazırdır. Lakin torpaqlar azad olunmalı, yollar açılmalı, kommunikasiya bərpa olunmalı, həm də erməni icmasının müvəqqəti hüquqi statusu olmalıdır ki, Azərbaycan hökuməti onlarla əməkdaşlıq edə bilsin. Ordakı azərbaycanlı icması da eyni dərəcədə bərabər hüquqlar əsasında eyni azadlıqlarla təmin olunmalıdır. Azərbaycanın prinsipləri budur".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Bölmənin digər xəbərləri
 
Xarici İşlər Nazirliyi bəyanat yaydı:
"Qarabağda qondarma seçkilər anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir"

Müdafiə sənayesi gəlir gətirməyə başlayır
SOFEX - 2010 sərgisi düşərli oldu

Bizdən Əfqanıstan üçün məhsullar alınacaq
Bakıda ABŞ-Azərbaycan təchizat seminarı

Prezident çexiyalı diplomatı qəbul edib
Prezident İlham Əliyev mayın 14-də Çex Respublikası baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi heyəti qəbul edib.

"Azadlıq" bloku icazəsiz aksiyalara start verdi
Bu gün "Nərimanov" kinoteatrının qarşısında meriya ilə razılaşdırılmamış aksiya keçiriləcək

Rusiya İrandan niyə üz döndərdi?
Və İran Güney Qafqazda niyə fəallaşmağa çalışır?

"Başlanğıca dönüş: İran, Türkiyə və Amerikanın gələcəyi"
Stiven Kinzerdən bölgəmizə dair yeni kitab

Klinton və Davudoğlu arasında telefon danışığı
Söhbət İran və Azərbaycan ətrafında gedib

AŞ PA Azərbaycanla bağlı məruzəni müzakirə edəcək
Mayın 19-da Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin iclası keçiriləcək.

Erməni tərəf danışıqları ləngidir
Bakı növbəti dəfə xəbərdarlıq etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər