Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Bacısını öldürən gənc məhkum edildi
Bacısını öldürən gənc məhkum edildi
Məhkəmə Sevman Ramazanova 9 il cəza verdi
Şənbə, 15.05.2010

H.Zeynalov mətn ölçüsü  

Bacısını öldürməkdə təqsirləndirilən Astara rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ələkbər Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sevman Ramazanova hökm oxunub. Hökmə əsasən, Sevman Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Astara rayon sakini, 1985-ci il doğumlu Sevman Rəhman oğlu Ramazanov doğma bacısını öldürməkdə ittiham olunur.

İstintaqla müəyyən edilib ki, S.Ramazanov 2006-cı ildə Əzizbəyov rayonu, Türkan qəsəbəsində yaşayan bacısı, 1984-cü il doğumlu İradə Ramazanovanı namus üstündə boğaraq qətlə yetirib. Sonra isə onun meyitini digər bacısı Pərvanə Ramazanovanın həyətində basdırıb. Hadisədən bir il sonra S.Ramazanov izi itirmək məqsədi ilə bacısının meyitini torpaqdan çıxardaraq, Türkan qəsəbəsi ərazisində yerləşən zibilliklərin birində yandırıb. Hadisə yerinə baxış keçirən əməliyyatçılar oradan meyitin qalıqlarını aşkar edərək götürüblər.

Məhkəməyə və ibtidai istintaqa ifadəsində S.Ramazanov bacısını yüngül həyat tərzi keçirdiyi üçün öldürdüyünü bildirib. Onun sözlərinə görə, hələ hadisə baş verməzdən əvvəl valideynləri də bu əməllərinə görə İradə Ramazanovadan imtina edib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Mühasibi niyə qətlə yetirmişdilər?
Bir dəhşətli cinayətin sarsıdıcı təfərrüatları

Ərini öldürən qadın 9 il iş aldı
Ər evə içkili gəlib arvadını döyürmüş



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər