Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Xarici İşlər Nazirliyi bəyanat yaydı:
Xarici İşlər Nazirliyi bəyanat yaydı:
"Qarabağda qondarma seçkilər anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir"
Şənbə, 15.05.2010

C.Məzahiroğlu mətn ölçüsü  

İrəvanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 23 may 2010-cu il tarixində qondarma "parlament seçkiləri" planlaşdırılır. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

"Ayna"ya daxil olan məlumata görə, XİN bununla bağlı bir daha təkrar edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdan başqa bir şey deyildir.

"Qondarma "seçkilər" Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycan ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir", - deyə bəyanatda qeyd edilir.

Sənəddə bildirilir ki, bu kimi "seçkilər"in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki sözügedən "seçkilər" Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən hər hansı seçki yalnız o vaxt ədalətli və azad qiymətləndirilə bilər ki, oradan qovulmuş azərbaycanlı əhali həmin seçkilərin keçirilməsində bütünlüklə, birbaşa və bölgənin erməni əhalisi ilə bərabər şəkildə qanuni və demokratik seçkilərdə iştirak etsinlər. Bu cür seçkilər yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaqdır", - deyə bildirilir.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası erməni tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlarından ibarət destruktiv fəaliyyətini dayandırmağa və bunun əvəzinə xoş məram nümayiş etdirərək münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tez və davamlı həllini tapmaq məqsədilə keçən il ərzində dinamik şəkildə inkişaf etmiş danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırır.

Yeri gəlmişkən, AŞ Parlament Assambleyası Azərbaycanın işğal altında olan ərazilərində qondarma rejim tərəfindən keçirilən seçkiləri izləmək üçün müşahidə missiyası göndərməyəcək. APA-nın məlumatına görə, bu bəyanatla AŞ PA prezidenti Mövlud Çavuşoğlu İrəvanda keçirdiyi mətbuat konfransında çıxış edib.

Xatırladaq ki, qondarma "DQR parlamenti"nin spikeri Aşot Qulyan AŞ PA-ya məktub göndərərək seçkiləri müşahidə etmək üçün missiya göndərməyi xahiş edib: "Bu məsələ AŞ PA Bürosunun gündəliyinə daxil edilsə də, Büro xahişi rədd etdi. AŞ PA Bürosu bir qayda olaraq dondurulmuş münaqişə zonalarına müşahidə missiyası göndərmir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

Qarabağla bağlı forum keçirilib

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər

Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar

"Diplomatik dil Azərbaycanın ziyanına dəyişib"

Bölmənin digər xəbərləri
 
Müdafiə sənayesi gəlir gətirməyə başlayır
SOFEX - 2010 sərgisi düşərli oldu

Bizdən Əfqanıstan üçün məhsullar alınacaq
Bakıda ABŞ-Azərbaycan təchizat seminarı

Prezident çexiyalı diplomatı qəbul edib
Prezident İlham Əliyev mayın 14-də Çex Respublikası baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi heyəti qəbul edib.

"Azadlıq" bloku icazəsiz aksiyalara start verdi
Bu gün "Nərimanov" kinoteatrının qarşısında meriya ilə razılaşdırılmamış aksiya keçiriləcək

Araz Əzimov: "Azərbaycanlıların Qarabağa nə vaxt qayıdacağı müəyyənləşməlidir"
Danışıqların ana xətti - budur

Rusiya İrandan niyə üz döndərdi?
Və İran Güney Qafqazda niyə fəallaşmağa çalışır?

"Başlanğıca dönüş: İran, Türkiyə və Amerikanın gələcəyi"
Stiven Kinzerdən bölgəmizə dair yeni kitab

Klinton və Davudoğlu arasında telefon danışığı
Söhbət İran və Azərbaycan ətrafında gedib

AŞ PA Azərbaycanla bağlı məruzəni müzakirə edəcək
Mayın 19-da Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin iclası keçiriləcək.

Erməni tərəf danışıqları ləngidir
Bakı növbəti dəfə xəbərdarlıq etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər