Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Mühasibi niyə qətlə yetirmişdilər?
Mühasibi niyə qətlə yetirmişdilər?
Bir dəhşətli cinayətin sarsıdıcı təfərrüatları
Şənbə, 15.05.2010

Hacı Zeynalov mətn ölçüsü  

 Ötən il noyabrın 21-də Əzizbəyov rayonunun Türkan qəsəbəsinə gedən yolun kənarında yanmış vəziyyətdə "KİA SPORTAGE" markalı avtomaşın, avtomaşının yük yerində isə yanaraq kömürləşmiş meyit aşkarlanıb. Aparılmış istintaqla mərhumun Bakı şəhərində fəaliyyət göstərən "Modern-Hospital" klinikasında baş mühasib işləyən 1965-ci il doğumlu Əsədov Firamin İsa oğlu olduğu müəyyənləşib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədənin qeyd edilən klinikada əməyin mühafizəsi üzrə mühəndis işləyən 1980-ci il doğumlu Kərimov Ceyhun Möhübbət oğlu olması aşkarlanıb. Əzizbəyov rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə iştirak etmiş şəxslər - Ceyhun Kərimov və onun dayısı, Binə qəsəbə sakini Zahir Qasımov yaxalanmışlar.

Hazırda bu dəhşətli cinayət işinin məhkəmə araşdırması gedir. Təqsirləndirilən şəxs qismində ifadə verən C. Kərimov "Modern-Hospital" tibb klinikasında santexnik işləyirmiş. Deyib ki, klinikanın baş mühasibi Firamin Əsədov onunla yaxşı münasibətdə olub. Ailəli və iki uşağı olduğunu söyləyən C.Kərimov məvacibinin 500 manat olduğunu bildirib:

"Evimi təmir etmək üçün borca düşmüşdüm. Pul tapa bilmirdim. Nəhayət, qərara gəldim ki, nə yolla olur-olsun, bu pulu əldə edib, borclarımı qaytarım. Bu məqsədlə dayım Zahir Qasımovun yanına gəldim. Ona dedim ki, iş yerimdə mühasib var, cavan oğlandır, adı da Sənandır. Hər ayın sonunda çanta ilə "Accessbank"a pul aparır. Çantada hardasa 35-40 min manat olur. Həmin pulu ələ keçirmək lazımdır. Dayım razılaşdı.

REKLAM

Dayıma Sənanı və banka necə getməsini göstərdim. Ona dedim ki, banka gedəndə hansı vasitə ilə olur-olsun, əlindən çantasını alıb qaçsın. Oktyabr ayının sonu idi. Sənan banka pul aparırdı. Mən Zahirə xəbər verdim. Lakin Zahir bu cinayəti törədə bilmədi. Ondan nəyə görə çantanı almamasını soruşdum. Dayım tutulmaqdan qorxduğunu söylədi".

Dayı-bacıoğlu həmin cinayəti noyabr ayının əvvəllərində yenidən planlaşdırıblar:

"Noyabr ayının 5-də Sənanla klinikada durub siqaret çəkirdik. Bu zaman Sənan dedi ki, bir gün mənim başımdan vurub, pulları əlimdən alacaqlar. Sənanın bu sözləri mənə təsir elədi, ona yazığım gəldi. Fikirləşdim ki, ona qarşı bu cinayəti törətməyək. Sənan həmin gün xəstəxananın maşını ilə pulu banka apardı. Mən dayıma telefonla dedim ki, haçan desəm, onda gəlsin. Bundan sonra dayımgilə getdim. Ona dedim ki, baş mühasibimiz Firamin Əsədovun seyfində çoxlu pul görmüşəm. Çalışacağam ki, seyfin açarın götürüm və həmin pulu oğurlayım. Əgər alınmasa, bir yerdə onun avtomaşınına minərik, yolda mən düşərəm, dayım açarı ondan alar. Zahir isə dedi ki, onu elə vurar, yerindən tərpənə bilməz. Sonra Zahir mənə bilyard şarı boyda dəmir bir şar verdi. Dedi ki, bunu özümdə saxlayım. Firaminin maşınına minəndə bizə lazım olacaq...".

O, noyabrın 18-də axşam saatlarında klinikada F.Əsədovun pilləkənlərdən aşağı endiyini gördüyünü deyir: "Tez dayıma zəng edib "Əzizbəyov" metro stansiyasının çıxışına gəlməsini söylədim. Firamin maşınına minən vaxtı isə yanına gedib ondan məni də evimə aparmasını xahiş elədim. Firamin məndən bu vaxtı nə üçün evə getdiyimi soruşdu. Ona evdə plastik boruları yapışdırmaq üçün ütü qaldığını, həm onu gətirməyə getdiyimi, həm də rayondan onun üçün bal gətirdiyimi söylədim. Yolda məni gözləyən Zahiri də götürdük.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Ərini öldürən qadın 9 il iş aldı
Ər evə içkili gəlib arvadını döyürmüş

Bacısını öldürən gənc məhkum edildi
Məhkəmə Sevman Ramazanova 9 il cəza verdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər