Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Foqts siyahını açıqladı
Foqts siyahını açıqladı
Baş məşqçi iki yeni futbolçu dəvət edib
Şənbə, 15.05.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Futbol üzrə Azərbaycan milli komandasının Avstriyadakı hazırlıq prosesinə yollanan heyət açıqlanıb. Mayın 23-dən iyunun 3-dək Mərkəzi Avropa ölkəsində təlim-məşq toplanışı keçirəcək yığmanın baş məşqçisi Berti Foqts 25 nəfərlik siyahıya iki yeni futbolçunun adını da daxil edib. Bunlar yığmaya ilk dəfə çağırılan Vurğun Hüseynovla Arif Daşdəmirovdur. Foqts Türkiyənin "Orduspor" klubunda çıxış edən Anatoli Panomoryova bu dəfə dəvət göndərməyib. Halbuki siyahıya nəzər yetirsək, yığmamızın qarşıdakı yoxlama görüşlərində hücumçu sarıdan çətinlik çəkəcəyini düşünmək olar. Əsas qapıçı əməliyyat olunarsa, onu "Bakı"nın gənc qapıçısı Aqil Məmmədov əvəz edəcək.

Milli komandamız mayın 19-dan 22-dək Bakıda, 23-dən iyunun 2-dək isə Avstriyanın Saynt Yohan şəhərində təlim-məşq toplanışında olacaq və iyunun 3-dən 5-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçəcək. Yığmamız təlim-məşq toplanışı çərçivəsində mayın 26-da Moldova, mayın 29-da Makedoniya, iyunun 2-də isə Honduras seçmə komandası ilə yoldaşlıq oyunu keçirəcək.

AFFA-nın internet saytında almaniyalı mütəxəssisin dəvət göndərdiyi namizədlərin siyahısı açıqlanıb. Bunlar Kamran Ağayev ("Xəzər-Lənkəran"), Fərhad Vəliyev ("Qarabağ"), Səlahət Ağayev ("İnter"), Rəşad Sadıqov, Elnur Allahverdiyev və Maksim Medvedyev (hamısı "Qarabağ"), Saşa Yunusoğlu ("Bakı"), Ruslan Abuşov və Rail Məlikov ("Neftçi"), Vladimir Levin ("İnter"), Vurğun Hüseynov ("Qəbələ"), Rahid Əmirquliyev ("Xəzər-Lənkəran"), Samir Abbasov və Aleksandr Çertoqanov ("İnter"), Araz Abdullayev, Amit Quluzadə və Cavid Hüseynov (hamısı "Neftçi"), Mahir Şükürov ("Anji", Rusiya), Elvin Məmmədov və Əfran İsmayılov ("Qarabağ"), Fabio Luis Ramim ("Bakı"), Arif Daşdəmirovdur ("Qəbələ").



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Bu gün yeni ölkə çempionu məlum olacaq
"Xəzər-Lənkəran" bu titulu ikinci dəfə qazanmağa çox yaxındır

Əfsanəvi kapitan "Qəbələ"də
İngiltərə və "Arsenal" klubunun keçmiş kapitanı Qəbələ komandasının baş məşqçisi oldu

Braziliyalılar yığmaya çağırılmadı
Futzal üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. AFFA-nın rəsmi internet saytının xəbərinə görə, komandamızın baş məşqçisi Joze Alessio Özbəkistanla yoldaşlıq görüşünə 12 oyunçu çağırıb.

Avroliqanın ilk qalibi "Atletiko" oldu
Avropanın səviyyəcə ikinci nüfuzlu klub turniri sayılan Avropa Liqası başa çatıb.

"Bakı" kimlərə tapşırıla bilər?
Yaxın vaxtlarda "Bakı" klubunda baş məşqçi dəyişikliyi ola bilər.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər