Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Müdafiə sənayesi gəlir gətirməyə başlayır
Müdafiə sənayesi gəlir gətirməyə başlayır
SOFEX - 2010 sərgisi düşərli oldu
Şənbə, 15.05.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Dünən İordaniyada başa çatan SOFEX-2010 Xüsusi Qüvvələr Sərgisi, deyəsən, milli hərbi sənaye kompleksimiz üçün düşərli olub. Müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında Azərbaycanın bu mötəbər sərgidə 55-dən artıq adda müdafiə təyinatlı məhsulu nümayiş etdirdiyini bildirir.

İraqa patron göndəriləcək

Camalov qeyd edib ki, sərgi çərçivəsində bir sıra şirkətlərlə niyyət protokolları da imzalanıb. Onlardan üçü ABŞ şirkətidir. Belə ki, bu şirkətlərdən biri Azərbaycana 82 mm çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54 çaplı patronlar, həmçinin 2,5 milyon ədəd 7,62x39 mm çaplı patron, 82 mm çaplı minaatanlar üçün döyüş sursatları, eləcə də lüləaltı qumbaraatanlar üçün 4 min ədəd VOG-25 tipli döyüş sursatı sifariş verib. Bu layihənin reallaşması üçün artıq müvafiq niyyət protokolu da imzalanıb. Yaxınlarda həmin şirkətin nümayəndələri Azərbaycana gələrək öz testlərini keçirəcəklər. Bundan sonra qeyd olunan məhsulların alınmasına dair müqavilələr bağlanacaq.

İkinci ABŞ şirkətinin isə 500 min ədəd 12,7x108 mm çaplı, 250 min ədəd 14,5x110 mm çaplı patron və lüləaltı qumbaraatanlar üçün VOG döyüş sursatlarını əldə etmək üçün niyyət protokolu imzalanıb. Yaxın zamanlarda nümayəndələrini Azərbaycana göndərəcəklər. İstehsalatla tanış olduqdan sonra intensiv əməkdaşlıq ediləcək.

Üçüncü Amerika şirkəti isə 5 il ərzində 60 milyon ədəd 9x19 mm çaplı patron almaq istəyir. Bu şirkətlə də niyyət protokolu imzalanıb və yaxın günlərdə alğı-satqı müqaviləsinin imzalanması gözlənilir.

Qeyd edilir ki, buna qədər Azərbaycanın hərbi təyinatlı məhsulları Amerika bazarlarına çıxıralmayıb. Bu şirkətlərin qeyd edilən döyüş sursatlarını İraqda istifadə etmək üçün alır. Bu sursatların məsafə və daşınma baxımından Azərbaycandan alınması daha səmərəli hesab edilir.

Türkiyə ilə müştərək müəssisələr

Eyni zamanda Türkiyə ilə 30 milyon ədəd patronun alğı-satqısına dair müqavilə imzalanıb və Azərbaycan tərəfi hazırda maliyyələşmənin başlanmasını gözləyir. Müqaviləyə əsasən, qarşı tərəf başlanğıcda 30 faiz ödəniş həyata keçirməlidir.

Bundan əlavə, Türkiyənin Makina və Kimya Sənayesi (MKE) şirkəti ilə 10 min ədəd RPQ-7V qumbaraatanı, 120 mm-lik minaatanlar üçün 10 min ədəd döyüş sursatı, 7,62x39 mm çaplı patronlar üçün 40 milyon ədəd kapsul və bu patronlar üçün 400 tona yaxın içlik sifarişini qəbul etmişik. Bununla bağlı da bir niyyət protokolu imzalanıb. Yaxın vaxtlarda MKE-nin nümayəndələri Azərbaycana gələcək.

REKLAM

Eyni zamanda yaxın günlərdə MSN-in ekspert qrupu MKE-nin zavodlarına səfər etməsi gözlənilir. Nəticədə MKE ilə Azərbaycan MSN arasında bir neçə atıcı silahın, o cümlədən 12,7 mm çaplı snayper tüfəngi daxil olmaqla 3 atıcı silahın müştərək istehsalına dair müqavilə imzalanması gözlənilir. Nəticədə bunu reallaşdırmaq üçün müəssisə yaradılması planlaşdırılır.

Azərbaycan eyni zamanda gələcəkdə Türkiyənin ATAK zərbə helikopteri, "Altay" milli tankı və digər əhəmiyyətli layihələrində iştirak edə bilər.

Eyni zamanda İordaniyanın "NP Aerosrace Yordan" şirkəti ilə iki layihə üzrə müqavilə imzalanıb. Bunlardan birincisi zirehli mühafizə köynəklərinin, ikincisi isə dəbilqələrin birgə istehsalı ilə bağlıdır. Həmçinin bir neçə istiqamətdə danışıqlar davam edir. Yaxın vaxtlarda həmin layihələr üçün müqavilələrin imzalanması gözlənilir.

Bildirilir ki, sənaye kompleksinin istehsal həcminin artımına gəldikdə 2009-cu illə müqayisədə istehsal 2,7 dəfə çox olacaq.

Camalov qeyd edir ki, iqtisadi cəhətdən səmərəli olan bütün layihələr qısa müddətdə həyata keçiriləcək. Amma elə layihələr də var ki, onların Azərbaycanda reallaşdırılması çox çətindir və zəruri deyil. Məsələn, tank istehsalı. Tank istehsal edən zavodun tikintisinə və belə texnikanın yaradılmasına külli miqdarda vəsait tələb olunur. Azərbaycanın tələbi isə çox azdır. Həmin tank texnikasını, təyyarə və helikopterlərin inkişaf etmiş ölkələrdən alınması daha məqsədəuyğundur. Perspektivdə zəruri olan silahlar, döyüş sursatları, artilleriya silahları, artilleriya silahları üçün mərmilər, pilotsuz təyyarələr və s. layihələr tam həyata keçdikdən sonra belə layihələr də baxıla bilər. Buna baxmayaraq, bu gün MSN-in müəssisələri tərəfindən tanklar, helikopterlər, təyyarələr üçün ehtiyat hissələri istehsal edilir. Hətta təyyarə və helikopterlər üçün istehal edilən hissələr Rusiyanın müəyyən şirkətlərinə də satılır.

Camalov bildirib ki, MSN Müdafiə Nazirliyi və digər hərbi qurumları istənilən sayda döyüş sursatı və silahla təminetmə imkanına malikdir. Hərbi əməliyyatlar başlanarsa, təchizat məsələlərində heç bir problem olmayacaq.

Xatırladaq ki, yarandığı dövrdə ölkənin müdafiə sənayesi kompleksinə yönəldilən vəsaitlərin həcmi kəskin şəkildə artıb. Rəsmi məlumatlara görə, əgər 2006-cı ildə kompleksin inkişafına 50 milyon manatdan artıq vəsait yönəldiyi bildirilirdisə, sonrakı illərdə bu rəqəm kəskin şəkildə artdı. Misal üçün, 2008-ci ilin dövlət büdcəsində MSN-in birbaşa 66 milyon 070 min manat, digər kateqoriyalar üzrə isə 1 milyon 816 min 681 manat ayrılması nəzərdə tutulurdusa, ilin ortalarında bu rəqəm 2 dəfədən çox artırılaraq 141 milyon manata çatdırıldı. 2009-cu ildə MSN-ə ayrılan vəsaitin 170 milyon manatdan yuxarı olduğu bəlli oldu. Bu il isə bu vəsait müxtəlif kateqoriyalara ayrılan vəsaitlər hesabına 180 milyon manata çatıb. Qeyd edək ki, qeyri-neft sektorunda müdafiə sənayesinin çəkisi ilbəil artmaqdadır. Nazirlik rəsmiləri yaxın gələcəkdə bu sahədə böyük irəliləyişlər olacağını proqnozlaşdırırlar.

Nazirlik yarandığı zaman yalnız Türkiyə ilə əməkdaşlıq edilirdisə, bu gün MSN aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Həmin ölkələrin sırasına İtaliya, İsveçrə, ABŞ, Pakistan, Rumıniya, İsrail, Belarus, CAR, Ukrayna, Rusiya, Belçika, İran, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan və digərləri daxildir.

Rəsmi məlumatlara görə, MSN yarandığı tarixdən bu günədək qurumda xarici ölkələrin 30-dan artıq yüksək səviyyəli heyəti ilə görüş keçirilib, nazirliyin rəhbərliyi xarici ölkələrdə 14 səfərdə olmuş, 5 beynəlxalq sərgidə iştirak etmişdir. 2009-cu ildə Azərbaycan ilk dəfə müdafiə təyinatlı məmulatları ilə beynəlxalq əhəmiyyətli sərgidə iştirak edib. 2009-cu ilin aprel ayında Türkiyənin İstanbul şəhərində keçirilən IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) ilk dəfə olaraq MSN-in tabeli müəssisələrində yaradılmış və istehsal olunan 27 adda müdafiə təyinatalı məmulat (atıcı silah, güllələr, aviasiya bombaları və hərbi texnika) nümayiş etdirilib.

Nazirlik 2010-cu ildə İordaniyadan başqa daha iki sərgidə - sentyabrda CAR-da, noyabrda Yunanıstanda sərgilərdə iştirak edəcək.

HSK-nın perspektivləri

Araşdırmalar göstərir ki, MSN və o cümlədən Hərbi Sənaye Kompleksi struktur baxımından cavan olsalar da, artıq bir sıra problemləri özündə daşıyırlar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Xarici İşlər Nazirliyi bəyanat yaydı:
"Qarabağda qondarma seçkilər anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir"

Bizdən Əfqanıstan üçün məhsullar alınacaq
Bakıda ABŞ-Azərbaycan təchizat seminarı

Prezident çexiyalı diplomatı qəbul edib
Prezident İlham Əliyev mayın 14-də Çex Respublikası baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi heyəti qəbul edib.

"Azadlıq" bloku icazəsiz aksiyalara start verdi
Bu gün "Nərimanov" kinoteatrının qarşısında meriya ilə razılaşdırılmamış aksiya keçiriləcək

Araz Əzimov: "Azərbaycanlıların Qarabağa nə vaxt qayıdacağı müəyyənləşməlidir"
Danışıqların ana xətti - budur

Rusiya İrandan niyə üz döndərdi?
Və İran Güney Qafqazda niyə fəallaşmağa çalışır?

"Başlanğıca dönüş: İran, Türkiyə və Amerikanın gələcəyi"
Stiven Kinzerdən bölgəmizə dair yeni kitab

Klinton və Davudoğlu arasında telefon danışığı
Söhbət İran və Azərbaycan ətrafında gedib

AŞ PA Azərbaycanla bağlı məruzəni müzakirə edəcək
Mayın 19-da Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin iclası keçiriləcək.

Erməni tərəf danışıqları ləngidir
Bakı növbəti dəfə xəbərdarlıq etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər