Rəqsanə: "Məni hədələyirlər ki, bu yoldan çəkilim"
 |
Rəqsanə zəngimsell şirkətlərini məhkəməyə verib, sonra qorxub geri çəkilib
Şənbə, 15.05.2010
|
|
Adını qalmaqal siyahısından çıxaran Rəqsanə yeni strategiyasının onun müdafiəsində böyük rol oynadığını deyir. Hesab edir ki, qalmaqal yaratmaq istəyən tərəflər onun susmağı üzündən bəhrələnə bilmir. Amma etiraf etdi ki, vaxtilə özünə piar qazandırmaq üçün bəzi mübahisələrdə bilərəkdən iştirak edib:
- Vaxtilə adım xoşagəlməz mövzularda hallandırılanda, tez partlayırdım. Çalışırdım ki, dərhal cavabını verim. Lakin son illər yaşadığım problemlər məni rəndələdi. Eyni zamanda, ikinci dəfə yaşadığım analıq hissi xarakterimi bir qədər dəyişdi. Qərar verdim ki, qalmaqallarda iştirak etməyim. Artıq mənimlə bağlı yazılıb, deyilən fikirlərə kənardan seyrçi oluram, cavab vermirəm. Susmaq gözəldir.
- Yəni fikirlərin təhrif olunmağından çıxış yolu - susmaqdır?
- Deyərdim ki, əsas səbəblərdən biri elə budur. Açıqlamalarım təhrif olunur, məni insanlara olduğum kimi təqdim etmirdilər.
Mən zəif adam deyiləm. Lazım gələndə haqsız tərəfi susdurmağı bacarıram. Amma çox vaxt jurnalistlər adımın ətrafında mənfi rəy yaradırdılar, odur ki, özümü onlardan uzaq tutmalı oldum. Onların zənglərini görür, lakin telefonu açmıram. Çünki deyəcəyim sözün şişirdiləcəyini bilirəm. Boş yerdən başımı ağrıtmaq istəmirəm.
- Vaxtilə qalmaqaldan piar kimi istifadə etdiyini indi etiraf edə bilərsənmi?
- Vaxtilə qalmaqalın, davanın yeri vardı.
Bu tək müğənninin arzuladığı piar deyildi. İnformasiya bazasını yalnız qalmaqal mövzuları ilə doldururdular. Sənətçidən daha çox böyük kütlə qalmaqala ehtiyac duyurdu. Bu səbəbdən oturub məxsusi qalmaqal düşünmürdüm. Özü gəlib məni tapırdı. Bir tərəfdən də etiraf edim ki, mənim də qalmaqala ehtiyacım olub. Amma indi biri dava salanda hamı ona gülür. Bu səbəbdən də başımı yalnız ailəmə və yaradıcılıq işlərimə qatmışam. Artıq muğam və klassik mahnılardan ibarət konsertimin hazırlığı gedir. Orada qalmaqala yer olmayacaq.
- "Rəqsanə şou-biznesə əyalət ab-havası gətirdi" kimi fikirlər söylənirdi. Bu bənzətmə ilə razısınızmı?
- Rəqsanədən əvvəl şou-biznesə əyalətdən o qədər gələnlər olub ki... Niyə onların yox, məhz Rəqsanənin adı hallanır?
- Ad çəkə bilərsən?
- ... Vaxt keçib, onlar rəndələnib və hər şey arxada qalıb. Amma haqqımda deyilən bu fikirlə qətiyyən razılaşmıram.
- Onda özünü necə təqdim edə bilərsən. Yəni sənətə gəlib hansı dəst-xəttinlə seçilmisən?
- Məsələyə başqa aspektdən yanaşmaq istəyirəm. Vaxt vardı Niyaməddin Musayev, Baloğlan Əşrəfov kimi bir çox sənətçilər qəbul olunmurdu. Amma onlar xalqa yaxın idi və kütlə tərəfindən qəbul olunurdular. El şənliklərinin hamısında onların repertuarından mahnılar səslənirdi. Vaxtilə birmənalı qarşılanmayan həmin sənətçilər bu gün peşəkar sənətkardırlar. Onlara hörmətlə yanaşırlar. Eləcə də mənim mahnılarımı böyük kütlə sevir və onun havasına qol qaldırıb oynayır. Eyni zamanda haqqımda ağız büzən sənət adamlarının toylarında Rəqsanənin mahnıları yer alır. Amma kənarda Rəqsanənin mahnılarını bayağı adlandırırlar. Hələ yox, bir müddət sonra mənə də hörmətlə yanaşacaqlar.
- Şou-biznesdə hadisəyə çevriləcək bir layihə görməsək də?
- Bizdə, ümumiyyətlə, bəzi sənət adamları xırda-para işlərlə bir-birini yamsılayır. Elə işlər görürlər ki, hamı onları məsxərəyə qoyur...
|
|
|
Oxşar xəbərlər:
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
"Mən nişanlı deyiləm"
Röya tarixə düşəcək?
Gülbən Ərgən səhnəyə dönür
|
|
|