Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Banklar əlavə xərclərə qənaət edirlər
Banklar əlavə xərclərə qənaət edirlər
Ancaq manatla yığım artdıqca
Şənbə, 15.05.2010

mətn ölçüsü  

Xəbər verdiyimiz kimi, ölkəmizdə 4 ay ərzində avro 8 faizdən çox ucuzlaşıb. Mərkəzi Bankın məlumatına görə, avroməkanın yaşadığı böhran fonunda avronun ucuzlaşma tendensiyası Azərbaycanda da müşahidə edilib. İlin əvvəlində avronun manata nisbətən ucuzlaşması aprel ayında da davam edib. Belə ki, 4 ay ərzində avro 8,1 faiz dəyərsizləşib. İlin əvvəlində 1 avronun məzənnəsi 1 manat 16 qəpikdən, aprelin sonuna 1 manat 6 qəpiyə kimi ucuzlaşıb. Aprel ayında isə Avropa valyutası manata nisbətən 1,1 faiz ucuzlaşıb.

Əvvəlki aylarda olduğu kimi, ötən ay da manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit qalıb. Yəni 1 dolların rəsmi məzənnəsi 80 qəpik olub. Manat Britaniya funt sterlinqinə nisbətən ucuzlaşıb. Aprel ayı ərzində manat bu valyutaya nisbətən təqribən 2 faiz dəyər itirib. Ötən ay 1 funt, 1 manat 20 qəpikdən 1 manat 23 qəpiyədək bahalaşıb. Bu il isə ümumilikdə manat Britaniya valyutasına nisbətən 4 faizdən çox bahalaşıb. 4 ayda 1 funtun məzənnəsi 1 manat 30 qəpikdən 1 manat 23 qəpiyədək düşüb.

Martda yapon ienası da manata nisbətən ucuzlaşan valyutalar sırasında olub. Ötən ay Gündoğar Ölkənin valyutası 0,5 faiz ucuzlaşıb. Bu müddətdə 100 yapon ienasının dəyəri 85 qəpik civarında dəyişib. 2010-cu ildə isə 2,4 faiz ucuzlaşıb.

İqtisadçı ekspert Əli Əlirzayev bununla bağlı bildirdi ki, Mərkəzi Bank təkcə Azərbaycanda deyil, Amerikada da milli valyutanın sabitliyinin qorunub saxlanması üçün ciddi tədbirlər həyata keçirir. Onun sözlərinə görə, bankların dinamikliyi və manatın dönərli işləməsi üçün Mərkəzi Bank bütün tədbirlərdən, o cümlədən psixoloji vasitələrdən istifadə edir:

"Ən vacib tədbir isə əhalinin manata olan inamını artırmaq siyasətidir. Vəsaitlərin manatla hesablanması, eləcə də bütövlükdə əmanətlərin həcminin artması nəticə etibarı ilə həmin milli valyutaya olan inamın artmasına gətirib çıxara bilər. Eyni zamanda manata tələbatın artması Mərkəzi Bankın məzənnə siyasətini daha asan həyata keçirməsinə şərait yaradar. Çünki manatla yığımı artdıqca banklara əlavə xərclərə qənaət imkanı verir".

İş adamları xarici valyutalarda, xüsusən avro və dollarda vəsait saxlamağa üstünlük verir. Baxmayaraq ki, bu valyutaların məzənnəsi tez-tez dəyişir. Əli Əlirzayev bunu belə izah edir ki, istər kommersiya banklarında, istərsə də evdə biznesmenlərin öz pullarını dollar və avroda saxlaması manatın məzənnəsi ilə bağlı bir sıra problemlər yaradıb. Bu, ilk növbədə manata olan tələbatın azalmasına gətirib çıxarır. Azalma isə Mərkəzi Bankı məcbur edir ki, dövriyyəyə daha çox xarici valyuta buraxsın. Çünki dollarla yığımın artması və manatla yığımın azalması manatın məzənnəsinin sabit saxlanmasını çətinləşdirir. Buna görə Mərkəzi Bank dövriyyəyə daha çox xarici valyuta buraxmalıdır ki, milli valyutanın dəyəri həmin valyutaya nisbətən aşağı düşməsin. Dövriyyəyə əlavə valyutanın buraxılması isə manatın dəyər qazanmasına səbəb olur.

Ə.Əlirzayev ötən il manatın sabitliyinin saxlanma tədbirlərinin Mərkəzi Bankı əlavə xərclərə saldığını dedi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Manat gələn il də sabit qalacaq

Xammal ölkəsi olaraq qalırıq...

Bankların zərəri artıb

Banklar üçün çıxış yolları

MB kreditləşməni aktivləşdirməyə çalışır

Bölmənin digər xəbərləri
 
Əli Məsimli: "Artımdan sosial məqsədlər üçün istifadə olunmalıdır"
Büdcə təşkilatlarında maaşların 3 ildir artmadığı yaxşı hal deyil

Kənd təsərrüfatına nikbin proqnozlar
Lakin çəyirdəkli meyvələr qıt olacaq. Bahalıq da istisna edilmir

Banklarda hər 3 manatdan 1-i sığortalanmayıb
Əmanətlərin sığortalanma mexanizmlərini dəyişdirməyə ehtiyac var

Yerli meyvə-tərəvəz sortları sıradan çıxır
Xarici sortlar onları üstələyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər