Natəvan Həbibi repertuarını iki tanınmış sənət adamının mahnıları ilə təzələcəyək. Xalq artisti Niyaməddin Musayevin və əməkdar artist Baloğlan Əşrəfovun mahnılarını ifa edəcək. Bu maraq onda səfərlərindən birində uzun yol qət edərkən yaranıb:
"Yol boyu Baloğlan müəllimin köhnə mahnılarına qulaq asdım və özüm özümə düşündüm - Baloğlan Əşrəfovun necə gözəl mahnıları var, heç bilmirdim. Belə qənaətə gəldim ki, bunlardan bir neçəsinin ifamda təzələyim. Amma sənətkarın bundan xəbəri olacaq".
Müğənni deyir ki, retro mahnıların çoxundan xəbərsiz olması onun günahı deyil. "Gərək bu mahnılar radiolarda, efirdə səsləndirilsin ki, biz də eşidək. Artıq həm Niyaməddin Musayevin, həm də Baloğlan Əşrəfovun köhnə mahnıları arasında seçim etmişəm. Amma adlarını açıqlamayacam. Ehtiyat edirəm ki, mən hazırlaşana qədər kimsə onları mənimsəyər" - deyə Natəvan Həbibi bildirdi.
Müğənni seçilmiş mahnıları aranjiman etdirdikdən sonra ifa edəcəyini bildirdi.
|