İlhamə Qasımova ilk albomunu çıxarmaq həvəsinə düşüb. Amma onun qarşılaşdığı bəzi məqamlar sənətçini bu həvəsindən daşındırıb. Onun "Ayna"ya bildirdiyinə görə, üz tutduğu yerli səsyazma studiyalarından biri müğənninin büdcəsinə sığmayan məbləğ ortaya qoyub:
"Məndən hər albomun buraxılışı üçün böyük məbləğ, 10 manat tələb edildi. Əvəzində isə gəlirimin olub-olmayacağı barədə konkret fikir bildirilmədi. Belə çıxır ki, mən 500 tirajla albom sifariş etsəm, 5 min manat ödəmək məcburiyyətində qalacam. Bunun satılıb-satılmayacağı isə bəlli deyil".
Müğənni deyir ki, məsələnin digər tərəfi piratlarla bağlıdır. Yəni,albomun üzünü saxtalaşdırıb, birini 4-5 manata satan piratlar ona ikitərəfli zərbə vurmuş olacaqlar.
"Həm pulumdan olacam, çünki pirat nüsxəyə üstünlük verənlər çox olacaq. Həm də adımla bağlı olan albom keyfiyyətsiz şəkildə satışa çıxacaq. Bu səbəbdən həvəsdən düşdüm. Yəni ilk albom hazırlamaq həvəsim söndü" - deyə İlhamə Qasımova bildirdi.
|