Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Yerli meyvə-tərəvəz sortları sıradan çıxır
Yerli meyvə-tərəvəz sortları sıradan çıxır
Xarici sortlar onları üstələyir
Şənbə, 15.05.2010

Aynurə mətn ölçüsü  

Yerli meyvə-tərəvəz sortları məhv olur. Mütəxəssislər həyəcan təbili çalır. Amma əfsuslar olsun ki, proses qarşısıalınmaz təsir bağışlayır.

...Qubada qədim alma sortları məhv olur. Artıq heç kim bu alma növlərini yetişdirməyə maraq göstərmir. Səbəbi qədim yerli alma sortlarının Avropadan gətirilən növlərə nisbətən məhsuldarlığının aşağı olmasıdır. Quba Regional Aqrar Elm Mərkəzinin direktor müavini Xanməmməd Məmmədovun sözlərinə görə, qədim alma sortları tərkibinə görə xarici alma növlərindən daha üstündür. O deyir:

"Cırhacı, Qəndisinab, Qırmızı alma, Sarıturş, Şıxıcanı, Noxudalması kimi qədim yerli alma növləri müalicəvi əhəmiyyətə malikdir. Bu alma sortlarının yetişdirilməsində kimyəvi maddələrdən istifadə olunmur. Onlar saxlamaya davamlı olub, öz tərkibini olduğu kimi saxlayır. Quba Regional Aqrar Elm Mərkəzi əməkdaşlarının apardığı elmi iş uğurla nəticələnsə, həmin alma növləri yenidən süfrələrimizi bəzəyər. Beləliklə, bir neçə ildən sonra bazarlarda yerli alma sortları xaricdən gətirilən sortları üstələyəcək".

Azərbaycan üzümün sort müxtəlifliyinə görə Yer kürəsinin ən zəngin regionlarından biri sayılır. Araşdırmalar müəyyən edib ki, Azərbaycanda 600 adda üzüm sortu becərilib. Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahovun bildirdiyinə görə, onların 400-ə qədərini yerli üzüm sortları təşkil edir. Təəssüf ki, ölkəmizdə də bitki genetik ehtiyatlarının, o cümlədən üzüm genefondunun məhv olmasına, genetik eroziyasına yönəlmiş amillər nəticəsində onlarca qiymətli yerli, seleksiya və introduksiya olunmuş üzüm sortları itirilib, bir qismi isə itmək təhlükəsi ilə üz-üzə qalıb. Son araşdırmalara görə, 75-ə qədər sort artıq itirilib, 80-ə yaxın sort isə itmək təhlükəsi qarşısındadır...

Deyilənlərə görə, keçmiş sovet məkanında ən dadlı pomidor Azərbaycanda bitirmiş.

REKLAM

Amma indi onu yeyənlər deyirlər ki, ya ağzımızın dadı qaçıb, ya da pomidorun. Nəinki dadı qaçıb, hətta rəngi ağarıb. Pomidoru kəsəndə içindən ağ hissələr çıxır. Adamda şübhə oyadır. Əvvəllər pomidorun içi qıpqırmızıydı.

Azərbaycan Dövlət Aqrar Universitetinin botanika və bitki fiziologiyası kafedrasının müdiri Zaur Hümbətov "Azadlıq" radiosuna açıqlamasında bunu təbii sayır. Çünki o yerli sortdan deyil: "Azərbaycana gətirilən xarici sortlar yerli iqlimə, şəraitə uyğunlaşa bilmir. Düzdür, bu tərəvəz öz yerində keyfiyyətlidir, çünki ekoloji şəraitə uyğundur, amma bizim şərait ona uyğun gəlmir. Ona görə də anomalik bir meyvə əmələ gəlmir. Yerli sortlarda isə belə şey yoxdur. Bu xarici sortların yerli iqlimə uyğunlaşması üçün heç olmasa 2-3 il lazımdır".

Beləliklə, yerli sortlar məhv olmaqdadır. Öyrəndik ki, vaxtilə ölkəmizdə sortalan zavodlar olub. Amma indi dağılıb. O da məlumdur ki, genetik mofidikasiyaya uğramış məhsullar bütün dünyanın problemidir. Azərbaycanda da vəziyyət acınacaqlıdır. Alimlər hesab edirlər ki, Kənd Təsərrüfatı Nazirliyi ciddi nəzarət tətbiq eləsin. Keyfiyyətsiz toxum gətirilməsinə qadağa olmalıdır.

Respublika Fermerlər İttifaqının sədri Sadıq Murtuzayev deyir ki, Abşeron yarımadasının altı qara qızıl olduğu kimi, üstü də qızıla bərabərdir. Bu torpaqlarda respublikanın heç bir yerində yetişməyən ən nadir və qiymətli məhsullar yetişirdi. Məsələn, zəfəran bütün dünyada ən qiymətli kənd təsərrüfatı məhsuludur. Dünyanın bir çox ölkələrində, xüsusən İran, İspaniya və Portuqaliyada zəfəran yetişdirilir. Onun dünya inhisarı İspaniyaya məxsusdur. Lakin XX əsrin ortalarında Abşeron yarımadasında on altı tondan çox quru zəfəran istehsal olunduğunu nəzərə alsaq, bu monopoliyanın artıq o vaxtlar Azərbaycana məxsus olduğunu demək olar. Zəfəranın dəyəri dünya bazarında qızıla bərabər tutulur. Sadıq Murtuzayev:

"Bizdə, Azərbaycanda İrandan gətirilmiş zəfəran da satılır. Onu Abşeron zəfəranı ilə müqayisə edənlər yaxşı bilir ki, onların arasında çox böyük fərq vardır. İspaniya, Portuqaliya zəfəranı keyfiyyətcə İran zəfəranından da geri qalır".

Müsahibim deyir ki, Abşeronda - Hövsanda yetişdirilən soğanın keyfiyyəti əvəzsizdir:

"Yeri gəlmişkən qeyd edim ki, Abşeronda məşhur kababçılar Hövsan soğanı olmadan lüləkabab bişirməzdilər. Və bu kababı yeyənlər, necə deyərlər, barmaqlarını da yalayardılar. Məsələ ondadır ki, həmin soğan heç Abşeronun başqa kəndlərində də Hövsandakı keyfiyyəti vermir. Buradan Abşeron torpaqlarının rəngarəng torpaq xüsusiyyətlərinə malik olması meydana çıxır. Bu həm də ana torpağın sirlərinin necə möcüzəli olduğuna dəlalət edir".

Amma günün reallığı budur ki, yerli sortlar məhv olur, xarici sortlar yerliləri sıxışdırır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanlı musiqiçilər caz festivalında çıxış edəcəklər

Bakının regional inkişaf planı hazırlanır

Almaniyanın gözlənilən qələbəsi

Uşaqlara həsr edilən teatr ömrü

Almaz Ələsgərli özünə qadağa qoydu

Bölmənin digər xəbərləri
 
Əli Məsimli: "Artımdan sosial məqsədlər üçün istifadə olunmalıdır"
Büdcə təşkilatlarında maaşların 3 ildir artmadığı yaxşı hal deyil

Banklar əlavə xərclərə qənaət edirlər
Ancaq manatla yığım artdıqca

Kənd təsərrüfatına nikbin proqnozlar
Lakin çəyirdəkli meyvələr qıt olacaq. Bahalıq da istisna edilmir

Banklarda hər 3 manatdan 1-i sığortalanmayıb
Əmanətlərin sığortalanma mexanizmlərini dəyişdirməyə ehtiyac var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər