Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
İnsan həyatında musiqinin yeri
İnsan həyatında musiqinin yeri
Ziyalı qadınlar bunu araşdırmaq üçün yığışmışdılar
Şənbə, 15.05.2010

Sevinc İsmayıl mətn ölçüsü  

SRBS "Beynəlxlaq Tədris Mərkəzi"ndə "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin "Ziyalı ünsiyyəti" çərçivəsində növbəti toplantı "İnsan həyatında musiqinin yeri" mövzusuna həsr edilmişdi. Bu mövzunun seçilməsində məqsəd cəmiyyətimizin musiqi mədəniyyəti, xalq musiqisinə münasibət, ümumiyyətlə, musiqidən nə dərəcədə faydalandığımızı araşdırmaq, böyüməkdə olan nəslin musiqi mədəniyyətinin düzgün şəkildə formalaşdırılması məsələləri idi. Məclisi giriş sözü ilə "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin sədri Solmaz Əmirli açdı. Qonaqları salamladıqdan sonra Solmaz xanım ümumi ağrımız olan Şuşanın işğalından danışdı, Solmaz xanım musiqi mədəniyyətimizin beşiyi olan Şuşanın, eləcə də işğal altında olan bütün torpaqlarımızın tezliklə azad ediləcəyinə inandığını söylədi.

Solmaz xanım görüşə fəxri qonaq qismində dəvət alan, Şuşa torpağının yetirməsi, Azərbaycanın ilk revmotoloq qadını, tibb elmləri doktoru, professor Sayalı xanım Tağıyevanı may ayında qeyd olunacaq 90 illik yubileyi münasibətilə təbrik etdi və ona "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin xatirə diplomunu təqdim etdi. Görüşün moderatoru Rəfiqə xanım Əzimova Sayalı xanımın dəyərli həyat yolundan, elmi nailiyyətlərindən danışdı. Görkəmli həkimin yetirmələrindən Azərbaycan Tibb Universiteti "Daxili xəstəliklər" kafedrasının dosenti Həsənağa Qəmbərov, millət vəkili Lalə Abbasova və başqaları gözəl insan və tibb elminə böyük töhfələr verən həkim Sayalı Tağıyevanın 90 illik yubileyi münasibətilə təbrik edib, onun haqqında öz ürək sözlərini söylədilər.

Görüşdə sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti, professor Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, konservatoriyanın professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşova sənətşünaslıq doktoru, professor Sevil Fərhadova, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, sənətşünas, AMEA-nın müxbir üzvü Rəna Məmmədova iştirak edirdilər. Millət vəkili Lalə Abbasova, filologiya elmləri namizədi Möminat Ömərova, fəlsəfə elmləri doktoru Əhməd Qasımoğlu, etnoqraf Sabirə Dünyamalıyeva, yazıçı-sənətşünas Sara Oğuz, rəssam Elçin Hami Axundov, tənqidçi-sənətşünas Aydın Talıbzadə də toplantıya xüsusi dəvət alan qonaqlar sırasında idilər. Bundan başqa, cəmiyyətimizdə müəyyən məqamlara gəlib çatmış, maraqlı fikir və mülahizələri ilə fərqlənən insanlar dəvət olunmuşdular.

Zümrüd Dadaşzadə, Elnarə Dadaşova və Sevil Fərhadova "İnsan həyatında musiqinin yeri" mövzusunda öz fikir və mülahizələrini iştirakçılarla bölüşdülər. Sonra toplantı geniş diskussiya şəklində davam etdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qəbələdə musiqi festivalı keçiriləcək

İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək

Ramanada "Şuşa" stadionu tikiləcək

Mənim şeirlərimin ana xətti ümiddir

Yeganə Avropaya səs salacaq

Bölmənin digər xəbərləri
 
Alim Qasımov şəhərdə sıxılır
Odur ki, yaradıcılıq həvəsini kənd yerində tapır

Emin Ağalarov Moskvada konsert verəcək
Azərbaycanlı biznesmen və musiqiçi Emin Ağalarovun yeni albomunun hazırlığı sona çatmaq üzrədir.

Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub
Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub.

Alim Qasımov David Vendetta ilə klip çəkdirib
Xalq artisti Alim Qasımovun fransalı DJ David Vendetta ilə I'm your Goddess" adlı mahnını duet şəklində ifa etdiyi barədə xəbər verilib.

"Yatmış gözəl" Gənc Tamaşaçılar Teatrında
Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın səhnələşdirilməsi üzərində işlər aparılır.

"Vətənimizi öyrənək"
Dünən toplu təqdim olundu

Muzeylərdə "açıq qapı" günü
Bu - Beynəlxalq Muzeylər Günündə olacaq

Eldar Mikayılzadənin fərdi sərgisi təşkil ediləcək
Bu, xalçaçı-rəssamın Bakıda ilk sərgisi hesab olunur

Səfurə Əlizadənin Yunanıstan səfəri alınmadı
Səbəb - orada yaşanan sosial və siyasi gərginlikdir

Samir Piriyev qəzet yazarının hekayəsini canlandırıb
Gerçək həyatdan fərqli olaraq, klipdə sevgilisini itirir

"Mənim doğma vətənim" müsabiqəsinə həsr olunan fotosərgi
"Avropa: Ümumi irs" və "Avropa mədəni irs günləri" kampaniyası çərçivəsində aprel-may aylarında "Mənim doğma Vətənim" mövzusunda keçirilmiş fotomüsabiqənin yekunlarına həsr olunmuş fotosərgi təşkil olunacaq.

"Azərbaycan dastanlarının struktur poetikası"
AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Səfərlinin bu günlərdə yeni kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər