Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Səfurə Əlizadənin Yunanıstan səfəri alınmadı
Səfurə Əlizadənin Yunanıstan səfəri alınmadı
Səbəb - orada yaşanan sosial və siyasi gərginlikdir
Şənbə, 15.05.2010

Xatun mətn ölçüsü  

Bu ay Osloda "Eurovision-2010" mahnı müsabiqəsində iştirak edəcək 39 ölkədən 20-nin təmsilçisi qadın sənətçilərdir. Müsabiqənin rəsmi saytının yazdığına görə, hər il ənənəvi olaraq keçirilən "Eurovision müsabiqəsinin ən gözəl qadın iştirakçısı" sorğusuna artıq start verilib. Siyahıda təmsilçimiz Səfurə Əlizadənin də adı var.

Cəsvermədə təmsilçimiz bu sorğunun hələ ki favoritlərindən biridir. Favorit gözəllər sırasında Azərbaycanla yanaşı Xorvatiya, Finlandiya, Gürcüstan, Ermənistan, Danimarka və digər ölkələrdən olan qadın sənətçilərin adı var. Xatırladaq ki, ötənilki sorğuda azərbaycanlı Aysel Teymurzadə ən gözəl təmsilçi seçilmişdi. Saytın yazdığına görə, ən çox səs toplayan iştirakçının adı yaxın günlərdə bəlli olacaq.

Yeri gəlmişkən, Azərbaycanın "Eurovision-2010" mahnı müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadənin promo-tur çərçivəsində Yunanıstanın paytaxtı Afinaya nəzərdə tutulan səfəri təxirə salınıb. S.Əlizadənin rəsmi internet saytının yazdığına görə, buna səbəb Afinada yaşanan siyasi və sosial problemlərdir. Xəbərdə bildirilib ki, bu günlərdə həyata keçirilməsi nəzərdə tutulan səfər çərçivəsində təmsilçimizin Yunanıstanın radio-şousunda, məşhur televiziya verilişlərində, eləcə də Yunanıstanın 55-ci "Eurovision" müsabiqəsindəki təmsilçisi George Alkaiosla görüşü də nəzərdə tutulurdu. Səfurə Əlizadə və onun komandası bu səfərin baş tutmamasından təəssüfləndiklərini bildirir və bu hadisələr səbəbincə Afinaya səfər edə bilməyəcəklərini açıqlayırlar.

Təmsilçimiz Yunanıstan səfərinin onun promo-turu üçün çox vacib bir ölkə olduğunu da etiraf edir. Təmsilçimiz ümid edir ki, müsabiqədən sonra Yunanıstana səfər arzusu reallaşacaq. Səfurə Əlizadənin promo-turu daha intensiv olacaq. Yaxın günlərdə İsveçrə, Polşa və Rusiyaya yollanacaqdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"

"Eurovision-2010" təmsilçimiz noyabra kimi bilinəcək

"Eurovision" iştirakçısı 46 namizəddən seçiləcək

Türkiyəni "Eurovision-2010"da Əmrə Aydın təmsil edəcək

Bölmənin digər xəbərləri
 
Alim Qasımov şəhərdə sıxılır
Odur ki, yaradıcılıq həvəsini kənd yerində tapır

Emin Ağalarov Moskvada konsert verəcək
Azərbaycanlı biznesmen və musiqiçi Emin Ağalarovun yeni albomunun hazırlığı sona çatmaq üzrədir.

Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub
Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub.

Alim Qasımov David Vendetta ilə klip çəkdirib
Xalq artisti Alim Qasımovun fransalı DJ David Vendetta ilə I'm your Goddess" adlı mahnını duet şəklində ifa etdiyi barədə xəbər verilib.

"Yatmış gözəl" Gənc Tamaşaçılar Teatrında
Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın səhnələşdirilməsi üzərində işlər aparılır.

"Vətənimizi öyrənək"
Dünən toplu təqdim olundu

Muzeylərdə "açıq qapı" günü
Bu - Beynəlxalq Muzeylər Günündə olacaq

İnsan həyatında musiqinin yeri
Ziyalı qadınlar bunu araşdırmaq üçün yığışmışdılar

Eldar Mikayılzadənin fərdi sərgisi təşkil ediləcək
Bu, xalçaçı-rəssamın Bakıda ilk sərgisi hesab olunur

Samir Piriyev qəzet yazarının hekayəsini canlandırıb
Gerçək həyatdan fərqli olaraq, klipdə sevgilisini itirir

"Mənim doğma vətənim" müsabiqəsinə həsr olunan fotosərgi
"Avropa: Ümumi irs" və "Avropa mədəni irs günləri" kampaniyası çərçivəsində aprel-may aylarında "Mənim doğma Vətənim" mövzusunda keçirilmiş fotomüsabiqənin yekunlarına həsr olunmuş fotosərgi təşkil olunacaq.

"Azərbaycan dastanlarının struktur poetikası"
AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Səfərlinin bu günlərdə yeni kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər