Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Samir Piriyev qəzet yazarının hekayəsini canlandırıb
Samir Piriyev qəzet yazarının hekayəsini canlandırıb
Gerçək həyatdan fərqli olaraq, klipdə sevgilisini itirir
Şənbə, 15.05.2010

Z.Rəhimqızı mətn ölçüsü  

Son aylar türk şou-biznesində yerini tutmağa səy göstərən müğənni Samir Piriyev sənətçi üçün vacib olan albom və klip işini tamamlayıb. Bunları əvvəlcə Türkiyə mediası üçün təqdim edən sənətçinin daha bir təqdimatı ötən gün paytaxtda keçirildi. Özü ilə "TRT 1"in rejissoru Fateh bəyi də Bakıya qonaq qismində gətirən Samir Piriyev əsas çıxışları onun öhdəsinə buraxdı. Fateh bəy bildirdi ki, əslində Samir Piriyevi Türkiyəyə çəkib aparmaq bir o qədər asan olmayıb:

"Bizim telekanal "Sən türkülərini söylə" musiqi müsabiqəsinin növbəti turunu keçirəndə heyətimiz Samiri ora dəvət etdi. Amma baxdıq ki, Samir naz edir. TRT-nin Bakı təmsilçiliyindən xahiş etdik ki, onun qulağından və əlindən tutub təyyarəyə mindirsin və Türkiyəyə yola salsın. Əks təqdirdə onu bura gətirmək çətin olacaq. Gəldi və qısa zamanda türk dinləyicisinin qəlbinə mahnıları ilə yol tapa bildi".

TRT təmsilçisi əlavə edir ki, Samir Piriyevin istedadı müəyyən bir heyəti onunla işbirliyini davam etdirməyə sövq edib. Artıq hazır məhsul kimi təqdimata çıxarılan "Affet qürurum" adlı albom və bir yeni klip Samirin bu istiqamətdə görülən ilk işlərindən sayılır. Albomda sənətçini 70 nəfərdən ibarət canlı ansambl müşayiət edib. Burada məşhur türk sənətçilərindən Zərrin Özər və Nuray Hafiftaşla duet də yer alıb. Lakin Fateh bəy duetlərin sayını məhdudiyyətə endirərək, azərbaycanlı sənətçini duet ortaqlarının kölgəsində qoymaq niyyətinin olmadığını bildirdi.

Klipə gəlincə, çəkilişlər Türkiyənin məşhur qəzet yazarı Ayşe Armanın sevgilisinin vaxtilə onun üçün aldığı köşkdə çəkilib. Onlar ayrıldıqdan sonra sevgilisi həmin evə gəlir və xatirələrini təzələyir. Samirin də klipi təxminən belə bir ssenari üzərində qurulub. Amma Ayşe xanımdan fərqli olaraq, klipdə Samir sevgilisini itirən bir cavanın obrazını yaradıb.

Söhbətinə davam edən Fateh bəy bildirdi ki, Samir Piriyev üçün Türkiyədə piar kampaniyası aparılır. Bunlardan biri olaraq, bu günlərdə Boğaz körpüsünün müdiriyyətinin razılığı alınandan sonra müğənninin 700 sayda albomu avtomobil sürücülərinə hədiyyə edilib. Yaxın günlərdə isə azərbaycanlı sənətçinin konsert proqramlarına start veriləcək. Hazırda klipi türk kanallarında yayımlanan Samir Piriyev həm də televiziyalara dəvətlər alır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
Alim Qasımov şəhərdə sıxılır
Odur ki, yaradıcılıq həvəsini kənd yerində tapır

Emin Ağalarov Moskvada konsert verəcək
Azərbaycanlı biznesmen və musiqiçi Emin Ağalarovun yeni albomunun hazırlığı sona çatmaq üzrədir.

Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub
Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub.

Alim Qasımov David Vendetta ilə klip çəkdirib
Xalq artisti Alim Qasımovun fransalı DJ David Vendetta ilə I'm your Goddess" adlı mahnını duet şəklində ifa etdiyi barədə xəbər verilib.

"Yatmış gözəl" Gənc Tamaşaçılar Teatrında
Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın səhnələşdirilməsi üzərində işlər aparılır.

"Vətənimizi öyrənək"
Dünən toplu təqdim olundu

Muzeylərdə "açıq qapı" günü
Bu - Beynəlxalq Muzeylər Günündə olacaq

İnsan həyatında musiqinin yeri
Ziyalı qadınlar bunu araşdırmaq üçün yığışmışdılar

Eldar Mikayılzadənin fərdi sərgisi təşkil ediləcək
Bu, xalçaçı-rəssamın Bakıda ilk sərgisi hesab olunur

Səfurə Əlizadənin Yunanıstan səfəri alınmadı
Səbəb - orada yaşanan sosial və siyasi gərginlikdir

"Mənim doğma vətənim" müsabiqəsinə həsr olunan fotosərgi
"Avropa: Ümumi irs" və "Avropa mədəni irs günləri" kampaniyası çərçivəsində aprel-may aylarında "Mənim doğma Vətənim" mövzusunda keçirilmiş fotomüsabiqənin yekunlarına həsr olunmuş fotosərgi təşkil olunacaq.

"Azərbaycan dastanlarının struktur poetikası"
AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Səfərlinin bu günlərdə yeni kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər