Yaxın vaxtlarda "Bakı" klubunda baş məşqçi dəyişikliyi ola bilər. Buna klubun yaxın günlərdə keçirəcəyi iki oyundan sonra aydınlıq gələcək. Klubun hazırkı baş məşqçisi Cüneyd Biçərin postunda gələcək taleyi də həmin vaxt bilinəcək.
Son ölkə çempionunun gələn mövsüm üçün yeni baş məşqçiyə tapşırılacağı gözlənilir ki, onun da kimliyi maraq doğurur. Əldə etdiyimiz bilgiyə görə, bu vəzifəyə əsas namizədlərdən biri Kot d'İvuar yığması, Türkiyənin "Trabzonspor" və Fransanın PSJ klublarında çalışmış tanınmış bosniyalı mütəxəssis Vahid Xaliloviçdir. Amma namizədlər arasında Havyer Klemente, Lotar Matteus, Slobodan Muslin, Alan Jiress, Filipp Trussye və başqa məşqçilərin də adları var. Amma Cüneyd Biçərin də indiki vəzifədə qalacağı istisna deyil.
|